Uzeyir Hacibeyovun Heykeli Baki 1960 - Wikipedia
Üzeyir Hacıbəyovun heykəli — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəyova ucaldılmış abidə.
Üzeyir Hacıbəyovun heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraş | Tokay Məmmədov |
Memar | Q. Muxtarov |
Tikilib | 1960 |
Vəziyyəti | 2014-cü ildə yenilənmişdir |
Hündürlüyü | 6 metr |
Material | Tunc qranit |
Tarixi
redaktə1960-cı ildə Tokay Məmmədovun yaratdığı Üzeyir Hacıbəyov heykəlin hündürlüyü 2,9 metrdir və tuncdan tökülüb. 3,1 metr hündürlükdə olan qranit pyedestalda bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının önündə ucaldılmışdır.
Yenilənməsi
redaktə2014-cü ildə bərpa zamanı heykəl qara rəngə boyanıb bu isə etirazlara səbəb olub. Ekspertlər bildiriblər ki, Abşeron tarixi memarlıq abidələrinin rəngi boz və qumral olaraq qəbul edilib. Bu da Abşeron yarımadasının təbiətinə uyğunlaşdırılıb. Hazırda abidənin parlaq qara rəngə boyanması isə incəsənət aləmində qəbul olunmayıb.[1]
İstinadlar
redaktə- ↑ "Üzeyir Hacıbəyovun heykəli". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.