Icimdeki Deniz Film 2004 - Wikipedia
İçimdəki dəniz (isp. Mar adentro) — ispan rejissor Alexandro Amenabarın rejissorluğunu etdiyi 2004-cü il istehsalı olan bioqrafik filmdir. Film real hadisələrə əsaslanaraq ssenariləşdərilib. Baş rollarda Xaviyer Bardem, Belen Rueda, Lola Duenas kimi aktyorlar iştirak edirlər.
İçimdəki dəniz | |
---|---|
isp. Mar adentro | |
Janr | bioqrafik film, dram filmi |
Əsas mövzu | Köməkli intihar[1], intihar[1], İflic[1], Həyatın mənası[1] |
Baş rollarda | |
İlk baxış tarixi | 2004, 10 mart 2005[4] |
Müddət | 125 dəq. |
Ölkə | |
Dillər | ispan dili[5], Qalisiya dili, katalan dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Barselona, Madrid, Qalisiya |
IMDb | ID0369702 |
Mükafatları |
Film vaxtı ilə gəmidə mexanik kimi işləyən Ramon Sampedro adlı ispan bir vətəndaşın həyatından bəhs edir. Bir gün dənizdə olarkən Ramon qəzayla üzləşir. Dənizə dalmaq istəyən Ramon, bilmədən dənizin dayaz hissəsinə baş vurur. Nəticədə başından ağır zərbə alır. Bədəninin boğazdan aşağı hissəsini idarə edə bilmir. 30 il bu vəziyyətdə tək bir otaqda yaşayan Ramon, sonda ölmək qərarına gəlir. Lakin olduğu vəziyyət bunu özünün reallaşdırmasına mane olur. Çarəsiz qalan Ramon onu öldürməyi yaxınlarından istəmək məcburiyyətində olur. Lakin heç kim onun bu istəyini etməyə razılaşmır. Ramon onu öldürmələri üçün dövlətə müraciət edir. Onun bu qərarı məhkəmədə müzakirə edilir. Lakin məhkəmə də bu qərarın qəti əleyhinə çıxır. Hər kəs onu bu qərarından döndərməyə çalışır. Culia – onun hüquqlarını müdafiə edən vəkili və Rosa – onu həyatın gözəl olduğuna, yaşamağa dəydiyinə inandırmağa çalışan həyatına sonradan daxil olmuş biri – hər iki qadın onun daim yanında olurlar. Nə qədər insan Ramonu fikrindən daşınmağa sövq etsə də o, öz fikrində qalır. Onun yalnız bir istəyi vardı- ölmək!
Sanki ölüm onunçün sonluq kimi gəlmirdi. Ölüm son yox, bəlkə də başqa bir həyatın başlanğıcı idi onunçün. Həmin başqa bir həyat onu özünə çəkirdi. Və o, həmin həyata başlamaqçün ürəkdən can atırdı. O həyatda içindəki 30 illik dəniz həsrəti bitəcəkdi. Hər gün qoxusunu aldığı dənizə qovuşacaqdı. Bir insanın özünü öldürtmək istəməsi. Yox bu adi intahar istəyindən çox fərqlənən bir şeydi. Filmə baxarkən “Kaybedenler Kulübü” filmindən bir sitat gəldi ağlıma- “Ölümün olduğu yerde daha ciddi ne ola bilir?”. Bu sualın cavabını axtarmağa çalışın filmdə. Ölümünü gözləyən və həmişə gülən adam... ...“Əgər qaça bilmirsənsə və başqalarından asılısansa gülümsəyərək ağlamağı öyrənirsən.”
Filmin sonluğunu adətə uyğun olaraq yazmaq istəmirəm. Yazmaq istəsəm də, inanmıram istədiyim kimi, cümlələrlə təsvir etməyi bacaram. Baxdığım bioqrafik filmlər içərisində ən yaxşı filmlərdən biridi bu film. Ramon obrazını Bardem çox gözəl oynayıb. Bardemi ən sevimli aktyorum edən filmdi “İçimdəki Dəniz” filmi. Elə filmdəki roluna görə Venesiya festivalında “ən yaxşı aktyor” nominasiyasında qalib seçilmişdi. Ümumiyyətlə filmin mükafatları çoxdur. Film 2004-cü ildə “Ən yaxşı xarici film” nominasiyasında Oskarı əldə edib. Həmçinin eyni ildə, elə eyni nominasiya da “Qızıl Qlobus” mükafatına da layiq görülüb. Bunlardan əlavə Venesiya festivalında ən yaxşı film seçilmişdir, “Qızıl Şir”ə namizəd göstərilmişdir.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Promotional site for US region (ing.)
- «Море внутри» — Internet Movie Database saytında