Iyi Partiya - Wikipedia
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır.[4]
Sədri | Müsavat Dərvişoğlu |
---|---|
Qurucu | Meral Akşener[1] |
Quruluş tarixi | 25 oktyabr 2017 |
Bölünmə | Zəfər Partiyası |
Sələfi | Milliyətçi Hərəkat Partiyası |
Baş qərargah | Ankara |
İdeologiya |
Liberal konservatizm[2] Türk millətçiliyi[2] Atatürkçülük[2] Parlamentli respublika[2] |
İdeoloji spektr | mərkəz sağ |
Üzvlüyü |
|
Üzv sayı | ▲ 617.513[3] |
Şüar |
Hür ve Müstakil Türkiye İYİ Olacak! Yüzünü güneşe dön Türkiye! Daha yeni başlıyoruz! Az kaldı! İYİ'ler geliyor! Devlete Millet Yakışır, Millete Başbakan Yakışır Parolamız vatan; işareti namus! Pusulamız devlet; iğnesi millet! |
Rəngləri | Mavi, sarı |
Parlamentdə |
30 / 600 |
Bələdiyyədə |
|
Saytı | http://www.iyiparti.org.tr/ |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBölünmə
redaktəÜmid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir.[5] 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.[6].
Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir[7]:
FETÖ-çü dərnəklərin qurucusu və idarəçisi olan 30 avqustu Türkiyəlilərin bayramı deyə qeyd edən kriptolarla, Atatürkün türk milləti anlayışını qəbul etməyən onurğasızlarla, HDP ilə eyni masaya oturup konstitusiyanın ilk dört bəndinin dəyişdirilməsinə göz yumanlarla, HDP-yi kürdlərin nümayəndəsi olaraq görüb HDP-nin bağladılmasına qarşı çıxanlarla, Türkiyəni suriyalı qaçqınlara vasitəsiylə örtülü şəkildə işğal elanguageməsinə səs çıxarmayanlarla, Türk milliyətçisiyəm deməklərinə baxmayaraq vəzifələrini, statuslarını, ciblərini türk milləti və vətənindən daha çox sevənlərlə, atatürkçüləri, türk milliyətçilərini, bəlkə də ən önəmlisi böyük ümidlərlə türk gənclərini aldadanlarla eyni partiyada olmağım mümkün deyil. |
2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi.[8]
2023-cü il seçkiləri
redaktə2024-cü il seçkiləri və sonrası
redaktəSeçkilərdə ağır məğlubiyyət yaşayaraq öncəki seçkilərə nəzərən səslərini 7,76%-dən 3,6%-ə, son parlament seçkilərinə nəzərən isə 9,69%-dən 3,6%-ə endirmiş İYİ Partiyada seçkilərə tək başına girmə strategiyası olan "Hür ve Müstakil İYİ Parti" strategiyasını müdafiə etmiş Meral Akşenər 27 aprel 2024 tarixinə fövqəladə qurultay təyin etmişdir. O, qurultayda namizəd olmayacağını açıqlamışdır.[9] Müsavat Dərvişoğlu və Koray Aydın 8 aprel 2024 tarixində sədrliyə namizədliklərini açıqladılar.[10] Mediada Dərvişoğlu Akşenərin namizədi və "əmanətçi" namizəd olaraq anılsa da,[11] o bütun bu iddiaları rədd etmiş və özünün əmanətçi olacaq xarakterdə olmadığını, Akşenərin isə belə bir zehniyyətdə olmadığını qeyd etmişdir.[12] 27 aprel 2024-cü il tarixində keçirilmiş İYİ Partiya IV Fövqəladə Qurultayında sədrliyə seçkilərin birinci turunda Koray Aydın 472, Müsavat Dərvişoğlu 370, Mehmet Tolga Akalın 327, Günay Kodaz isə 2 səs toplamışdır.[13] İlk iki turda partiya nizamnaməsinə əsasən 1302 qurultay nümayəndəsinin yarısından çoxunun səsini toplayan sədr seçildiyi üçün seçkilər ikinci tura qalmışdır.[13][14]İkinci turda heç bir namizədə dəstək verməyərək Mehmet Tolga Akalın namizədlikdən çəkildiyini açıqlamışdır.[15] İkinci turda Müsavat Dervişoğlu 570, Koray Aydın 565, Mehmet Tolga Akalın 15, Günay Kodaz isə 3 səs toplamışdır.[14] Seçki ən çox səs toplayan 2 nəfər arasımda ən çox səs toplayanın sədr seçiləcəyi üçüncü tura qalmışdır. Namizəd Günay Kodaz Koray Aydını dəstəklədiyini açıqlamışdır.[16] Üçüncü turda Dərvişoğlu 611, Aydın isə 548 səs topladı.[17] Beləliklə, Müsavat Dərvişoğlu Meral Akşenərin ardınca İYİ Partiyanın ikinci sədri seçildi.
Hədəfləri
redaktəPartiyanın hədəfi Türkiyəni yenidən parlamentar respublika sisteminə döndərməkdir.[18]
Logosu
redaktəLogonun əsas arnamenti türklərin Qayı boyunun emblemindən götürülmüşdür.[19]
İstinadlar
redaktə- ↑ "iyiparti.org.tr". 2021-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-09.
- ↑ 1 2 3 4 "Partiya proqramı" (PDF). 2018-06-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.
- ↑ "Yargıtay CBS". 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
- ↑ "Arxivlənmiş surət". 2017-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-09.
- ↑ "Arxivlənmiş surət". 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
- ↑ "Mahkeme Ümit Özdağ'ın İYİ Parti'den ihraç kararını iptal etti". Cumhuriyet Gazetesi. 13 yanvar 2021. 2021-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
- ↑ "Son dakika... Ümit Özdağ, İYİ Parti'den istifa ettiğini açıkladı" (Türkçe). 4 mart 2021 tarixində arxivləşdirilib.
- ↑ "Ümit Özdağ yeni parti için date verdi". ntv.com.tr. 21 iyun 2021. 2021-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
- ↑ "İyi Parti'de kurultay takvimi süreci haftaya başlayacak". www.trthaber.com (türk). 2024-04-02. 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ Şafak, Yeni. "Müsavat Dervişoğlu ve Koray Aydın İYİ Parti Genel Başkanlığına aday oldu". Yeni Şafak (türk). 2024-04-08. 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ "İddia: Akşener, Dervişoğlu'nu "emanetçi genel başkan" olarak seçtirecek, Dervişoğlu'na oy vermeyenler tasfiye edilecek". T24 (Turkish). 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ "İYİ Parti yarın kurultaya gidiyor". www.ntv.com.tr (türk). 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ 1 2 "İYİ Parti'de kurultay günü... İlk tur sonuçları belli oldu". KIBRIS POSTASI (türk). 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ 1 2 Oksijen, Gazete. "İYİ Parti'nin yeni lideri Müsavat Dervişoğlu: Artık hiçbir şey eskisi gibi olmayacak". https://gazeteoksijen.com/turkiye/iyi-partinin-yeni-lideri-musavat-dervisoglu-artik-hicbir-sey-eskisi-gibi-olmayacak-209798 (türk). 2024-04-27. 2024-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ Özgenç, Özgecan. "İYİ Parti Kurultayı: Mehmet Tolga Akalın adaylıktan çekildi". Medyascope (türk). 2024-04-27. 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ "İYİ Parti'li Günay Kodaz, rakibi Koray Aydın için oy istedi, delegeler yuhaladı!". www.takvim.com.tr (türk). 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ "İyi Parti'de genel başkanlığa Müsavat Dervişoğlu seçildi". www.trthaber.com (türk). 2024-04-27. 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
- ↑ [1] Arxivləşdirilib 2018-01-11 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2017-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
Xarici keçidlər
redaktə- iyiparti.org.tr — Rəsmi saytı
- İYİ Partiya — Facebook səhifəsi
- İYİ Partiya — Twitter səhifəsi
- İYİ Partiya — Instagram səhifəsi