Ibaxli - Wikipedia
İbaxlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
İbaxlı | |
---|---|
41°21′32″ şm. e. 46°51′33″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəTədqiqatçılar bu oykonimi qədim türk dillərindəki "yüksək yer, yüksəklik" mənalı obux sözü ilə əlaqələndirirlər. Keçən əsrdə Qəbələ rayonu ərazisində Obuxlu adlı kənd qeydə alınmışdır.[1]
Coğrafiyası və iqlimi
redaktəKənd Alazan-Əyriçay vadisində yerləşir. Kəndlə rayon mərkəzi arsında 11 km məsafə var.
Kəndin relyefi düzənlik və xırda təpəliklərdən ibarətdir. Kəndin mərkəzindən və şimal-qərb tərəfindən Kürmükçay keçir. Yaz aylarında bu çay daşaraq əhaliyə ziyan vurur. Kənd dörd tərəfdən meşə ilə əhatə olunmuşdur. Məşələrdə əsasən palıd, qovaq, qızılağaz, qoz, yabanı şəkildə bitən zoğal və.s ağaclarına rast gəlinir.
Əhalisi
redaktə1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 154 təsərrüfatda hər iki cinsdən toplam 594 nəfər əhali yaşamaqdadır. Əhalisi milliyətcə etnik Azərbaycan türkləri olan muğallardan ibarətdir[2]. Gün ərzində İbaxlı kəndinə 3 dəfə marşurut avtobusu işləyir. Kənddə 1 məktəb, 1 klub, 1 kitabxana və 9 mağaza fəaliyyət göstərir.
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyətini tütünçülük, baramaçılıq və taxılçılıq təşkil edir. Bundan başqa əhali qərzəkli meyvələrin və müxtəlif kənd təsərrüfatı məhsullarının da satışı ilə məşğul olur.
İstinadlar
redaktə- ↑ İbaxlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 167–169. .
Həmçinin bax
redaktə Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |