Iblis Film 2010 - Wikipedia
İblis (Tamil dilində ராவணன், Rom: Raavanan) 2010-cu ildə Tamil dilində Mani Ratnam tərəfindən çəkilmiş və Vikram, Aishwarya Rai və Prithvirajın baş rollarda oynadığı Hindistan filmidir.
İblis | |
---|---|
tam. ராவணன் | |
Janr | döyüş filmi, dram filmi, romantik film |
Baş rollarda | |
İlk baxış tarixi | 18 iyun 2010[2] |
Müddət | 134 dəq. |
Ölkə | |
Dil | Tamil dili |
Rəng | rəngli |
IMDb | ID1664806 |
İblis (Raavanan) filmi eyni vaxtda iki versiyada — hind dilində (fərqli adla — “Pis adam”/Raavan) və tamil dilində lentə alınıb. Hər iki filmdə Aishwarya Rai qadın baş rol ifaçısı olmuşdur, lakin Tamil versiyasında Vikram Veera (İblis) rolunu və onun əri rolunu (Deva) isə Prithviraj oynamışdırsa, Bollywood Hind dilindəki versiyada isə Vikram Deva rolunu oynamış, Veera rolunu isə isə Abhishek Bachchan canlandırmışdır. Filmin Tamil versiyası teluqu dilinə dublyaj edilmişdir. Eyni gündə — 18 iyun 2010-cu ildə hind, tamil və teluqu filmlərinin premyerası baş tutmuşdur.
Film Ramayana dastanı əsasında çəkilmişdir.
Süjet xətti
redaktəQuldur dəstəsinin başçısı olan Viraya (Vira) polis müfəttişi olan Devin həyat yoldaşı və klassik hind rəqsləri üzrə müəllim olan Raginini qaçırır. Vira ilə Devin arasında çoxdankı haqq-hesab vardır və Vira Raginini öldürərək Devdən qisas almağa qərar verir.
Müdafiəsiz qadının köməyi ilə kişidən qisas almağı alçaqlıq hesab edən Ragini Viradan iyrənir. O, Viraya deyir ki, onu öldürə bilməyəcək, buna cavab olaraq Vira ona gülür, amma eyni anda Ragininin öz canına qəsd edəcəyi üçün onu öldürə bilməyəcəyini eşidir və Ragini bundan sonra özünü uçurumdan aşağı atır.
Vira Ragininin bu hərəkətindən şoka düşür, çünki o, incə və zərif bir xanımdan belə qətiyyət və möhkəmlik gözləmirdi. Onun cəsədini axtarır, lakin onun hələ də sağ olduğunu görür. Vira Raginini öldürməyə cəsarət etmir və buna görə də onu özü ilə özünün quldur düşərgəsinə aparır.
Bu zaman Dev bütün gücünü arvadını tapmağa və Viranı tutmağa sərf edir.
Bundan əlavə, film Viranın hərəkətinin əsl səbəblərini meydana çıxarır və bu öz növbəsində tamaşaçını onun həqiqətən belə bir "İblis" olub-olmadığını düşündürməyə vadar edir.