Ibrahim Hafiz - Wikipedia
Ibrahim Hafiz - Wikipedia - Haqqında Məlumat
İbrahim Hafiz (24 fevral 1872, Əsyut mühafəzəsi[d] – 31 iyul 1932, Qahirə) — Misir şairi. XX əsrin 1-ci yarsında ərəb poeziyasında neoklassik istiqamətinin banilərindən biri.
İbrahim Hafiz | |
---|---|
İbrahim Hafiz | |
Doğum tarixi | 24 fevral 1872 |
Doğum yeri | Dayrut |
Vəfat tarixi | 31 iyul 1932 (60 yaşında) |
Vəfat yeri | Qahirə, Misir |
Milliyyəti | ərəb |
Təhsili | Qahirə hərbi məktəb |
Fəaliyyəti | şair, tərcüməçi, yazıçı |
Janr | nəzm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQahirə hərbi məktəbini bitirmiş (1891), Misir zabitlərinin İngiltərə əleyhinə çıxışında (1899) iştirak etmiş, və ordudan tərxis olunmuşdur. Misirin milli özünəməxsusluğunu qoruyub saxlamaq tərəfdarı olmuş, "Nil şairi" kimi şöhrət qazanmışdır.Şerlərində ictimai həyatdakı geriliyi, cəhaləti, qadın hüquqsuzluğunu, köhnəlmiş adətləri satira atəşinə tutmuş, maarifə, mütərəqqi islahatlar keçirilməsinə çağırmışdır. "Sadığın gecələri"(1906) utopik essesində Misirdəki İngiltərə işğal rejimini qətiyyətlə pisləmişdir.[1]
Ədəbiyyat
redaktə- M.Qəmbərov, Hafiz İbrahim poeziyası, Bakı, 1978.
İstinadlar
redaktə- ↑ Azərbaycan Sovet Ensiklopediyası 10-cu cild 1987-ci il
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |