Ibrahim Quliyev Geoloq - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İbrahim Səid oğlu Quliyev (23 may 1947, Bazar-Korqon rayonu[d], Cəlalabad vilayəti) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), geologiya-mineralogiya üzrə elmlər doktoru (1989), professor (1999), AMEA-nın vitse-prezidenti[1], Neft və Qaz İnstitutunun direktoru.
İbrahim Quliyev | |
---|---|
İbrahim Səid oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bazar-Kurqan, Qırğızıstan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | geologiya |
Elmi dərəcəsi | geologiya-mineralogiya üzrə elmlər doktoru |
Elmi adları | AMEA-nın həqiqi üzvü,[1] professor |
İş yerləri |
AMEA-nın vitse-prezidenti [1] Neft və Qaz İnstitutunun direktoru |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Mükafatları |
|
Həyatı
redaktəİbrahim Quliyev 23 may 1947-ci ildə mayın 23-də Qırğızıstan Respublikasında, Bazar-Kurqan kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.
İbrahim Quliyev 1978-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1989-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1999-cu ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. İbrahim Quliyev əmək fəaliyyətinə 1970-ci ildə AEA Geologiya İnstitutunda başlayaraq, böyük laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. O, Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, həmçinin AMEA-nın vitse-prezidenti vəzifələrində çalışır.
Elmi fəaliyyəti
redaktəElmi nailiyyətləri
redaktəQuliyev İ. S. təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış və karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA Geologiya və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi — texnoloji prinsipləri şərh edilmiş və uzunmüddətli monitorinq aparılması təşkil edilmişdir. Bu tədqiqatların nəticəsində yer qazlarının həcmində kosmik və geoloji faktorlardan asılı olan periodik dəyişmələrin olduğu göstərilmişdir. Bu elmi tədqiqatlar "greenhouse effecti" mexanizminin öyrənilməsində əsas rol oynayır. Quliev İ. S. həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqu tərtib edilmişdir. Bu tədqiqatlar çöküntü süxurlarının spontan (öz-özünə əmələ gələn) həyəcanlanması və sıxlıq azalmasının modelini vermiş və seysmik məlumatlar əsasında Cənubi Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərmişdir. Mövcud məlumatların nəzəri tədqiqatı əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modeli hazırlanmışdır. Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İ. S. Quliyevə və onun AMEA Geologiya və VNİİ Okeanologiya (Rusiya) institutlarından olan həmkarlarına məxsusdur. Quliyevin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi timsalında ürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin öyrənilməsidir. Sürətlə çökmə şərti daxilində karbohidrogenlərin əmələgəlmə, miqrasiya və yığılma surətlərinin və miqyasını öyrənmək üçün orijinal tədqiqatlar aparılmışdır; hövzə modelləməsi, geokimyəvi və izotop tədqiqatları əsasında Cənubi-Xəzər hövzəsində karbohidrogenlərin əmələgəlmə və toplanmasının limit dərinlikləri və geniş dərinlik intervalı (16–18 km qədər) müəyyənləşdirilmişdir. Bu tədqiqatlar Azərbaycanda karbohidrogen yataqları axtarışının effektivliyinin artırılmasına və quruda və dənizdə yeni neft-qaz yataqlarının tapılmasına köməklik etmişdir. Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərə görə (bir qrup alimlərlə) müstəqil Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülmüşdür (2010-cu il).
Elmi əsərləri
redaktə- A. Mazzini, H. Svensen, S. Planke, G. G. Akhmanov, I. Guliyev, H. Johansen, … Shallow plumbing systems in mud volcanoes (Azerbaijan). AGU Fall Meeting Abstracts, 2007, 1, 1350
- E. H. Aliyeva, A. A. Feyzallayev, D. A. Huseynov, I. S. Guliyev, H. A. Aliyev, … Environmental Control on Source Rocks and Reservoirs Accumulation in the Jurassic Series of the MCB South-western Flank. Caspian & Black Sea Geosciences Conference, 2008
- A. A. Aliyev, I. S. Guliyev, R. R. Rahmanov. Catalogue of recorded of mud volcano eruptions of Azerbaijan. 2009
- M. Lange, A. Kopf, G. Delisle, E. Faber, B. Panahi, C. Aliyev, I. Guliyev. Long-term in situ monitoring at Dashgil mud volcano, Azerbaijan: A link between seismicity, pore pressure transients and methane emission. AGU Fall Meeting Abstracts, 2009, 1, 08
- A. Kopf, S. Stegmann, G. Delisle, B. Panahi, C. S. Aliyev, I. Guliyev. Insitu cone penetration tests at the active Dashgil mud volcano, Azerbaijan: Evidence for excess fluid pressure, updoming, and possible future violent eruption. Marine and Petroleum Geology, 2009, 26 (9), 1716–1723
- A. Mazzini, H. Svensen, S. Planke, I. Guliyev, G. G. Akhmanov, T. Fallik, … When mud volcanoes sleep: insight from seep geochemistry at the Dashgil mud volcano, Azerbaijan. Marine and Petroleum Geology, 2009, 26 (9), 1704–1715
- D. A. Huseynov, I. S. Guliyev. Difference of Isotope Composition and Maturity of Oil in the South Caspian Basin as a Result of Multiphase Fluid Migration. 71st EAGE Conference & Exhibition, 2009
- G. Delisle, M. Teschner, E. Faber, B. Panahi, I. Guliyev, C. Aliyev. First approach in quantifying fluctuating gas emissions of methane and radon from mud volcanoes in Azerbaijan. AAPG Special Volumes, 2010, 93, 211–224
- M. A. Floyd, F. A. Kadirov, A. Alizada, I. Guliyev, R. E. Reilinger, S. Kuleli, R. W. King, … Kinematics of the Main Caucasus Thrust near Baku, Azerbaijan. AGU Fall Meeting Abstracts, 2011, 1, 02
- A. Kopf, G. Delisle, E. Faber, B. Panahi, C. S. Aliyev, I. Guliyev. Long-term in situ monitoring at Dashgil mud volcano, Azerbaijan: a link between seismicity, pore-pressure transients and methane emission. International journal of earth sciences, 2011, 99 (1), 227–240
- F. Kadirov, M. Floyd, A. Alizadeh, I. Guliyev, R. Reilinger, S. Kuleli, R. King, … Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan. Natural hazards, 2012, 63 (2), 997–1006
- A. Alizada, E. Aliyeva, D. Huseynov, I. Guliyev. The Elemental Stratigraphy of the South Caspian Lower Pliocene Productive Series. STRATI, 2013, 827–831
- G. S. Martynova, A. A. Aliev, F. R. Babaev, I. S. Guliyev. Nanocolloid structures in crude oils from the mud volcanoes of Azerbaijan. Geochemistry International, 2013, 51 (9), 764–766
- M. A. Afandiyeva, I. S. Guliyev. Maikop Group-Shale Hydrocarbon Complex in Azerbaijan. 75th EAGE Conference & Exhibition incorporating SPE EUROPEC, 2013
- R. A. Askerova, I. S. Guliyev. The 3D Petrophysical Models of Mishovdagh and Neftchala Oil and Gas Fields (Lower Kura Basin). 75th EAGE Conference & Exhibition incorporating SPE EUROPEC,2013
Mükafatları
redaktə- "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı – 2008;
- Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı – 2010;
- Azərbaycan Respublikasının "Şöhrət" ordeni[2]
Xarici keçidlər
redaktə- Azərbaycan Milli Elmlər Akademiyasının veb-səhifəsində akademik İbrahim Quliyev haqqında məlumat [1]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2019-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-24.
- ↑ "İ.S.Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-22.