Ibrahimxelil Xan - Wikipedia
İbrahimxəlil xan Cavanşir (1732—12.6.1806[1][2]) — Qarabağ xanlığının ll xanı.
İbrahimxəlil xan | |
---|---|
İbrahimxəlil xan Sarıcalı-Cavanşir | |
| |
II Qarabağ xanı | |
1759 (yaxud 1763) – 1806 | |
Əvvəlki | Mehrəli bəy |
Sonrakı | Mehdiqulu xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Alaqarğu, Arazbar |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa qalasının yaxınlığında |
Dəfn yeri | Şuşa qalası |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | siyasətçi |
Atası | Pənahəli xan |
Həyat yoldaşları |
Xanımnənə xanım (Cəbrayıllı Nəbi ağanın qızı) Bikə ağa (IV Ümmə xan bacısı) Xurşid bəyim (1743—?) (Şahverdi xan Ziyadoğlu-Qacar qızı) Tuba xanım (?-1806, 12 iyun) Hurizad xanım (Məlik II Şahnəzərin qızı) |
Uşaqları |
oğlanları: 13 (Mehdiqulu xan daxil olmaqla) qızları: 9 (Ağabəyim ağa, Gövhər ağa daxil olmaqla) |
Ailəsi | Cavanşirlər |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | general-leytenant |
Daxili siyasəti
redaktəİbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı.
Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqgörən siyasətçi kimi də şərəfli yer tutur. Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili və hərbi siyasətinin təyin edilməsində əsas rol oynayır, tezliklə Qarabağ xanlığı beynəlxalq aləmdə tanınır. Fəqət bu yüksəlişə baxmayaraq Azərbaycan xanlıqlarının başı üzərində müstəqilliyin itirilməsi qorxusu dolaşırdı. İran, Osmanlı və Rusiya imperiyası bu ərazidə üstün mövqe əldə etmək uğrunda mübarizə aparırdılar. Digər tərəfdən qonşu xanlıqların da bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə qəsd etmək ehtimalı var idi. Ona görə də xanlıqlar güclü dövlətlərdən və qonşu xanlıqlardan özlərinə etibarlı müttəfiqlər axtarırdılar.
Xəmsə məliklikləri ilə münasibətlər
redaktəİbrahimxəlilxəlil xan Xəmsə məliklərinin bölüşdürücülük hərəkətlərinə son qoydu. Ona tərəfdar olan Vərəndə və Xaçın məliklərinin qüvvələri ilə birlikdə Dizaq məliki İsayı Tuğ qalasında mühasirəyə aldı. Uzun mühasirəyə dözməyən İsay təslim oldu. Onu tutub həbsxanaya saldılar və orada boğdular. Hakimiyyət İsayın qardaşı oğlu Bahtama keçdi. Ancaq, çox keçməmiş Bahtam da İbrahimxəlil xana qarşı mübarizəyə başladı. İbrahimxəlil xan qəti tədbir görmək məcburiyyətində qaldı. Dizaq məliyini məhv etdi. Digər məliklər, qorxuya düşərək qaçıb II İraklinin himayəsinə sığmdılar. İbrahimxəlil xan məliklərb mübarizədə diplomatik vasitələrdən də istifadə edirdi. Onun gördüyü tədbirlər nəticəsində Xaçın məliyi yerdə qalan məliklərdən uzaqlaşdı.[3]
Xarici siyasəti
redaktəNigah diplomatiyası
redaktəİbrahimxəlil xan avarlı Ümmə xanın bacısı Bikə ağa ilə evləndi və beləliklə də böyük hərbi gücə malik bir müttəfiq əldə etdi. Sonralar İbrahimxəlil xan Şəkili Səlim xanın bacısını da aldı və bu yolla Şəki xanlığına təsir etmək imkanı qazandı. İbrahimxəlil xan avarlı Ümmə xamn bacısı ilə evləndikdən sonra öz tərəfdarlarının sayını artırdı və qardaşı Mehrəli bəyi sıxışdırmağa başladı. Mehrəli bəy əvvəlcə 1779-cu ilə qədər Kərim xan Zəndə, sonra da Qubalı Fətəli xana sığınaraq qardaşına qarşı mübarizə aparmağa çalışsa da uğur qazana bilmədi.[3]
Azərbaycan xanlıqları ilə münasibətlər
redaktəAzərbaycanın Təbriz, Ərdəbil, Qaradağ, Naxçıvan və Gəncə xanlıqları uzun müddət Qarabağ xanlığından asılı vəziyyətə düşdü.[3]
1780-ci ildə İbrahimxəlil xan Kartli-Kaxetiya çarı ilə birləşib Gəncəni ələ keçirdi. Gəncə xanlığını II İrakli və İbrahimxəlil xanm təyin etdikləri nümayəndələr idarə etməyə başladılar. 1786-cı ildə Cavad xanı Gəncədə hakimiyyət başına gətirməklə Gəncədə hakimiyyət məsələsini müvəqqəti də olsa öz xeyrinə həll edən İbrahimxəlil xan burada gürcülərin təsirini azaltmış oldu. [4]
Qarabağ xanlığının xarici siyasətində Quba xanlığı ilə münasibətlər də mühüm yer tuturdu. Bu iki xanlıq arasındakı münasibətlər, əsasən düşmənçilik xarakteri daşıyırdı. Azərbaycanın bu iki xanlığı hər biri bölgədə təkbaşına hegemonluğa can atır, qarşı tərəfə isə öz planlarını həyata keçirməyə mane olan qüvvə kimi baxırdı. Bir yandan da qubalı Fətəli xanın qardaşı İbrahimxəlil xanın rəqibinə çevrilmiş qardaşı Mehrəli bəyə yardım göstərərək ona sığınacaq verməsi iki xan arasında münasibətləri kəskinləşdirmişdi. Digər yandan Fətəli xanın həddən artıq güclənməsi və onun bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək uğrunda mübarizəsi Azərbaycanın digər xanlıqları kimi, Qarabağ xanlığının da ciddi narahatlığına səbəb olurdu. İbrahimxəlil xan ehtiyat edirdi ki, Quba xanı Şamaxı xanlığını ələ keçirdikdən sonra öz hakimiyyətini Qarabağ xanlığına da yaymağa başlasın. Bunun qarşısını almaq üçün o, bütün vasitələrlə Şamaxı xanlığını müdafiə etməyə çalışırdı. İbrahimxəlil xan 1767-ci ildən Quba xanlığına qarşı çıxan Şamaxı hakimləri - Məhəmmədsəid və Ağası xan qardaşlarına və onların müttəfiqi şəkili Məhəmmədhüseyn xana kömək edirdi. Quba xanı Qarabağ xanlığını ələ keçirdikdən sonra Təbrizə doğru hərəkət etmək fıkrində idi. Qarabağın mərkəzi Şuşaya həmlə etsə də Fətəli xan Ağdama qədər gəlib, heç bir mühüm nəticə əldə etmədən geri qayıtmağa məcbur oldu.[3]
Kartli-Kaxetiya çarlığı ilə münasibətlər
redaktəMəliklərin İbrahimxəlil xana qarşı apardıqları mübarizə uzun müddət müttəfiqlik münasibətlərində olmuş Qarabağ xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasındakı əlaqələrə də mənfı təsir göstərir. Məlumdur ki, 1757-ci ildə Qarabağa hücum zamanı ağır məğlubiyyətə uğrayan Məhəmmədhəsən xan Qacar daha sonra Gürcüstanı ələ keçirməyə cəhd göstərdiyi zaman Pənahəli xan gürcülərə yardım göstərmək barədə çarlarla müqavilə bağlamışdı. Buna baxmayaraq İbrahimxəlil xan Kartli-Kaxetiya çarı II İrakli ilə dinc münasibətlərinin yaradılmasına xüsusi diqqət yetirirdi. Çar da İbrahimxəlil xanla ittifaq bağlamaqda maraqlı idi. Çünki Fətəli xan Qubalının həddən artıq güclənməsinin və Azərbaycan torpaqlarının birləşdirilməsinin qarşısını almağa çalışırdı.[3] Hətta Ağa Məhəmməd şahın Qafqaza yürüşü zamanı gürcülərlə Qarabağ xanlığı arasında müttəfiqlik münasibətləri var idi. İki dövlət birlikdə 1780-ci ildə Gəncə xanlığını da işğal etmişdilər.
Qacarlarla münasibətləri
redaktəBelə bir dövrdə İbrahim xan Gürcüstanla ittifaqa girir və birlikdə Rusiyanın müdafiəsinə nail olmağa çalışır. 1783-cü ildə Gürcüstanın Rusiya tabeçiliyinə keçməsilə əlaqədar bu üçtərəfli ittifaq möhkəmlənmiş olur. 1791-ci ildə Ağa Məhəmməd şah Qacar atası Məhəmmədhəsən xan Qovanlı-Qacarın işlərini davam etdirərək dərhal Azərbaycan ərazisində zəifləmiş mövqelərini qüvvətləndirmək üçün tədbirlər görür. O, tabe olmayan xanlara və feodallara amansız divan tutaraq onları öz hakimiyyətini tanımağa məcbur edir. O, bir zaman xəbər tutur ki, Rusiya tabeliyini qəbul etmiş Gürçu çarı II İrakli Qarabağ və İrəvan xanlıqlarının da belə bir qərar qəbul etməsinə çalışır. Qarabağın Rusiyanın tabeliyinə keçməsi fikrindən dəhşətə gələn Ağa Məhəmməd şah Qacar çox narahat olur. O, 1795-ci ildə 60-minlik bir ordu ilə Qafqaza yürüş edir.
Şahın özünün komandanlıq etdiyi böyük bir ordu hissəsi Qarabağ üzərinə yeriyir və Şuşa qalasını mühasirəyə alır. Hərtərəfli hərbi hazırlıq olmadan qısa müddətdə Şuşanı ələ keçirməyin qeyri-mümkün olduğunu görən Ağa Məhəmməd şah Qacar Tiflis istiqamətində hücuma keçir. O, heç bir çətinlik çəkmədən Tiflisə daxil olub şəhəri darmadağın edir.
1797-ci ildə Ağa Məhəmməd şah Qacar daha böyük bir qüvvə ilə ikinci dəfə Qafqaza yürüş edir. Qacar qoşununun Arazı keçməsini eşidən kimi İbrahimxəlil xan Şimali Azərbaycana qaçıb gizlənir. Aqa Məhəmməd şah Qacar dəbdəbəli şəkildə, bir fateh sifətilə Şuşa qalasına daxil olur. Bir neçə gün sonra iyun ayının 5-də saray məmurları Ağa Məhəmməd şahı gecə öz iqamətkahında qətlə yetirirlər. Bu əhvalatı eşidən İbrahimxəlil xan Şuşaya qayıdıb şahın cəsədini böyük ehtiram ilə Tehrana yola salır. Beləliklə Azərbaycan xanlıqlarını birləşdirmək Ağa Məhəmməd şaha nəsib olmur.[5]
İbrahimxəlil xan və ailəsinə qarşı qətliam
redaktəQarabağ xanlığı 1805-ci il 14 may tarixində Kürəkçay müqaviləsi ilə ruslardan asıllığı qəbul etdi. Lakin 1 il keçməmiş - 12 iyun 1806-cı ildə İbrahimxəlil xan Şuşa yaxınlığındakı Xanbağında 17 nəfər ailə üzvləri ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi.
Ailəsi
redaktəOğulları
redaktə- Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir (1755-1806) general-mayor
- Mehdiqulu xan Cavanşir general-mayor
- Talıbxan
- Cavad ağa (1757-1779)
- Xanlar ağa (?-1831)
- Əbülfət xan Tuti (?-1835)
- Məhəmmədqasım ağa
- Əhməd xan
- Hüseynqulu ağa
- Səfiqulu ağa
- Fətəli ağa
- Şıxəli ağa
- Abbasqulu ağa
Qızları
redaktə- Ağabəyim ağa (1782-1832) Fətəli şah Qovanlı-Qacarla ailə qurmuşdu.
- Tuti bəyim Səlim xan Şəkili ilə ailə qurmuşdu.
- Baxşı bəyim Fərəculla xan Şahsevən ilə ailə qurmuşdu.
- Güllü bəyim II Nəzərəli xan Şahsevən ilə ailə qurmuşdu.
- Kiçik bəyim Hüseynqulu xan Dünbili ilə ailə qurmuşdu.
- Əzət bəyim Əbuturab xan Dünbili ilə ailə qurmuşdu.
- Gövhər ağa (Göbhərnisəbəyim ağa) (1796-1888) öncə Cəfərqulu xan Dünbili ilə, sonra Xankişi bəy Sarıcalı-Cavanşirlə həyat qurmuşdu.
- Şahnisə bəyim Əli bəy Sarıcalı-Cavanşirlə evlənmişdi.
- Səltənət bəyim (?-1806)
Törəmələri
redaktə- Azərbaycanın görkəmli şairə-qadını Xurşidbanu Natəvannın babasıdır.
- Mehdiqulu xan onun nəticəsidir.
- Xanbikə xanım onun nəticəsidir.
İstinadlar
redaktə- ↑ Məlik Cəmşidin Yuli təqvimi ilə 1806-cı ilin mayın sonunda (Qriqori təqvimi ilə: 12.07.1806) general-mayor Nesvеtayevə yazdığı məktubda İbrahim xanın öldürülməsi qeyd olunub. Bax: Акты, собранные Кавказской археографической комиссией. Т. III. Тифлис. 1869. С. 329-330. — № 600.
- ↑ Ф.М.Абасов. Гарабагское ханство, стр.: 126, Баку, 2007. ханство[ölü keçid]
- ↑ 1 2 3 4 5 "Mustafazadə, Tofiq. Qarabağ xanlığı. Bakı: Sabah, 2010, s. 125-127" (PDF). 2024-11-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-09.
- ↑ "Mustafazadə, Tofiq. Qarabağ xanlığı. Bakı: Sabah, 2010, s. 135" (PDF). 2024-11-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-09.
- ↑ http://www.karabakh-doc.azerall.info/ru/isegod/isg030az-2.php Arxivləşdirilib 2013-04-06 at the Wayback Machine. www.karabakh-doc.azerall.info
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Qarabağın görkəmli şəxsiyyətləri:İbrahimxəlil xan Cavanşir (1732-1806)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
SƏLƏF Pənahəli xan |
İbrahim xan Cavanşirlər |
XƏLƏF Mehdiqulu xan |