Idris Samxalov - Wikipedia
İdris Şamxalov (ləzg. Шамхалрин Идрис Разакьан хва; ) — ilk Dağıstan dramaturqu[1], aktyor və rejissor[2]. Dağıstanda ilk teatrın qurucusudur. Milliyyətcə ləzgidir[3].
İdris Şamxalov | |
---|---|
Doğum tarixi | 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 1945 |
Vəfat yeri | |
Fəaliyyəti | aktyor |
Bioqrafiyası
redaktəİdris Şamxalov 27 sentyabr 1877 -ci ildə Bakı şəhəri[4], Suraxanı kəndində Dağıstan vilayətinin Samur qəzasının Axtı (indiki Dağıstan Respublikasının Axtın rayonu)[5] kəndindən gələn bir Bakı fəhləsinin ailəsində anadan olmuşdur. Bakıdakı neft yataqlarında işləyir[6], burada teatr sənəti ilə tanış olur. 1906-cı ildə bir dramaturqun həyatında ən əlamətdar hadisə baş verir. Onun tərəfindən bir teatr qurulur. İdris Şamxalovun üç oğlu Böyük Vətən müharibəsi cəbhələrində vuruşur. 1944-cü ildə iki oğlunun müharibədə ölməsini eşidərək ürək çatışmazlığından dünyasını dəyişir[7].
Həyatı ilə bağlı maraqlı fakt
redaktəİdris Şamxalovun həyatında bir epizod var: köhnə bir adətə görə, başqa bir kənddən bir döyüşçü doğma kəndinə gələrək Axtın cəmiyyətindən onunla döyüşəcək bir döyüşçü çıxarmasını tələb edir. İdris Şamxalov kənd təsərrüfatı işlərindən sonra evə gedir. Yolda o, döyüşçü ilə güləşməyə razılıq verir. Bu dueldə rəqibini məğlub edir və kəndini qalib tərəfə xərac verməkdən xilas edir. Bir vaxtlar İdris Şamxalov Axtı kəndinin sol sahil hissəsinin bağ sahələrini bu günə qədər suvaran bir kanalın tikintisini təşkil edib başa çatdırmışdır. O, həmçinin mal-qara və xırdabuynuzlu heyvanların kəsilməsinin ən çevik ustalarından biri kimi tanınır. Müasirlərin fikrincə, İdris Şamxalov bu işi digər kişilərə nisbətən dörd dəfə daha sürətli etmişdir[8].
Yaradıcılığı
redaktəİdris Şamxalovun ilk yaradıcılığına 1906-cı ildə başlamışdır. Onun qurduğu teatrın ilk əsəri "Burjalı" pyesi olmuşdur. Əsər xalq əfsanələrinə əsaslanırdı. Dram dərnəyinin üzvləri və İdris Şamxalovun özü də təkid edirdi ki, teatrın ilk tamaşası milli olmalıdır. Pyesin təqdimatı üçün eyni adlı tamaşa hazırlanmışdır. 1908-ci ildə Axtı dram klubu Osmanlı İmperatorluğunun "qanlı sultanı" II Əbdülhəmidin devrilməsini alqışlayan , müxtəlif millətlərdən və dinlərdən olan insanlar arasında dostluğun və hörmətin gücləndirilməsinə çağıran "Köhnə Türkiyə" tamaşasını səhnələşdirir. Ancaq Samur rayon rəhbərliyi Türkiyə ilə bağlı tamaşanı Rusiyaya işarə kimi qəbul edir. Qala komendantı səhnələşdirməni qadağan edir və İdris Şamxalovun özü həbs edilir. 1913-cü ildə teatr qrupu "Dağıstan çiçəkləri" tamaşasını hazırlayır. 1914-cü ildə İdris Şamxalov "Gənclik" tamaşasının məşqlərinə başlayır. 1915-1916-cı illərdə Azərbaycan bəstəkarlarının musiqi ifaları həyata keçirilir: Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" və "Leyli və Məcnun", Zülfüqar Hacıbəyovvun "Aşıq Qərib", Hüseyn Cavidin "İblis" və s. 1920-ci illərin sonunda Pərixanım pyesi səhnəyə qoyulur.
İstinadlar
redaktə- ↑ "Театральные традиции лезгин". ФЛНКА - Официальный сайт (rus). 2019-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
- ↑ "Создатель первого театра в Дагестане - лезгин Шамхалов, Идрис Разакович - 29 Июня 2012, Лезги TV-Радио - Лезгины, История лезгин, Лезгинские новости, событии. 91". lezgi-yar.ru. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-23.
- ↑ "Идрис Шамхалов | Лезги чIални литература". www.lezgichal.ru (rus). 2021-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
- ↑ "Основателю лезгинского театра Идрису Шамхалову - 140 лет (Посвящается) - 15 Октября 2017, Знаменитые Лезгины - Лезгины, История лезгин, Лезгинские новости, событии. 95". lezgi-yar.ru. 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-23.
- ↑ "Создатель первого театра в Дагестане - лезгин Шамхалов, Идрис Разакович - 29 Июня 2012, Лезги TV-Радио - Лезгины, История лезгин, Лезгинские новости, событии. 91". lezgi-yar.ru. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
- ↑ "Шамхалов Идрис - создатель первого лезгинского театра. | Баку | Энциклопедия | "Неизвестные" бакинцы". www.baku.ru. 2021-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-23.
- ↑ "Биография И. Р. Шамхалова | МКУ "УКСМПиТ" МР "Ахтынский район"" (rus). 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-23.
- ↑ "Идрис Шамхалов — основатель первого театра в Дагестане". Яндекс Дзен | Блогерская платформа (rus). 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.