Idyros - Wikipedia
İdyros və ya İdyropolis (lat. İdyrus ) - Türkiyə Respublikası Antalya əyalətində, antik Likiya şəhəri. Müasir Kemer şəhərinin mərkəzində yerləşir.
Qədim şəhər | |
İdyros | |
---|---|
36°36′09″ şm. e. 30°33′36″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | Antalya |
İlk xatırlanma | Karl Ritter |
Müasir yeri | Kemer, Antalya, Türkiyə |
|
Tarixi
redaktəKarl Ritter, Skylasvə Kipert İdyros antik şəhəri haqqında müxtəlif fikirlər irəli sürmüşlər. Karl Ritter Faselisin şimalındakı "Kopa Avova" burnunun yamaclarındakı şəhərin İdyropolis olduğu fikrini irəli sürür. Şəhərdə antik dövrdə gəmiçilik inkişaf etmişdir. Skylas isə dəqiq fikir irəli sürməsə də, Faselis ilə Lurnatsin (Siçan adası) arasında olduğunu bildirir. Əslində bu fikirlər Kipertin fikrini təsdiqləyir. Kipertin hazırladığı xəritədə antik şəhərin Kemer dağının cənub-şərq tərəfində "An Avuva" burnunun yerləşdiyi yeri İdyros olaraq göstərir. 1976-1977-ci illərdə Antalya Muzeyi Rəhbərliyi mütəxəssislərinin təşkil etdiyi tədqiqatlar nəticəsində Kipertin göstərdiyi yerdə antik yaşayış məskəni aşkarlanmış və bu yaşayış məskəninin Kipertin dediyi kimi, İdyros şəhəri olması qərarına gəlmişlər. Müasir dövrdə antik İdyros şəhərindən Bizans dövrünə aid olduğu güman edilən Kilsə (IV-VII əsr) və bu Kilsəyə bağlı olan III əsrə aid olduğu güman edilən Bazilika, Erkən Roma dövrünə aid Gözətçi qülləsi, məqsədi tam bilinməyən tikililər və körpü qalıb. Stefan Bizantiniusun Hekataiusa istinadən verdiyi məlumatlara görə İdyros ilk dövrlərdə dəniz nəqliyyatında əhəmiyyətli paya sahib olub. Misir və Yaxın Şərqdən Likiyanın qərbinə gedən yelkənli gəmilər Nil çayından İdyros limanına qədər gəlirdilər.[1]
Qalıqları
redaktəIdyros şəhərindən müasir dövrə qalan əsas iki əsər Kilsə və gözətçi qüllədir. Bazilikanın planında olan kilsə, ortada absisli bir orta nəf, narteks, eksonarteks, cənubunda ibadətgah, şimalında baptisteryum və ətrafındakı digər strukturlarla kompleks bir sistem əmələ gətirmişdir. Bazası iri dənəli mozaikalarla bəzədilib. Gəzətçi qüllə isə Marinanın şimalında olan yüksəkliyin cənub ucunda, ətraflı poligapol hörmə texnikasında işlənmiş divarlarla əhatəolunmuş, cənub tərəfdən iki qüllə ilə bir giriş, şimal-şərq tərəfdə isə bir qüllə vardır.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ İdyros Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine T.C. Kemer Kaymakamlığı
- ↑ İdyros Arxivləşdirilib 2021-11-30 at the Wayback Machine Türkiyə Vikipediyası