Ifratkeciriciler - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İfratkeçiricilər İfratkeçirici – temperaturun Tc-nin müəyyən bir dəyərinə qədər azalması nəticəsində elektrik müqaviməti sıfıra bərabər olan (ifratkeçiricilik) materialdır. Bu zaman bildirilir ki, material "ifratkeçirici xüsusiyyətlər" əldə edir, və ya "ifratkeçirici vəziyyətə" keçir. Hal-yazırda ifratkeçiricilik sahəsində Tc temperaturunun otaq temperaturuna qədər artırılması məqsədilə araşdırmalar aparılır.
Tarix
redaktə1911-ci ildə holland fiziki Kamerlinq-Onnes müəyyən etmişdir ki, civəni maye heliumda soyudan zaman onun müqaviməti əvvəlcə tədricən dəyişir, sonra isə 4.1 K temperaturda kəskin şəkildə sıfıra düşür. Ən kiçik ölçülü ifratkeçirici 2010-cu ildə üzvi ifratkeçirici (BETS)2GaCl4[1][2] əsasında yaradılmışdır ki, burada da "BETS" abbreviaturası bisetilenditiotetraselenafulvalen deməkdir. Yaradılmış ifratkeçirici, nümunənin ümumi uzunluğu təxminən 3,76 nm olmaqla bu maddənin cəmi dörd cüt molekulundan ibarətdir.
İfratkeçiricilərin xüsusiyyətləri
redaktəXüsusiyyətlərindən asılı olaraq ifratkeçiricilər üç qrupa bölünür:
- I (birinci) tip ifratkeçiricilər;
- 1,5 tipli ifratkeçiricilər;
- II (ikinci) tip ifratkeçiricilər.
İfratkeçirici vəziyyətinə faza keçidi
redaktəMaddələrin ifratkeçiricilik vəziyyətinə keçidi onun termal xüsusiyyətlərinin dəyişilməsi ilə müşayiət olunur. Lakin bu dəyişiklik nəzərdən keçirilən ifratkeçiricilərin tipindən asılıdır. Belə ki, I tip ifratkeçiricilər üçün maqnit sahəsi olmadıqda ifratkeçirici vəziyyətindən adi vəziyyətə keçidin (udulma və ya ayrılma) istiliyi sıfıra bərabərdir. Bu səbəbdən də istilik tutumu sıçrayışlara məruz qalır ki, bu da II tip faza keçidi üçün xarakterikdir.
Meysner effekti
redaktəİfratkeçiricinin sıfır elektrik müqavimətindən daha vacib xüsusiyyəti, onların rotB=0 maqnit axınının çıxarılmasından ibarət olan Meysner effektidir. Bu eksperimental müşahidədən ifratkeçiricinin daxilində sönməyən cərəyanların olması qənaətinə gəlinir. Bunlar da xarici, tətbiq olunan maqnit sahəsinin əksinə yönəlmiş və onu kompensasiya edən daxili maqnit sahəsi yaradır.
Mənbə
redaktə- Сверхпроводник (http://bse.sci-lib.com/article100164.html )— статья из Большой советской энциклопедии
- Физики представили теорию полуторной сверхпроводимости (http://www.membrana.ru/particle/17011 Arxivləşdirilib 2018-04-10 at the Wayback Machine)
- В. Л. Гинзбург, Е. А. Андрюшин. Глава 1. Открытие сверхпроводимости // Сверхпроводимость (http://elementy.ru/lib/430825/430828#1). — 2-е издание, переработанное и дополненное. — Альфа-М, 2006. — 112 с. —3000 экз. — ISBN 5-98281-088-6.
__________________________________________________________________