Ikinci Aratkend - Wikipedia
Aratlı Curuğlu (əvvəlki adı: İkinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun İkinci Aratkənd kəndi Aratlı-Curuğlu kəndi adlandırılmışdır.[2]
Aratlı Curuğlu | |
---|---|
40°30′ şm. e. 48°25′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəAratkənd yaşayış məntəqəsinin adı 1917-ci ilə aid mənbələrdə Gorus–Aratkənd formasında göstərilir. 1933-cü ilə kimi yalnız bir Aratkənd olmuşdur. Sonralar kənd böyüyərək parçalanmış, iki kənd yaranmışdır. Onlardan qədim Aratkəndə I, sonra yaranan Aratkəndə isə II fərqləndirici əlaməti artırılmışdır. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər İkinci Aratkənd olmuşdur. 1992-ci ildən etibarən Birinci Aratkənd Maşadqanlı, ikinci Aratkənd isə Aratlı Curuğlu adlanır. Aratkənd etnonimi Monqol ordusu tərkibində Azərbaycana gəlmiş Oyratlarla bağlıdır. Curuğlu isə həmin tayfaya mənsub tirələrdən birinin adıdır.[3][4]
Coğrafiya
redaktəAratlı Curuğlu kəndi Ağsudan 9 km cənub, Bakıdan 166 km qərb istiqamətində yerləşir.
Din
redaktəKənddə Arat–Cuxurlu kənd məscidi dini icması fəaliyyət göstərir[5].
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
- ↑ "Ağsunun tarixi səhifələri". Bakı, "Adiloğlu", 2001, 94 səh. (az.)
- ↑ Aratlı Curuğlu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 58. ISBN 978-9952-34-155-3.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)