Ikinci Felluce Doyusu - Wikipedia
II Fəlluca Döyüşü və ya hərəkatın kod adı ilə “Fantom Furi” yaxud “Əl-Fəcr” hərəkatı, I Fəlluca Döyüşünün uğursuz olmasından sonra ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Krallıq əsgərlərinin dəstəyi ilə Fəllucadakı İraq Müqavimətinə hücum etdikləri qarşıdurmadır. 8-16 Noyabr 2004 tarixləri arasındakı döyüş vaxtı ABŞ tərəfindən dəstəklənən İraq Müvəqqəti Hökuməti də müqavimətçilərə qarşı gerçəkləşdirilən hərəkatı təsdiqləmişdir. Döyüş 1968-ci ildə Vyetnam Müharibəsindəki Hue Döyüşündən sonra ABŞ Silahlı Qüvvələrinin daxil olduğu ən qanlı qarşıdurma olaraq bilinməkdədir. Fəllucaya qarşı eyni ilin Aprel ayında gerçəkləşdirilən və I Fəlluca Döyüşü olaraq bilinən hərəkat “Skot Helvenston Hadisəsi”nin məsullarının tapılması üçün gerçəkləşdirilmiş, fəqət uğursuz olmuşdu. Bundan sonra şəhərdəki müqavimətçilər yaxınlaşan yeni hərəkat üçün hazırlıqlar etmiş və buna görə də şəhər güclü qarşıdurmalara səhnə olmuşdur.
Nəticəsi
redaktəDöyüş Fəlluca şəhərini tamamilə məhv etmişdi. Binaların 65%-ı yıxılmış, geriyə qalanı isə istifadəyə yararsız vəziyyətdə idi. Şəhərdəki 120 məscidin yarısı ciddi şəkildə zərər görmüşdü. Şəhərin döyüşdən öncə 350 min nəfər olan əhalisi döyüşdən sonra 25-30 minə qədər düşmüşdü. Şəhərə qayıdan fəllucalılar girişdə ABŞ ordusu tərəfindən barmaq izi testlərinə məruz qalırdı. Şəhərdəki hər şey xarab olduğuna görə yerli əhali uzun bir müddət elektrik, qaz və təmiz su kimi əsas ehtiyaclarını tapa bilmirdi. Şəhərdə sağlam qalan tək xəstəxana isə xidmət göstərə bilmək üçün çox uzaqda idi. Əhalinin çoxu şəhərin kənar məhəllələrində qurulan çadırlarda həyatlarını davam etdirməyə çalışırdılar. Döyüşlərin nəticəsində 1200-dən çox iraqlı müqavimətçi şəhid olmuş, 64 ABŞ əsgəri öldürülmüşdü.