Ikinci Xarkov Doyusu - Wikipedia
İkinci Xarkov döyüşü — Alman qüvvələrinin hücumu sovet qüvvələrinin 12 - 28 May 1942-ci ildə İzyum körpüsündən etdikləri hücumuna qarşı edildi. Alman hücumunun operativ məqsədi Sovet hücumlarının həyata keçirildiyi Donets çayındakı Sovet İlium körpüsünün (Barvenkovo çarxı) aradan qaldırılmasıdır. Qırmızı Ordunun 1941-1942-ci il qış hücumu Alman Mərkəzi Ordu Qrupunu Moskvadan geri çəkdi. Ancaq bu əks-hücumlar zamanı Stavka bütün ehtiyat qüvvələrdən istifadə etdi. Sürpriz əks-hücumla uğursuz olan Qırmızı Ordu Xarkov Hücumu, Stavka tərəfindən strateji təşəbbüsün möhkəmləndirilməsi üçün edilən həmlə idi.
İkinci Xarkov döyüşü | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi | |||
| |||
Tarix | 12-28 may 1942 | ||
Yeri | Xarkov | ||
Nəticəsi | Nasist Almaniyasının qələbəsi | ||
Ərazi dəyişikliyi | Ukrayna | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
12 may 1942-ci ildə Marşal Semyon Timoşenkonun komandanlığı altında sovet qüvvələri qış hücumu zamanı Almaniyanın 16-cı Ordusuna qarşı ümumi hücuma başladı. Əvvəlcə uğurlu olan hücum Almaniyanın əks-hücumları tərəfindən dayandırıldı. Stalin və bir sıra qərargah zabitləri Alman 6-cı Ordusunun gücünü düzgün qiymətləndirməkdə ciddi səhvlərə yol verdilər. Üstəlik, yeni hazırlanan Qırmızı Ordu qüvvələrinin gücünü həddən artıq qiymətləndirdilər. Bu səhvlər alman qüvvələrini Sovet qoşunlarını cəbhənin qalan hissəsindən təcrid etməyə şərait yaratdı.
Əməliyyatdan əvvəl
redaktəÜmumi vəziyyət
redaktə1941-ci ilin oktyabrında Rostovu geri alan Qırmızı Ordu, Moskvaya qarşı ümumi hücumda Alman qüvvələri ilə qarşı-qarşıya gəldi və dərhal əks-hücuma başladı. 1942-ci ilin fevral ayının sonunda Qırmızı Ordunun gücünün tükənməsi nəticəsində bu hücumlar dayandı. Bu tarixdən etibarən Şərq Cəbhəsində silahlar bir müddət susdu. Stalin almanların artıq ölüm yatağında olduğunu bildirdi. Onun sözlərinə görə, Wehrmachtın hücum gücü tükənmiş və 1942-ci ilin yazında və ya yayında dağılacaqdır. Bu fikri 7 noyabr 1941-ci ildə etdiyi bir nitqində ifadə etdi. Nəticədə düşmənin zəif olduğunu qəbul edərək, erkən yazda yeni bir ümumi hücum başlatmaqla Qırmızı Ordunun qış əks hücumları ilə uğurlarını genişləndirmək qərarına gəldi.
Stalinin qərarı bir müddət müdafiədə qalmağın lazım olduğunu deyən marşal Boris Şaposhnikov, general Aleksandr Vasilevski və marşal Georgi Jukov da daxil olmaqla, zabit heyətinin sərt reaksiyaları ilə üzləşdi. Vasileski xatirələrində "bəli, almanların ehtiyat qüvvələrindən istifadə etdiyinə inanmaq istədik, amma həqiqət daha ağrılı oldu" yazır. General Jukovun sözlərinə görə, Stalin alman qüvvələrinin Moskvaya qarşı nəticəli bir hücumu başlamazdan əvvəl bütün cəbhə üzərindəki yaz hücumlarının tarazlığını pozacağına əmin idi. Əslində Stalin alman qüvvələrinin həm Moskvada, həm də ölkənin cənubunda ümumi hücumlar həyata keçirə biləcək gücdə olduqlarından əmin idi[3]. Təcrübəli generalları tərəfindən xəbərdar edilsə də, Stalin "regional hücum" vasitəsi ilə alman komandanlığını qəfil ovlamaq qərarına gəldi.
SSRİ strategiyası
redaktəQış hücumu başa çatdıqda həm Stalin, həm də Sovet Ali Komandanlığı Stavka, Alman hücumunun son hədəfinin 1941-ci ildə olduğu kimi yenə də Moskva olacağına inanırdı. Əvvəlki il Barbarossa və Tayfun əməliyyatına bənzər ümumi hücum 1942-ci ildə də olacağı fikiri üstünlük təşkil etdirdi. Stavka Almaniyanın Moskvaya istiqamətli ümumi hücumunun məğlub edildiyini düşünsə də, istənilən vaxt yenidən Moskvaya hücum edə biləcək 70 alman bölüyü paytaxtın hələ də təhdid altında olduğunu göstərirdi. Digər tərəfdən Stalinin bir çox generalları və cəbhə komandirləri əsl Alman hücumunun Moskvanı hədəf alacağına inanırdılar. Ancaq əvvəlki qışda uğurlu əks-hücumlar Stalini regional hücumların Alman ordusunun zəiflədəcəyinə inandırdı[4]. Alman qüvvələrinin bu şəkildə zəiflədilməsi Alman komandanlığının Moskvaya yenidən hücum etməsinə mane olazaqdı. Əvvəlcə "aktiv strateji müdafiəyə" razılıq verdi, lakin sonra Baltik dənizindən Qara dənizə qədər uzanan yeddi zolaq üçün regional hücum əmrini verdi. Bu bölgələrdən biri mart ayında orijinal hücum planında nəzərdə tutulan Xarkov idi[5].
Martın əvvəlində Stavka, parlaq uğurlarla nəticələnən Don bölgəsindəki Barvenkovo-Lozovaya hücum əməliyyatını və Rostov Strateji Hücum Əməliyyatından sonra Cənub-Qərb cəbhəsinə öz zolağında hücum etmək əmri verdi. Toqquşmalar elə həmin ay başladı. Marşal Semyon Timoşenkonun generallarından olan Kirill Moskalenkonun qüvvələri Alman mövqelərini Don çayının şimal hissəsində Xarkovun şərq hissəsində hücum etdi. Şiddətli toqquşmalar aprel ayına qədər davam etdi. General Moskalenko qüvvələri İzium bölgəsində dar bir körpü meydana gətirərək Don çayını uğurla keçdi. Bu vaxt, cənubda Alman müdafiəsinə qarşı daha məhdud bir müvəffəqiyyət oldu[5]. Stalin başa düşdü ki, Pavloqra və Sinelnikovoya, ardınca Xarkov və Poltavaya çatmağı hədəfləyən son hücumun başlana bilər. Martın 15-də sovet komandirləri Stalinə Xarkov istiqamətində hücuma keçmək üçün plan hazırladılar. Marşal Timoşenko martın 20-də yaxınlaşan hücumu müzakirə etmək üçün iclas keçirdi. Marşal Timoşenko Baş Qərargah rəisi General İvan Baqramyanla iclas haqqında hesabatı Moskvaya göndərdi. Sovet qoşunlarının Barvenkovo və Volçansk bölgələrində möhkəmləndirilməsi may ayının əvvəllərində davam etdi. Son detallar Stalinin heyəti və cənub-qərb cəbhəsinin komandiri marşal Timoşenko ilə mart və aprel aylarında görüşlər nəticəsində formalaşdı və 17 apreldə Stavkanın son əmri verildi[5]..
Hücum hazırlığı
redaktəQırmızı Ordunun döyüş Sxemi
redaktə11 may 1942-ci il tarixinə Qırmızı Ordu iki cəbhədə altı ordu və bəzi digər birləşmələri topladı. Sovet Cənub-qərb cəbhəsinin komandanlığında 6-cı ordu, 21-ci ordu, 28-ci ordu və 38-ci ordu var idi. Mayın 11-də 21-ci və 23-cü tank korpusu cəmi 269 tank ilə iştirak etdi. Bölgədə üç müstəqil piyada diviziyası və 270-ci piyada diviziyasının bir piyada alayı da mövcud idi. Bogdanovka da 2-ci süvari korpusu var idi. Cənub Cəbhəsinin komandanlığında 9-cu ordu, 57-ci ordu və 30-cu piyada diviziyası və bir piyada alayı var idi. Daha sonra 24-cü tank korpusu, 5-ci süvari korpusu və üç Mühafizə piyada diviziyası bu birliklərə qoşuldu. Ən güclü vəziyyətində belə, cəbhənin hər kilometrinə 11 silah və ya minaatan düşürdü[6][7].
Bu yenidənqruplama zamanı palçıq mövsümünə düşməsi, yolların əlverişsiz olması səbəbindən çox çətin keçdi. Bəzi böyük dəyişikliklər təxirə salındı və cənub cəbhəsi və cənub-qərb cəbhəsi planlaşdırıldığından daha uzun müddət yerləşdirildi. General Vasilevskinin xatirələrində söylədiyi kimi, bu vəziyyət qarşısında bəzi sovet nümayəndələrinin tənqidi gündəmə gəldi. Cəbhə komandirlərini qüvvələrin qeyri-adekvatlığında və hücumda yararsızlıqda ittiham etdilər. 38-ci Ordu Komandiri General Moskalenko, yenidən birləşmə planının olmaması və beləliklə idarəçiliyin zəif olması ilə günahlandırıldı. "Faşist Alman Komandanlığının planlarımızı proqnozlaşdırması heç də sürpriz olmadı" dedimişdi.
SSRİ rəhbərliyi və işçi qüvvəsi
redaktəSovet İttifaqının ən yaxşı komandirlərindən marşal Semyon Timoşenko Birinci Dünya müharibəsində və Rusiya Vətəndaş müharibəsində iştirak etmiş təcrübəli komandir idi. Ötən il Somlensk döyüşündə müəyyən qədər uğurlu olmasına baxmayaraq sonda məğlub oldu. Bundan sonra o, qış əks-hücumlarında Rostovda parlaq qələbə qazana bildi. Sonradan, Xarkovda (Xarkovun Birinci Döyüşü) ən azı fabriklərdəki materialların çıxarılmasına müvəffəq oldu. Ordunun Siyasi Komissarı Nikita Xruşşov idi.
Adi sovet əsgəri təcrübəsizdi, nəticədə həddən artıq itki oldu. Müharibənin başlamazdan bir il əvvəl Qırmızı Ordunun dağıdılması Moskva Döyüşündə qələbə ilə bir qədər yüngülləşdirildi. Ancaq Qırmızı Ordu döyüşdən bir müddət əvvəl ölü, yaralı və əsir kimi çox sayda qüvvəsini itirdi. Yalnız Moskva Döyüşünün itkiləri bir milyon təşkil edirdi. Təlim görmüş əsgər çatışmazlığı ilə yanaşı Qırmızı Ordu, Almaniyanın tutduğu sənaye bölgələrinin əhəmiyyətli bir hissəsini tədarükündən məhrum olmasından əziyyət çəkməyə başladı. Nəticədə, bu dövrdə qəbul edilmiş hərbi doktrina "müvəqqəti strateji müdafiə" olmalı idi.
Sovet Baş Qərargahının rəisi marşal Vasilevski 1942-ci ildə Sovet ordusunun yaxşı təlim keçmiş Alman Silahlılarına qarşı genişmiqyaslı hücum əməliyyatlarına hazır olmadığını iddia etdi. Çünki alman ordularının həm miqdarı, həm də keyfiyyəti artıq üstün idi. Üstəlik, 1941-ci ildə məğlubiyyətdən sonra komandanlıq heyəti və gənc zabitlərlə ordu yenidən quruldu.
Alman hazırlıqları
redaktə30 apreldə Almaniyanın 6-cı Ordusuna yeni təyin olunmuş general Fridrix Paulus Friderikus Əməliyyatı üçün əmr verdi. Bu əməliyyatın operativ məqsədi mart və aprel aylarında Sovet hücumları zamanı Xarkovdan cənubda meydana gələn İzium ərazisində sovet qüvvələrini məhv etmək idi. Bu vəzifə 6-cı Orduya 30 apreldə göndərilən əmr ilə verildi və "mümkün başlanğıc tarixi" 18 May olaraq göstərildi.
OKW Cənub Ordular Qrupunu gücləndirmək üçün çox səy göstərdi. Cənub Ordular Qrupu Barbarossa əməliyyatı zamanı Mərkəzi Ordular Qrupunun komandiri marşal Fedor von Bokun rəhbərliyində idi. 5 aprel 1941-ci ildə Hitler, həmin ilin yay ümumi hücum strategiyasını diktə edən 41 nömrəli əmir buraxdı. Bu əmrə görə, yay ümumi hücum əməliyyat bölgəsi cəbhənin cənub hissəsi olacaqdır. Aprel ayının sonu və may ayının əvvəlində Cənub Ordular Qrupunun bölmələri digər cəbhələrdən gələn qüvvələrlə birləşərək tam heyət təşkil edəcəkdi. Yay kampaniyasının strateji hədəflərinə qarşı ümumi hücum marşal Von Manstein Krımı nəzarəti altındakı 11-ci ordu ilə birlikdə ələ keçirildikdən sonra başlamalı idi (Sevastopolun mühasirəsi). Əsas hədəf Qafqaz və neft yataqları, ikinci hədəf isə Stalinqrad şəhəri idi[3].
Əməliyyatın başlama tarixi 18 May olaraq təyin olunduğundan, 6-cı Ordunun bütün elementləri aprel ayında gücləndirilməli idi. Beləliklə, Sovet planlarından xəbərsiz olan Alman ordusu əməliyyat ərazisinə genişmiqyaslı qüvvələr toplamağa çalışırdı. General Paulus Friderikus Əməliyyat Planı layihəsinin son planını mayın 10-da təqdim edəndə Sovet hücumundan çəkinirdi.[8] Beləliklə, Sovet hücumuna qədər marşal Timoşenkoya qarşı Alman ordusu Qafqaza son hücum üçün tam hazır idi[6].
SSRİ hücumu
redaktəBirinci mərhələ
redaktəQırmızı Ordu hücumu 12 may 1942-ci ildə səhər 6:30 bir saatlıq artilleriya hazırlığı atəşi ilə başladı. Hazırlıq atəşinin son iyirmi dəqiqəsi ərzində Alman mövqelərinə hava reydləri də bombardmana daxil edildi. Saat 07: 30-da quru qoşunları qoşa sıxışma hərəkəti ilə Volçansk və Barvenkovo rayonlarından hücuma keçdilər. Qırmızı Ordu hücumu Alman müdafiəsindən güclü müqavimətlə üzləşdi. Lakin hava hücumları və artilleriya quru qoşunlarının hücumu ilə əlaqələndirildikdən sonra Almaniyanın müdafiəsi tədricən dağıldı. Toqquşmalar Nepokrytaia yaxınlığında xüsusilə ağır oldu. Bu hissədə Alman müdafiəsi üç bölgədə əks-hücum etdi. Günün sonunda Qırmızı Ordu hücumu Alman müdafiəsinin ən dərin hissəsində 10 km irəliləyə bildi. General Mokalenkonun qeydlərində əməliyyat öncəsi kəşfiyyat və kəşfiyyat hesabatlarının yetərli olmadığını göstərir[9]. Bölgədəki Alman qüvvələrinin ehtiyat bir bölmə olması ehtimal edilsə də, irəliləyən Qırmızı Ordu birləşmələri qarşısında iki Alman ehtiyat diviziyası var idi. Döyüş zamanı ölən bir Alman generalının gündəliyində də Alman komandanlığının bölgədə bir sovet hücumunun hazırlanmasından xəbərdar olduğu aydın olur. Marşal von Bok general Paulusa hava dəstəyi olmadan əks hücuma çıxmamaq barədə xəbərdarlıq etmişdi[10]. Bir neçə sovet tank briqadası general Volter Heitzin 8-ci korpus xətlərinə Xarkovdan 19 km uzaq məsafədən Volçansk ətrafında kömək edərkən bu məsələ yenidən gündəmə gəldi. Bu, Alman qüvvələri üçün ciddi təhlükə yaratdı[11].
İlkin nailiyyətlər
redaktəİlk 72 saatlıq güclü yağış və palçıqda keçən döyüşdə Alman Alman 6-cı ordusunun 16 batalyonu ləğv ediləcək səviyyədə zəifləmişdir. General Paulus isə regional əks-hücumlarda iştirak etmir, əsas etibarilə müdafiə qalırdı. Mayın 14-də Qırmızı Ordu müəyyən müvəffəqiyyət əldə etdi, ancaq Alman hücumu ilə ciddi itki verdi və bəzi hücumlara məruz qalan Sovet diviziyaları bu hücumlar qarşısında geri çəkilməli oldu. Yalnız ehtiyatlı Sovet tankları Almaniyanın əks hücumlarını dayandıra bildilər. Marşal Timoşenkonun xəyal qırıqlığı Alman tank itkilərinin çox aşağı olması idi. Məsələn, 3-cü Panzer Divizionunun və 23-cü Panzer Diviziyasının tank itkiləri 35-70 səviyyəsində qiymətləndirildi. Almaniyanın yaxın hava dəstəyi Sovet qoşunlarına da itki verdi. Məsələn, 38-ci Ordu müdafiəyə çəkildi. Mayın 14-də alman qoşunları şimalda sovet mövqelərini regional hücumla zərbələr endirməyə davam etdilər. Sonda Luftwaffe Xarkov ətrafındakı hava hakimiyyətini nəzarətə götürdü. Marşal Timoşenko hava qüvvələrini quru qoşunlarını dəstəkləməkdən çəkib Almaniyanın 4-cü Hava Donanmasına qarşı göndərməyə məcbur oldu. Buna baxmayaraq Sovet qoşunları irəlilədilər. Lakin Sovet hücumunun gücü davamlı müqavimət və xüsusilə də davamlı hava hücumları ilə müşayiət olunan regional əks hücumlar səbəbiylə tükəndi[9]. Günün sonunda 28-ci Ordu artıq Almaniyanın mövqelərinə qarşı hücumlarını davam etdirə bilmədi.
Sovet cənub qrupu şimaldakı hücum qrupları qədər itki vermədi. Əslində, döyüşün ilk üç günündə Alman mövqelərinə qarşı parlaq uğurları var idi. Cənubdakı döyüşlər şiddətli qarşıdurmaların səhnəsi olsa da, Sovet qoşunları bəzi Macarıstan qoşunlarını və bir neçə Alman batalyonunu məğlub etdi. Cənubdakı hücum qruplarının müvəffəqiyyəti, burada qüvvələrin əvvəllər Alman ehtiyat qrupları ilə qarşıdurma apardığı şimaldakı qüvvələrin erkən cəlb edilməsindən də asılıdır[9]. Buna görə Alman Komandanlığı cənub qoşunlarına əlavə qüvvə göndərə bilmədi. Mayın 14-də Hitler General von Kleist-ə əmri ilə 1-ci Panzer Ordusu ilə cəsarətli əks-hücumla təşəbbüs göstərməyi və Friderikus əməliyyatına başlamaq üçün lazımi tədbirlər görməyi əmr etdi.
Hücumun ikinci mərhələsi
redaktəŞimalda sovet hücumu 15 və 16 may tarixlərində yeniləndi. Bu hücumlar müharibənin ilk üç gününə bənzər müqavimətlə üzləşdi. Alman müdafiə xətləri Qırmızı Ordu hücumlarını dayandırmağa davam etdi. Sovet komandirinin döyüşdən gözlənilən nəticəni əldə edə bilməməsinin səbəblərindən biri ağır artilleriyanın azlığı idi. Bu güclü istehkamları yarmağa imkan vermədi. Bunun ən yaxşı nümunələrindən biri Ternovaia müdafiəsindəki Alman birliyinin təslim olmaqdan imtina etməsidir[7]. Döyüş o qədər ağır oldu ki, hücum gün ərzində şimalda orta hesabla beş km irəliləmədən sonra dayandı. Növbəti gün ələ keçirilən sovet hücumunun planına əsasən Alman tanklarına qarşı əks-hücumların qarşısı alındı. Yorğun Qırmızı Ordu bölmələri Almaniyanın əks hücumları qarşısında yalnız öz mövqelərini qoruya bildilər[6]. Alman qüvvələri isə əksinə, hər iki hissədə gün-gündən davam edən döyüşlərlə vəziyyəti öz xeyirlərinə dəyişdi. Sovet hücum konsentrasiyasına, cənubdan fasiləsiz möhkəmləndirmələrə və Krımdan göndərilən təyyarələr qruplarına qarşı dar hədəfli əks-hücumlarla günü başa vurdular. Digər tərəfdən, Barvenkovo çayını müvəffəqiyyətlə keçən Sovet 150-ci Piyada Diviziyasının hərəkəti qətiyyətlə davam etdirməməsi, cənubdakı hücum qruplarının uğurlarını genişləndirə bilməməsində mühüm amil idi[6].
1-ci Panzer Ordusuna qarşı hücum
redaktəGeneral von Kleistin 3-cü Panzer korpusu və 44-cü korpusun Barvenkovo və Alexandrovka üzərinə uğurlu hücum ilə Alman komandanlığını təşəbbüsü ələ aldı. Güclü hava dəstəyi ilə Von Kleist Sovet mövqelərini yardı və hücumun ilk günündə 10 km irləlilədi. Bir çox sovet qoşunları gecə istirahət etmək üçün arxa tərəfə çəkilsə də, ehtiyat hissədəki qoşunlar nazik cəbhə xəttini gücləndirmək üçün irəli göndərildi. Həmin gün marşal Timoşenko gündəlik işlər barədə Moskvaya məlumat verdi və əlavə qüvvə istədi. Marşal Vasilevskinin ümumi çəkilmə üçün təsdiq almaq cəhdləri Stalin tərəfindən rədd edildi. Vəziyyət pisləşdikcə, 18 mayda Stavka növbəti dəfə hücumun dayandırılmasını və 9-cu Ordunun lövhədən çıxarılmasını təklif etdi. Vəziyyət pisləşdikcə, 18 mayda Stavka növbəti dəfə hücumun dayandırılmasını və 9-cu ordunun çıxarılmasını təklif etdi. Timoşenko və Xruşov Alman Kramotorsk qrupunun yaratdığı təhlükənin şişirdildiyini iddia etdilər. Stalin geri çəkilməyi rədd etdi[3].
General Paulus 19 may tarixində Marşal Bokdan əmr aldı. Sifarişlə, artıq Merefa üzərindən girintinin şimal istiqamətində başlayan hücuma əmr verilir. Hücum Sovet qüvvələrinin İzyumdakı mühasirəsinə yönəldildi. Yalnız bundan sonra Stalin general Jukova hücumu dayandırmağa və Alman qanad qüvvələrini sovuşturmağa icazə verdi. Ancaq bu tədbir artıq gecikmiş tədbir idi. Alman qüvvələri Sovet müdafiə mövqeləri qarşısında tez bir zamanda böyük bir müvəffəqiyyət qazandılar və 20 mayda arxadan yaxınlaşmağa başladılar[9]. Almaniyanın yeni bölmələri eyni gündə döyüşə göndərildi. Bir neçə Sovet bölməsinin məğlubiyyəti ilə irəliləmə hərəkəti sürətləndi. Marşal Timoşenko, Sovet qoşunları müvəffəqiyyətlə nizamlasa da, mayın 23-ü günün sonunda İzyumdakı qoşunlara geri çəkilməyi əmr etdi. Digər tərəfdən, 9-cu Ordu və 57-ci Ordu mayın 23-də hücumuna hazırlaşırdı. Alman qoşunlarının irəliləməsinin qarşısını almaq üçün sovet qoşunları səylərə başladılar və bir neçə mühasirəyə alınan qoşunu xilas etmək üçün regional əks hücumlara cəhd etdilər[3]. Lakin əksəriyyəti uğursuz oldu. Mayın 24-də Xarkov ətrafındakı sovet qoşunları Alman qüvvələri tərəfindən mühasirəyə alındı. Almaniyanın bir neçə bölməsi döyüşə atıldı, Sovet qoşunlarının cinahları sıxışdırıldı və dağılmağa məcbur edildi[3].
SSRİ qüvvələrinin mühasirəsi
redaktəİlk geniş mühasirəli parçalanma hərəkəti ertəsi gün, mayın 25-də reallaşdı. Alman generalı Karl Hubert Lanz xatirələrində edilən dəhşətli hücumlarıdan danışmışdır. Sağ qalan Qırmızı Ordu əsgərləri mayın 26-da təqribən 15 kvadrat kilometr ərazidə sıxışmaq məcburiyyətində qaldılar. Sovet qoşunlarının Alman dairəsini şərq istiqamətində qırmaq cəhdləri inadkar müdafiə manevrləri və Luftwaffe basqınları ilə dayandırıldı. Marşal Timoşenko, Alman mühasirəsinin öhdəsindən gələ bilməyəcəyini başa düşdü və mayın 28-də bütün əməliyyatların dayandırılasına qərar verdi. Lakin mühasirəni yarmaq üçün hücumlar mayın 30-dək davam etdi. Ancaq mühasirəyə alınmış sovet əsgərlərinin yalnız onda biri "Barvenkovo siçan tələsi" ndən qaçmağı bacardı[9]. Beevor Sovet itkilərini 240 min olaraq açıqlayır. Digər tərəfdən Glantz 207000 ölü və əsir olduğunu açıqlayır. Hər iki tarixçi almanların itkilərini ölü, yaralı və itkin düşənlərlə birlikdə təxminən 20 min olduğunu açıqlayır. İtki nə olursa olsun, Xarkov hücumu Qırmızı Ordu üçün böyük məğlubiyyət idi. Dolaysıyla bu Qırmızı Ordunun 1941-1942-ci illər qış əks hücumlarının sonunu təşkil edir. Yazda daha kiçik hücumlar gündəmdə olacaq[6].
Davamı
redaktəBir çox tarixçi Sovet İttifaqının İkinci Xarkov döyüşündə məğlubiyyətinin əsas səbəblərini göstərməyə çalışdı. Bəzi Sovet generalları Şərq Cəbhəsində 1941 - 1942 Sovet hücumlarına məğlub olduqdan sonra Stavka və Stalini çatışmazlıqda ittiham edir və 1942-ci ilin yazında Wehrmacht-ın hərbi gücünü yüksək qiymətləndirirlər. Xatirələrində Djukov bu əməliyyatın uğursuzluğunun asanlıqla proqnozlaşdırıla biləcəyini izah edir[12]. Onun sözlərinə görə, hücum əməliyyatı çox təcrübəsiz aparılıb. Almaniyanın İzyumunumun sol cinahından əks hücum təhlükəsi xəritədə də aydın görünürdü. Jukovun fikrincə, Sovet məğlubiyyətinin əsas səbəbi Stalinin buraxdığı səhvlərdədir. Stalin cənub-qərb hissəsindəki Alman ordularının təhlükəsini qiymətləndirə bilmədi və mövcud strateji tədbirini bu bölgədən Almaniyanın mümkün hücumuna qarşı hərəkət etmək üçün dəyişdirmədi. Əslində, Stalin Baş Qərargah rəisi Jukovun cənub-qərb hissəsindəki Alman hücumuna qarşı çıxmaq üçün sovet qüvvələrinin cənub-qərb yanaşmasını ört-basdır etmək üçün güclü bir müdafiə yaratmaq təklifini rədd etdi. Bundan əlavə, aşağı səviyyəli generallar da (xüsusən də Cənub-qərb cəbhə generalları), eynilə rəqibin gücünü zəif qiymətləndirən alman generalları kimi, əvvəlki dövrlərin uğurlarını davam etdirmək istəyirdilər. SSRİ-nin qış əks hücumları Wehrmachtı zəiflətmişdi, ancaq məhv edə bilmədi[7]. General Kirill Moskalenkonun adi bir əsgərinin dediyi kimi "Bu faşistlər qış yuxusundan sonra oyanacaqlar"[7]. Stalinin son vaxtlar silahlandırılmış, buna görə də kifayət qədər təchiz olunmamış və yetərli səviyyədə hazırlanmamış qoşunlardan istifadə tendensiyası onun həm Qırmızı Ordunun döyüş qabiliyyəti, həm də Wehrmachtın müdafiə və əks hücum etmək qabiliyyətini səhv izah etməsinə əsaslanır. Wehrmacht bu məsələdə öz bacarığını Stalinqradın mühasirəsinə səbəb olacaq Almaniyanın Mavi Vəziyyətində açıq şəkildə ortaya qoyurdu. Wehrmacht Stalinqrad döyüşünün sonunda böyük bir dağıntıya məruz qalsa da. Buna baxmayaraq Birinci Xarkov Müharibəsi Sovet qüvvələrinin müvəffəqiyyətli bir hücum reallaşdırmaq səlahiyyətini sübut etdi[13]. Bu döyüş Almaniyanın yay hücumlarının qarşısını almağa yönəlmiş ilk genişmiqyaslı Sovet cəhdlərindən biri kimi görülə bilər. Bu cəhd sonrakı aylarda Stavka tərəfindən planlaşdırılan və həyata keçirilən Mars Əməliyyatı, Uran Əməliyyatı və Saturn Əməliyyatı kimi ümumi hücumlarla davam etdirildi. Bu üç əməliyyatdan yalnız son ikisi həlledici qələbə qazandı[14]. Qırmızı Ordu da müharibəni öz xeyrinə çevirmək imkanına yaxınlaşır. Bu inkişaf Qırmızı Ordunun 1943-cü ilin iyul ayında Kursk döyüşündə strateji təşəbbüs ələ keçirməsinə səbəb oldu. İkinci Xarkov Döyüşünün Stalinə təsiri əslində müsbət idi və komandirlərinə və zabitlərinə daha çox etibar etməyə başladı. Stalin 1941-ci ildə hərbi uzaqgörənliyinin az olması və 1942-ci ildə Almaniyanın hərbi gücünü qiymətləndirə bilmədiyi üçün çox əziyyət çəkdi. Nəticədə tamamilə məmurlarına etibar etməyə başladı. Digər tərəfdən, Hitlerin zabitlərinə inamı getdikcə azaldı və nəticədə hətta Franz Halder 1942-ci ilin sentyabrında Baş Qərargah rəisi vəzifəsindən kənarlaşdırıldı[7]. Qırmızı Ordunun müharibədən əvvəl müharibə şəraitində uyğun bir hücum təşkil edə bilməməsi və alman kəşfiyyatının Sovet hərəkatları haqqında bilik əldə etməsi döyüşün nəticəsinə əhəmiyyətli dərəcədə təsir etdi[3]. Şimaldakı Qırmızı Ordu qoşunlarının zəif döyüş effektivliyi və Stavkanın cəbhə qərargahının zəif kəşfiyyat hazırlığı, hücumların uğursuzluğuna səbəb oldu. Buna baxmayaraq, döyüş qabiliyyətinin zəif olmasına baxmayaraq, Qırmızı Ordu əvvəlcə səriştəli olmasa da, nəticədə müharibənin qalib gəlməsinə səbəb olan taktiki praktikada irəliləmişdir.
Bütün bunlara baxmayaraq Qırmızı Ordunun İkinci Xarkov döyüşündə verdiyi itkilər müharibənin yaxın gələcəyi üçün böyük problem yaratdı. O qədər çox idi ki, Almaniyanın 1942-ci il yay hücumu Mavi Vəziyyətlə başlayanda Qırmızı Ordunun lazımi ehtiyat qüvvəsi yox idi[12]. Nəticədə parçalanan cəbhə ehtiyatla bağlana bilmədi və Wehrmacht Qırmızı Ordunu Stalinqrada qədər gerilətdi.
Xarici keçidlər
redaktə- 41 nömrəli "Fürer Əmri" (İngiliscə)
İstinadlar
redaktə- ↑ "Под Харьковом в мае 1942 года" (rus. ). militera.lib.ru. 26 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 (rus. ). militera.lib.ru http://militera.lib.ru/db/halder/1942_04.html (#bare_url_missing_title). 26 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 Жуков. . ОЛМА-ПРЕСС. 2000. 573. ISBN 5-224-01089-6.
- ↑ A.M. Vasilevski. The matter of my whole life. Moscow: Politizdat. 1978.
- ↑ 1 2 3 David M. Glants, Kharkov 1942: Anatomy of a Military Disaster. Sh: 21 - 37
- ↑ 1 2 3 4 5 David M. Glantz. Kharkov 1942. Da Capo Press. 1998. 287. ISBN 1-885119-54-2.
- ↑ 1 2 3 4 5 K.S. Moskalenko. Soviet Military Review. Moscow: Science. 1969.
- ↑ Antony Beevor. Stalingrad. Penguin Publishing Group. 560.
- ↑ 1 2 3 4 5 "Воронежско-Харьковская наступательная операция" (rus. ). wwii-soldat.narod.ru. 27 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ K.S. Moskalenko. Soviet Military Review. Moscow: Science. 1969. səh. 192.
- ↑ K.S. Moskalenko. Soviet Military Review. Moscow: Science. 1969. səh. 196.
- ↑ 1 2 Liddell Hart, İkinci Dünya Müharibəsi Tarixi cilt 1, Sh: 264
- ↑ Жуков. . ОЛМА-ПРЕСС. 2000. səh. 90. ISBN 5-224-01089-6.
- ↑ Жуков. . ОЛМА-ПРЕСС. 2000. səh. 64,65. ISBN 5-224-01089-6.