Ikinci Ingilis Holland Muharibesi - Wikipedia
İkinci ingilis — holland müharibəsi (1665–67) — İngiltərə və Hollandiya arasında baş verən ikinci müharibə.
İkinci İngilis Holland Müharibəsi | |||
---|---|---|---|
İngilis - holland müharibələri | |||
| |||
Tarix | 4 Mart 1665 - 31 İyul 1667 | ||
Yeri | Şimal dənizi, İngiltərə və Hollandiya Respublikası; Şimali Amerika və Karib dənizi | ||
Nəticəsi |
Hollandiyanın qələbəsi •Breda müqaviləsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Döyüşlər
redaktəİngiltərənin Şimali Amerikada holland müstəmləkəsi olan Yeni Amsterdamı zəbt etməsindən sonra başlandı. 24 yanvar 1665-ci ildə Hollandiya İngiltərəyə müharibə elan etdi. Fransa və(1666-cı ilin fevralından) Danimarka Hollandiyanın müttəfiqləri idi. 11 −14 iyun 1666-cı ildə Dünkerk yaxınlığında admiral Röyterin komandanlığı altında holland donanması ingilisləri darmadağın etdi. Lakin uğur möhkəmləndirilmədi. 4 −5 avqust 1666-cı ildə Nort -Forlend burnu yanında hollandlar məğlub oldular. 1667-ci ilin iyununda holland donanması Temzanın mənsəbini blokadaya aldı və ingilis gəmilərinin bir hissəsini məhv etdi. Birbaşa London üzərindəki təhlükə altında İngiltərə sülh sazişi bağlamağa məcbur oldu. 31 iyul 1667-ci il Bredsk sülhünə görə Yeni Amsterdam İngiltərəyə keçdi, Hollandiya isə müharibə vaxtı ingilislər tərəfindən alınan Cənubi Amerikadakı Surinamı aldı.
Mənbə
redaktə- Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год. Т.1