Ilham Hesenov - Wikipedia
İlham Gülbala oğlu Həsənov (6 may 1976, Marksovka, Ağstafa rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
İlham Həsənov | |
---|---|
İlham Gülbala oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 may 1976 |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 1995 (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyatı
redaktəİlham Həsənov 6 may 1976-cı ildə Ağstafa rayonunun Xətai kəndində anadan olmuşdur. 1993-cü ildə məktəbi bitirdikdən sonra, zabit olmaq arzusu ilə sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə verir, bura daxil ola bilməyən İlham ruhdan düşmür Bakı Yüngül Sənaye Texnikumuna daxil olur. 1994-cü ildə Milli Orduya çağırılır. O tez bir zamanda əsgər və zabitlərin hörmətini qazanır. Hərbi təlim yarım il çəkir sonra isə cəbhə... İlham cəbhədə təzəcə əməliyatlara qoşulmağa başlamışdı ki Mart hadisələri baş verdi.
Öz Dövlətinə, Rəhbərinə, Xalqına xidmət edən İlham Həsənov Mart hadisələri zamanı dəstənin zərərsizləşdirilməsində canından keçən neçə-neçə vətən oğullarından biri oldu.
Ailəsi
redaktəSubay idi.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Həsənov İlham Gülbala oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağstafa Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ağstafa rayonunda adına küçə var.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 111.