Ilham Qehreman - Wikipedia
İlham Qəhrəman (İlham Umud oğlu Qəhrəmanov; 24 aprel 1959, Sus, Laçın rayonu) — azərbaycanlı şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
İlham Qəhrəman | |
---|---|
Doğum tarixi | 24 aprel 1959 (65 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, folklorşünas, publisist |
Fəaliyyət illəri | 1980-ci ildən |
Tanınmış əsərləri |
|
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlham Qəhrəman 24 aprel 1959-cu ildə Laçın rayonunun Sus kəndində anadan olub[1]. İbtidai və orta təhsilini Laçında alıb.
1983-cü ildə Bakı Maliyə-kredit texnikumunu fərqlənmə diplomu ilə bitirib və mühasib ixtisasına yiyələnib[2]. Oxuduğu zaman Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Təyinatı Bakıda Material Ehtiyatları Komitəsinə ("Qossnab") verilmiş, ordan da "Azərtəchizkom"a (Azersnabsbıt) göndərilmiş, böyük iqtisadçı vəzifəsində çalışmışdır[3].
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür[1]. Laçın seçki dairəsindən deputatlığa namizəd olmuşdur[2].
2021-ci ildə "Laçın" döş nişanı ilə təltif olunub.
Evlidir, üç övladı var.
Yaradıcılığı
redaktəƏdəbiyyata 1980-ci illərdə gəlib. 1986-cı ilin oktyabrında Yusif Səmədoğlunun dərkənarı ilə "Ulduz" jurnalının "Səməd Vurğun nömrəsi"ndə bir şeiri çap olunmuşdur[2].
1991-ci ildən sonra şeirləri "Səs", "525-ci qəzet", "Rezonans", "Azadlıq", "Yeni müsavat" qəzetlərində, "Ulduz" və "Azərbaycan" jurnalında vaxtaşırı çap olunmuşdur[2].
Çağdaş şerimizin sayılıb-seçilən nümayəndələrindən olan və lirik şair kimi tanınan İlham Qəhrəmanın onlarla kitabı nəşr olunub. Bundan başqa şairin İran İslam Respublikasında ərəb əlifbasıyla Azərbaycan dilində "Əsir dağlar" (2009, Tehran) və "Məni bizə gətir" (2017, Təbriz) adlı kitabları çap edilmişdir.
Bundan başqa regional folklor seriyasından "Laçın folkloru" və "Laçın lətifələri" kitablarını da İlham Qəhrəman toplayıb tərtib etmişdir.
Onun 2004-cü ildə Bakıda yayımlanan "İlham qapısı" kitabında isə müxtəlif illərdə fərqli sənət sahəsinin təmsilçiləri – şairlər, yazıçılar, rəssamlar, tənqidçilər, bəstəkarlar, jurnalistlərlə etdiyi söhbətlər toplanmışdır.
Cinas ustadı kimi tanınan Sarı Aşığın "Gül dəftəri" kitabı da İlham Qəhrəmanın qədrdanlığının nəticəsində 14 il ərzində o taylı-bu taylı Azərbaycanda toplanıb tərtib edilmişdir. 1000-ə yaxın bayatı, 8 şeir, bağlama-tapmacalar və Aşıqla bağlı rəvayətlərin yer aldığı kitabda cinaslar düzgün tərtib edilmiş, çətin söz və yer adlarının izahı verilmişdir. "Gül dəftəri" artıq 2 dəfə çap olunmuşdur.
İlham Qəhrəman bir tərcüməçi kimi klassik yapon hayku ustalarından Tiyö, İssa və Buson yaradıcılığından haykuları dilimizə çevirmişdir.
İlham Qəhrəman çoxəsirlik folklor ənənələriylə sıx bağlılıq, canlı xalq danışıq dili elementlərindən yaradıcı bəhrələnmə, orijinal bədii təsvir və ifadə vasitələri İlhamın ictimai-siyasi mövzulu, yurd həsrətli, məhəbbət duyğulu şeirlərinin yadda qalan özəllikləridir.
O, çağdaş şeirimizdə istər siyasi, istərsə də sevgi lirikasının ən maraqlı nümunələrinin müəllifi kimi tanınır.
Əsərləri
redaktəKitabları
redaktə- "Gülüm yarpıza döndü", Bakı: 1999,
- "Ağlama ququşu", Bakı: 2002,
- "İlham qapısı", Bakı: 2004
- "Ey dil", Bakı: 2006),
- "Laçın folkloru" Bakı: "Adiloğlu", 2009. 236 səh.
- "Əsir dağlar", Tehran: 2009
- "Laçın lətifələri", Bakı: "Ol" MMC, 2014.[1].
- "Sevgi durna çırağıdır", Bakı: "Ol" MMC, 2014.[1].
- "Məni bizə gətir", Təbriz (İİR), 2017
- "Ağlama, qələm eşidir", Bakı: "Qanun", 2018
- "Şairin vətəni sevgidir", Bakı, Qanun, 2019
- "Bir adamlıq şəhər", Bakı, Qanun, 2022
- "Ulduzlu gecə", Tbilisi, "Merani", 2023. 152 səh. (gürcü dilinə çevirəni: Bağatur Arabuli)[4]
- "Laçın lətifələri" (El kitabı). Bakı: "Qanun", 2024, 176 səh. ISBN 978-9952-38-859-6
- "Dəyirmanın su dərdi" (Bayatılar). Bakı: "Qanun", 2024
Tərtib etdiyi kitablar
redaktə- "Dəyirmanın alt daşı" Bakı: "Vektor" Nəşrlər Evi, 2009 (Cənub şairlərinin şeirləri, Mənuçehr Fəzli Xələf (Azərelli), Şərifə Cəfəri, Məhəmməd Əhmədi, Ədalət Duman)
- Sarı Aşıq. Gül dəftəri. Bakı: "Adiloğlu", 2011.[5]
- Sarı Aşıq. Gül dəftəri. Bakı: "Qanun" nəşriyyatı 2018. (təkrar nəşr)
- Aşıq Alı. "Nə qaldı". Bakı, "Qanun" nəşriyyatı, 2020, 400 s.
- "Laçın-100 Ədəbi Antologiya", Bakı, "Alatoran", 2024, 494 s. İSBN 978-9952-8510-3-8
Mənbə
redaktə- "Kitab rəfi", "Laçın yurdu" jurnalı, № 1 (12), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2014. səh.88.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Media forum". "İlham Qəhrəmanın iki yeni kitabı işıq üzü görüb" (az.). mediaforum.az. 2014-03-18 - 13:00:00. 2015-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19-03-2014.
- ↑ 1 2 3 4 Faiq Balabəyli. "Şeirlərimi "bəh-bəh"lə götürüb, siyirməyə atırdılar" (az.). axar.az. 5 Aprel 2014 [19:00]. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.
- ↑ Fəxri Uğurlu. ""Sən indi İlham Qəhrəmanla yox, Qəhrəmanov İlhamla söhbət eləyirsən"" (az.). mediaforum.az. 2014-04-30 - 13:26:00. 2014-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-01.
- ↑ "İlham Qəhrəmanın "Ulduzlu gecə"si Gürcüstanda". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-03.
- ↑ Uğur. Sarı Aşığın "Gül dəftəri": [Atatürk Mərkəzində Sarı Aşığın eyniadlı kitabının (toplayanı İlham Qəhrəmandır) təqdimatı] //Xalq cəbhəsi.- 2012.- 31 yanvar.- S. 14.
Xarici keçidlər
redaktə- ""Gərək boş qalaydı Həvvanın şumu, Gərək əkməyəydi Adam dediyin..." (Şeirlər)" (az.). mediaforum.az. 2014-04-22 - 17:46:00. 2014-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23-04-2014.