Ilikliqaya - Wikipedia
Ilikliqaya - Wikipedia - Haqqında Məlumat
İlikliqaya — Ordubad rayonunun Tivi kəndindən cənub-şərqdə, oval, uzunsov təpənin üzərində yaşayış yeri. Abidənin yerləşdiyi ərazi xalq arasında "Bənövşəqumluğu adlanır" Abidənin sahəsi 150 m²-dən artıqdır. Tikinti qalıqlarına əsasən demək olar ki, binalar yonulmamış qaya parçalarından inşa olunmuşdur. Mədəni təbəqənin qalınlığı 0,5–1 m arasındadır. Mədəni təbəqə kül qarışıq torpaq laylarından ibarət olub keramika, sümük qalıqları ilə zəngindir. Yerüstü materiallar arasında keramika məmulatı üstünlük təşkil edir. Keramika məmulatı çəhrayı və boz rəngdə bişirilmiş gil qabların parçalarından ibarətdir. Arxeoloji materiallara əsasən yaşayış yerini e.ə. II–I minilliklərə aid etmək olar. [1]
İstinadlar
redaktə- ↑ Xəlilov Toğrul, F. Son Tunc-Erkən Dəmir dövründə Naxçıvanın əkinçi-maldar tayfalarının mədəniyyəti. Bakı, "Elm və təhsil", 2013, 200 səh.
Mənbə
redaktə- "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 205. (az.)