Ilisu Sultanligi - Wikipedia
İlisu sultanlığı — şimal-qərbi Azərbaycanda mövcud olan feodal təsisatlarından biri.[1] XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII–XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.[2]
Tarixi dövlət | |
İlisu sultanlığı | |
---|---|
|
|
|
|
Paytaxt |
Saxur, İlisu |
Rəsmi dilləri | |
Dövlət dini | İslam (çoxluq), Gürcü Pravoslav Kilsəsi (azlıq) |
Əhalisi | azərbaycanlılar, saxurlar, ingiloylar |
İdarəetmə forması | Seçkili monarxiya |
Sultan | |
• 1562-1598 | Adıgörklü bəy (ilk) |
• 1830-1844 | Daniyal sultan (sonuncu) |
Tarixi | |
• 1562 | Səfəvi şahı I Şah Təhmasibin fərmanı ilə İlisu sultanlarının dinastiyasının yardıcısı sultan Adı-Kurkulu (Adıgörklü) bəyə göstərdiyi xidmətlərə görə mükafatlandırmışdır |
• 1844 | Rusiya imperiyasının işğalı |
Vikianbarda əlaqəli mediafayllar |
Bu səhifədə iş davam etməkdədir. |
İlisu sultanlığının şimal sərhəddi Samur çayının yuxarı axarından keçirdi və Kürə xanlığı ilə həmsərhəd idi. Qərbdən Muxaxçay və Qapıçayla Car-Balakən camaatılığı, şərqdən isə Şəki xanlığı ilə qonşu idi. Sultanlığın cənub sərhədləri Qanıx çayının Kür çayına töküldüyə əraziyə kimi uzanırdı.[3][4][5]
Tarixi
redaktəXIX əsr rus mənbələrinə əsaslansaq İlisu sultanlığının meydana gəlməsi haqqında müxtəlif fikirlər mövcuddur. Bu fikirlər həm də bir- birini təkzib edir. Siyasi vəziyyətindən asılı olaraq İlisu sultanları öz müstəqilliklərini saxlamaq üçün müxtəlif dövrlərdə regionda siyasi nüfuzu böyük olan dövlətə sığınmalı olmuşlar. Bu dövlətlər Rusiya, İran və Türkiyə idi. Rusiyanın regiona maraqlarının artdığı bir dövrdə İlisu sultanları İran və Türkiyəyə meyl etmişlər. Onların hakimiyyətlərini təsdiqliyən sənədlər - İran şahlarının və Türkiyə sultanlarının fərmanları qalmışdır.[6]
Yaranması
redaktə1540-1554-cü illər arasında Şah I Təhmasib dört dəfə Gürcüstana yürüş etmişdir və Səfəvilər dövlətinin vassalı olan Kaxeti çarı Levanı (Ləvənd-Xan) da xatıraldaraq o zamanlar səfəvi ordusunda gürcülərə qarşı döyüşən, gələcək İlisu sultanlarının dinastiyasının yardıcısı sultan Adı-Kurkulu (Adıgörklü) bəyə fərman göndərmişdir.[7][8] Bu fərmanda Şah I Təhmasib Adı-Kurkulu bəyi göstərdiyi xidmətlərə görə mükafatlandırmış və Saxur kəndini irsi mülk kimi hədiyyə etmişdir.[8]
1592-ci ildə II Osman sultanın fərmanına görə Qax və Meşəbaş kəndləri də Adı-Kurkulu bəyin nəzarətinə verilmişdir.[9] 1601-ci ildən I Şah Abbasın Gürcüstanda hakimiyyəti bərpa olunduqdan sonra Adı-Kurkulu bəyin oğlu Əli Sultanın adına 1562-ci ildə I Təhmasib tərəfindən verilmiş fərman təsdiq olundu. Fərman 1616-cı ilə aiddir.[10]
Ərazisi
redaktəİlisu sultanlığı cənub-qərbdən Muxaxçaya, cənubdan Alazanın Kürə töküldüyü yerə, şərqdən Şəki xanlığına, şimaldan Baş Qafqaz sıra dağlarına, Samurun yuxarı axarlarına və Kürə xanlığına qədər böyük bir ərazini əhatə edirdi. Onun sahəsi təxminən 144 kv verst, əhalisi 12 min nəfər, kəndlərin sayı 52 idi.[11][12]
İlisu sultanlığının ərazisinə daxil olan kəndlər üç qrupa bölünürdü: Saxur, İlisu (Qaradolaq) və Suvagil qrupları.[3][5]
Sultanlığın tərkibində olan kəndlər aşağıdakılar idi: Saxur, Muslax, Süqut, Xiyax, Mikik, Kurdul, Helmes, Sarıbaş, İlisu, Cimcimax, Əzgilli, Kələl, Baş Suvagil, Kas, Qarqay, Zərnə, Kötüklü, Ləkit, Ləkit-Malax, Qum, Süskənd, Ağçay, Qax, Əmircan, Fıstıqlı, Qaşqaçay, Yuxarı Malax, Aşağı Malax, Əmbərçay, Meşəbaş, Əlibəyli, İbaxlı, Kiçik Kötüklü, Böyük Kötüklü, Şotavar, Babalı, Qorağan, Şıxlar, Almalı, Dəymədağlı, Cəlayir, Daşlı, Uzuntala, Qaratala, Qazmalar, Qıpçaq, Kəsərli, Amanlı, Tanqıt, Oncallı, Baydarlı və Daykənd.
Əhalisi
redaktəİlisu sultanlığının ilk vaxtlarında əhalinin dəqiq sayı və tərkibi haqqında məlumat yoxdur. Sultanlıq əhalisinin erkən siyahıyaalınması 1831-ci ilə təsadüf edir. T.N.Yaişnikova görə İlisu sultanlığında 2128 ailə yaşayırdı.[11] Ancaq burda da dəqiqlik yoxdur. Siyahıda mövcud 52 kənddən ancaq 38-nin adı göstərilib. 1836-cı ilin statistikasına görə əhalinin sayı kişi cinsindən 21000 can idi.[2]
İlisu sultanlığında keçirilən ilk kameral siyahıyaalma 1859-cu ilə təsadüf edilir. Ümumi nəticələrə görə sultanlığın əhalisi 2973 tüstüdən ibarət idi.[13]
Milli tərkibi
redaktəİlisu sultanlığının əhalisi əsas üç etnik qrupdan ibarət idi. Bu etnik qruplar qədimdən Qafqaz Albaniyasının şimal-qərb bölgəsinin yerli əhalisi hesab olunur: azərbaycanlılar, saxurlar və ingiloylar.[14]
Azərbycanlılar (muğallar)
redaktəOnlar əsasən sultanlıq ərazisinin dağlıq ərazisində və cənubunda yaşayırdı. İlisu sultunlağı ərazisində türk etnosunun qədimdən mövcudluğunu sübüt edən - Hun beli toponimi kifayət edir. Hun sözü paralel olaraq kuşan, quşan sözləri ilə eynilik kəsb edir. Hunların quşanlar adlanması türklərin qədim müqəddəs beş heyvandan biri "quş" ilə əlaqələndirilir.[15]
İlisu sultanlarının geneologiyası
redaktəİlisu sultanlığının tarixi, xüsusən də sultan titulu daşıyan İlisu hakimlərinin geneologiyası haqqında səslənən fikirlər bu günə qədər bir-biri ilə ziddiyyət təşkil edir. Sultanlığın yaranmasını gürcü tarixçiləri və bir sıra rus tədqiqatçılar Kaxetiya çarlığının parçalanmasının nəticəsi kimi dəyərləndirmişlər. Onların fikrincə İlisu hakimləri islamı qəbul etmiş gürcü knyazı Quram Vaxvaxişvilinin nəslindən idilər.[16] Dağıstan, Azərbaycan və digər bir qism rus tədqiqatçıları sultanlığın yaradıcıları kimi Dağıstan xalqlarından olan saxurların[17][18] və hətta avarların[19][20] xüsusi rolunu qeyd etmışlər. Gürcü tədqiqatçıları İlisu sultanlarının gürcü İlisen mauravlarının davamçıları, avarlar isə onların avar olduqlarını sübut etməyə çalışırlar. Məşədixanım Nemət İlisu Ulu məscidinin kitabəsində onların ərəb sərkərdəsi Əbu Məbran nəslindən, türkləşmiş ərəblər olduğunu söyləyir. İlisu sultanlarının məzar daşlarında olan kitabələrə əsasən onların Əlibəy Şami (Suriya) övladları olmalarını sübut etmişdir.[21]
İlisu sultanlığı haqqında yazılan bir sıra publisistik məqalə və araşdırmalarda isə İlisu sultanlarının geneologiyasının türklərlə bağlı olduğu göstərilir.[22][23][24][25] İlisu sultanlarının xələfləri olan Sultanovlar nəslinin nümayəndələri dünyanın bir sıra ölkələrində yaşayırlar.
İlisu sultanları
redaktə- Adıgörklü bəy (1562–1598)
- Sarı Əli bəy (I Əli Sultan) (1601–1628)
- Əmirxan bəy (1616–1627)
- Məhəmmədxan bəy (1627–1636)
- Xəlil bəy (1642–1670)
- II Əli Sultan paşa (Şəki bəylərbəyi və İlisu sancağının hakimi) (1695–1732)
- Məhəmməd bəy (1732–1747)
- I Əhmədxan Sultan (1747–1748)
- Alxas bəy (1748–1762)
- Xanbaba bəy (1762–1803)
- II Əhmədxan sultan (1803–1830)
- Musa bəy (yanvar 1830 — sentyabr 1830)
- Danyal Sultan (1830–1844)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Z.Ə.Cavadova: Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik tədqiqat)" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-05-13.
- ↑ 1 2 Линевич И. Бывшее Елисуйское султанство ССКГ том 7 Санкт Петербург 1867
- ↑ 1 2 Линевич И. П. Бывшее Елисуйское султанство (rus) (вып.7). Тифлис: ССКГ. 1873.
- ↑ Петрушевский И. П. Джаро-Белоканские вольные общества в первой полавине XIX века (rus). Махачкала. 1993. 73.
- ↑ 1 2 Э. М. Летифова. Северо-западный Азербайджан: Илисуйское султанство (rus). Баку: Altay. 1999. 17–18.
- ↑ АКАК (rus) (II). Тифлис. 1868. 1085–1093.
- ↑ А. П. Берже, Д. А. Кобяков. Акты, собранные Кавказской археографической комиссией (АКАК). Фирман Тахмасиб-шаха Захурскому владельцу Ади-Куркулу-беку от реджеба 970 (1562) года (rus) (II). Тифлис. 1868. д.I.
- ↑ 1 2 Э. М. Летифова. Северо-западный Азербайджан: Илисуйское султанство (rus). Баку: Altay. 1999. 14, 93.
- ↑ А. П. Берже, Д. А. Кобяков. Акты, собранные Кавказской археографической комиссией (АКАК). "Фирман султана Османа II на имя Ади-Куркулу-бека от сафара 1000 (1591) года" (rus) (т. VI, ч. II). Тифлис. 1875. д. 3.
- ↑ İlisu: ensiklopedik məlumat kitabı (az.) (1-ci nəşr). Bakı: Vətən. 2012. 6. ISBN 5-89968-017-2. 2024-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-26.
- ↑ 1 2 ОПИСАНИЕ ВЛАДЕНИЯ ИЛИСУЙСКОГО СУЛТАНА. "ЯИШНИКОВ Т". vostlit.info. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-30.
- ↑ Abbasov, Natiq. Qədim azəri yürdu-Qax (az.). Bakı: Ağrıdağ. 2000. 18.
- ↑ Насиление Закатальского округа, ССКГ (вып. 5.). Тифилис. 1871. 6–8.
- ↑ Э. М. Летифова. Северо-западный Азербайджан: Илисуйское султанство (rus). Баку: Altay. 1999. 27.
- ↑ Veliyev. M.Q (Baharlı). Azərbaycan. Bakı. 1921.
- ↑ Вахушти Багратиони. История царства Грузинского / Перевод, предисловие, словарь и указатель: Н. Т. Накашидзе. — Тб.: Мецниереба, 1976
- ↑ Əhməd İsayev. İlisu Sultanı Daniyal bəy. Bakı: 2005
- ↑ Elvira Lətifova. Şimal-Qərbi Azərbaycan: İlisu sultanlığı (rus dilində). Bakı: 1999
- ↑ Sevda Süleymanova. Car salnaməsi. Bakı: 1990.
- ↑ Timur Aytberov. Zaqafqaziya avarları. Mahaçqala: 1990 (rus dilində)
- ↑ "lib.az - Məşədixanım Sədulla qızı Nemətova". lib.az. 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-02.
- ↑ Şahmərdan Əhmədli. İlisu sultanlığının süqutu. Qax: 1994
- ↑ Hikmət Əzimov, Şahmərdan Əhmədov. Qax abidələri. Bakı: 1998
- ↑ Şəmistan Nəzirli. Azərbaycan generalları. Bakı: 1991
- ↑ Şəmistan Nəzirli. İlisulu generalın faciəsi. Bakı: 1990