Ilqar Memmedov Riyaziyyatci - Wikipedia
İlqar Qürbət oğlu Məmmədov (9 yanvar 1971, Göydərə, Şamaxı rayonu) — riyaziyyat üzrə elmlər doktoru,[1][2] AMEA-nın professoru,[3] Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun "Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi"[4] laboratoriyasının müdiri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin[5] "Diferensial tənliklər və optimallaşdırma"[6] kafedrasında 0,5 ştat dosent vəzifəsində müəllim, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında Fizika-Riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının üzvü
İlqar Məmmədov | |
---|---|
İlqar Qürbət oğlu Məmmədov | |
Doğum tarixi | 9 yanvar 1971 (53 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Qürbət |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | Riyaziyyat üzrə elmlər doktoru (2016) |
Elmi adı |
|
İş yeri | |
Təhsili | |
Tanınır | Qeyri-hamar əmsallı, dominant qarışıq törəməli hiperbolik tənliklər üçün müxtəlif sinif lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi sahəsi üzrə |
isi.az/az/content/77 |
Həyatı
redaktəİlqar Məmmədov 9 yanvar 1971-ci ildə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində — indiki Qobustan rayonunun Göydərə kəndində mexanizator ailəsində anadan olmuşdur.[7]
O, 1978–1986-cı illərdə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində yerləşən Göydərə kənd səkkiz illik natamam orta məktəbində oxumuşdur. Həmin il müsabiqə yolu ilə Bakı şəhərindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə daxil olmuş, 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vurmuşdur.
1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almış, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası alaraq, məzun olmuş və bu ali məktəbdə ali təhsilini qırmızı diplomla yəni fərqlənmə diplomu ilə başa vurmuşdur. Elə həmin il diferensial tənliklər ixtisası üzrə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir.
Elmi fəaliyyəti
redaktə1995-ci ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləmiş, 2008-ci ildən 2017-ci ilə qədər isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2004-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və Bakı Dövlət Universitetinin D 01.111 Birləşdirilmiş Dissertasiya Şurasında "Bəzi sərhəd məsələlərinin korrekt həllolunması və hiperbolik tənliklərlə təsvir olunan proseslərdə optimallığın zəruri şərtləri" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 13 may 2005-ci il tarixli (protokol № 18-k) qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. İlqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiiyasının 23 fevral 2010-cu il tarixli qərarı ilə diferensial tənliklər kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür.
2016-cı il 15 yanvar tarixində Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi İlqar Məmmədov 1211.01 – "Diferensial tənliklər" və 1214.01 – "Dinamik sistemlər və optimal idarəetmə" ixtisasları üzrə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Yüksək tərtibli qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin həlli və onların optimal idarə məsələlərinə tətbiqi" mövzusunda dissertasiya işini AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun B/D 01.111 Birdəfəlik Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 25 noyabr 2016-cı il tarixli qərarı ilə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
İlqar Məmmədov 1211.01 – "Diferensial tənliklər" və 1214.01 – "Dinamik sistemlər və optimal idarəetmə" ixtisasları üzrə 285 elmi əsərin müəllifidir, onlardan 214-ü xaricdə dərc olunmuşdur. Onun elmi əsərlərinə xaricdə dərc olunmuş elmi məqalələrdə və o cümlədən, Respublikamızda və xaricdə müdafiə olunmuş riyaziyyat üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarında istinadlar vardır. O, 2017-ci il 5 iyul tarixindən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə AMEA-nın professoru adını daşıyır.
İlqar Məmmədov 2007–2013-cü illər ərzində AMEA Kibernetika İnstitutunda Gənc Alimlər Şurasının sədri olmuşdur.
2011-ci ildə "AZƏRBAYCAN GƏNCLİYİ- MÜSTƏQİLLİYİN HƏMYAŞIDI" adlı Azərbaycan Gənclərinin VI Forumunun iştirakçısı olmuş, "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" dövlət proqramının layihəsinin hazırlanmasında bilavasitə fəal iştirak etmişdir.
Müxtəlif illərdə İlqar Məmmədov Amerika Birləşmiş Ştatlarında dərc olunan və tətbiqi riyaziyyatın müasir problemlərindən bəhs edən 7 beynəlxalq elmi jurnalda redaksiya heyətinin üzvü olmuşdur: "Applied and Computational Mathematics" (2013–2016-cı illər ərzində), "American Journal of Applied Mathematics and Statistics" (2013–2016-cı illər ərzində), "Applied Mathematics and Physics" (2013–2016-cı illər ərzində), "Journal of Mathematical Sciences and Applications" (2013–2016-cı illər ərzində), "Universal Journal of Computational Mathematics" (2013-cü ildən bu vaxta qədər), "American Journal of Applied Mathematics" (2013–2016-cı illər ərzində), "Pure and Applied Mathematics Journal") (2013–2016-cı illər ərzində) və bundan başqa, tətbiqi riyaziyyat sahəsində müdafiə olunmuş riyaziyyat üzrə fəlsəfə və elmlər doktoru dissertasiyaları üzrə 19 dəfə rəsmi opponent olmuşdur. 2013-cü ildən başlayaraq, Scopus və Thomson Reuters bazasında olan müxtəlif riyaziyyat jurnallarında rəyçi olmuşdur. Bundan başqa, İlqar Məmmədov ali məktəblərdə tədris olunan riyaziyyata aid bir sıra dərc olunmuş dərslik və monoqrafiyalarda rəyçi olmuşdur. İlqar Məmmədov, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının, 2017-ci ildə filialın tətbiqi riyaziyyat ixtisasının bakalavr və magistr pillələri üzrə Dövlət imtahanlarının keçirilməsi, buraxılış kvalifikasiya işlərinin və magistr dissertasiyalarının müdafiəsi üçün təşkil edilmiş Dövlət İmtahan Komissiyalarının üzvü olmuşdur. Bundan başqa, İlqar Qürbət oğlu Məmmədov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri ilə, müxtəlif illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecini bitirən tələbələrin buraxılış imtahanlarını təşkil etmək üçün Dövlət Attestasiya Komissiyasının sədri təyin olunmuşdur.
İlqar Məmmədov hal-hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının üzvüdür. Eyni zamanda O, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.19 Dissertasiya şurasının 3338.01-"Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə elmi seminarının üzvüdür. Bundan başqa, İlqar Məmmədov hal-hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasının nəzdindəki Elmi Tematik Seminarın üzvü və elmi katibidir.
İlqar Məmmədov 2017-ci ilin 1 mart tarixindən İdarəetmə Sistemləri İnstitutunda laboratoriya müdiri vəzifəsini icra edir. O, AMEA Rəyasət Heyəti Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsi Bürosunun 28 sentyabr 2017-ci il tarixli № 9/12 qərarı ilə İdarəetmə Sistemləri İnstitutunda laboratoriya müdiri vəzifəsinə təsdiq edilmişdir.
Hal-hazırda İlqar Qürbət oğlu Məmmədov Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında Fizika-Riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının üzvüdür. İlqar Məmmədov 2022-ci ilin 9 Sentyabr tarixindən bu günə kimi 09.09.2022 tarixli № K-82/2 əmrlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin[5] "Diferensial tənliklər və optimallaşdırma"[6] kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır.
Əsas elmi nailiyyətləri
redaktəİlqar Qürbət oğlu Məmmədovun elmi əsərləri vikikitabda
- Tətbiqi məsələlərdə rast gəlinən simin rəqs tənliyini, teleqraf tənliyini ümumiləşdirən kanonik şəkildə verilmiş hiperbolik tənliklər, bitki köklərinin nəmliyi udmasında süzülmə prosesini təsvir edən ümumiləşmiş Aller tənlikləri, eninə inersiya effektləri nəzərə alınmaqla nazik elastiki çubuqlarda uzununa dalğaları təsvir edən Bussinesk-Lyav tənlikləri və onları ümumiləşdirən ümumiləşmiş Manjeron tənlikləri, vibrasiya proseslərinin modelləşdirilməsində istifadə olunan Bianki tənlikləri kimi praktiki əhəmiyyətli model diferensial tənliklər üçün müxtəlif sinif lokal və qeyri-lokal sərhəd məsələləri tədqiq edilmişdir.
- Kifayət qədər təbii şərtlər daxilində qeyri-klassik traktovkalarda Koşi və Qursa məsələləri tədqiq edilmiş və həllinin inteqral təsviri tapılmışdır;
- Dörd tərtibli dominant qarışıq törəməli, qeyri-hamar əmsallı psevdoparabolik tənlik üçün Qursa məsələsinin tədqiqində qeyri-klassik tip hıssə-hissə inteqrallama düsturu əsaslandırılmışdır;
- Psevdoparabolik tənliklər sistemi üçün Biçzade-Samarski və Samarski-İonkin tip kombinə edilmiş qeyri-lokal məsələ tədqiq edilmişdir;
- Qeyri-klassik traktovkalarda bəzi ikiölçülü sərhəd məsələləri əsaslandırılmışdır (Dirixle məsələsi, Neyman məsələsi, şərtləri bütün sərhəddə verilən məsələ, kontakt-sərhəd məsələsi, final-sərhəd məsələsi və.s);
- Anizotrop S. L. Sobolev fəzalarında üçölçülü lokal və qeyri-lokal sərhəd məsələləri tədqiq edilmişdir;
- Bir neçə sinif ikiölçülü və üçölçülü qeyri-lokal sərhəd məsələləri nümayiş etdirilmişdir belə ki, bu cür kombinə edilmiş məsələlər inteqral sərhəd şərtli məsələ və çoxnöqtəli sərhəd şərtli məsələ arasında agent rolunu oynayırlar;
- Dominant qarışıq törəməli, yüksək tərtibli, qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün korrekt qoyulmuş çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin ümumi sinifləri aşkar edilmişdir;
- Yüksək tərtibli, qeyri-hamar əmsallı, dominant qarışıq törəməli, bir sıra model hiperbolik tənliklər üçün (məsələn, vibrasiya proseslərinin modelləşdirilməsində istifadə olunan Bianki tənlikləri üçün) qeyri-klassik traktovkalarda müxtəlif sinif kombinə edilmiş 3D (üçölçülü) və 4D (dördölçülü) lokal və qeyri-lokal sərhəd məsələlərinin qoyuluşu və korrekt həllolunması əsaslandırılmışdır və bu cür qoyuluşlar bu vaxta qədər müasir diferensial tənliklər nəzəriyyəsinə məlum olmayan effektlər sırasındandır;
- Alınmış nəticələr qeyri-hamar əmsallı, dominant qarışıq törəməli, yüksək tərtibli hiperbolik tənliklərlə təsvir olunan müxtəlif sinif çoxölçülü lokal və qeyri-lokal optimal idarəetmə məsələlərinin tədqiqində tətbiq olunur.
- Kəsr törəməli diferensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələləri tədqiq edilmiş, L. S. Pontryaginin maksimum prinsipi formasında optimallıq üçün zəruri şərtlər alınmışdır.
İstinadlar
redaktə- ↑ "İlqar Qürbət oğlu Məmmədov— Riyaziyyat üzrə elmlər doktoru". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-08.
- ↑ "İlqar Qürbət oğlu Məmmədov". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
- ↑ "AMEA-nın professoru". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-19.
- ↑ Məmmədov, İlqar. "Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi laboratoriyası – İdarəetmə Sistemləri İnstitutu". isi.az. 11.05.2024. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
- ↑ 1 2 Məmmədov, İlqar. "Riyaziyyat". www.sdu.edu.az. 11.05.2024. 2023-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
- ↑ 1 2 Məmmədov, İlqar. "Diferensial tənliklər və optimallaşdırma". www.sdu.edu.az. 11.05.2024. 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
- ↑ "İlqar Məmmədov". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-08.
Xarici keçidlər
redaktə- AMEA-nın professoru İlqar Məmmədovun "Heydər Əliyev və elmi gənclik" adlı tədbirdə çıxışı
- Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
- AMEA-nın Professorlarının Koordinasiya Şurasının iclası keçirilib
- AMEA-nın professorları YTP-da istehsal olunan məhsullarla və istehsal prosesi ilə tanış olubları
- AMEA-nın professoru İlqar Məmmədovun müsahibəsi
- AMEA-nın professoru Ilqar Məmmədov "Azərbaycan Ziyalısı" fəxri diplomuna layiq görülüb
- Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda yer alıb
- AMEA-nın Professorlarının Koordinasiya Şurasının (PKŞ-nin ilk iclası) ilk iclası
- AMEA-nın Professorlarının Koordinasiya Şurası (PKŞ)
- AMEA-nın Professorlarının Koordinasiya Şurası (PKŞ) yaradılıb
- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın professoru üzrə seçkilərin nəticələrini təqdim edir
- AMEA-nın ilk professorları məlum oldu
- 12 alim AMEA-nın professoru seçilib
- AMEA-nın professoru olmaq istəyən namizədlərin adları açıqlanıb – SİYAHI [ölü keçid]
- Ilgar Gurbat oglu Mamedov in scholar.google.com
- Мамедов Ильгар Гурбат оглы in www.mathnet.ru
- Ilgar Gurbat oglu Mamedov in www.researchgate.net
- Ilgar Gurbat oglu Mamedov in orcid.org
- Mamedov, Ilgar Gurbat oglu in www.researcherid.com
- Ilgar Gurbat oglu Mamedov in science.gov.az
- Мамедов Ильгар Гурбат оглы in elibrary.ru
- Мамедов Ильгар Гурбат оглы in www.famous-scientists.ru
- Mamedov, Ilgar G. in zbmath.org
- Mamedov, Ilgar G. in mathscinet
- Ilgar G. Mamedov in https://publons.com
- Mamedov, Ilgar G. in www.scopus.com
- Ilgar Gurbat oglu Mamedov in www. mendeley.com [ölü keçid]
- Ilgar G. Mamedov in arxiv.org
- Мамедов Ильгар Гурбат оглы in http://istina.msu.ru/
- Mamedov, Ilgar G. in https://catalog.lib.fit.edu
- Ilgar Gurbat oglu Mamedov in linkedin [ölü keçid]
- Ilgar G. Mamedov in https://twitter.com/
- Ilgar Gurbat oglu Mamedov in https://www.tib.eu/
- Məmmədov İlqar Qürbət oğlu in http://shamakhi-encyclopedia.az/
- Ilgar Gurbat Oglu Mamedov Facebookdadır
- Мамедов Ильгар Гурбат оглы in https://cyberleninka.ru/
- Ilgar G. Mamedov in https://dblp.uni-trier.de/
- Ilgar Gurbat oglu Mamedov[1]
- ↑ Məmmədov, İlqar. "Ilgar Gurbat oglu Mamedov - Academia.edu". independent.academia.edu. 11.05.2024. İstifadə tarixi: 2024-05-11.