Ilya Muromets Teyyare - Wikipedia
İlya Muromets — Birinci dünya müharibəsi illərinə aid dördmühərrikli döyüş təyyarəsidir. İlya Muromets təyyarəsində dörd nəfər döyüşçü olurdu. Bu təyyarə o zaman üçün dünyada ilk dördmühərrikli ağır bombardmançı təyyarə idi. 1913-cü ilin sonunda Riqanın "Rus-Baltik" zavodunda istehsal olunmuşdu. 1914-cü ildə təyyarə bir dəfə yerə enməklə min kilometr məsafəni 14 saat 38 dəqiqəyə qət etmişdi. Bu da o vaxt üçün dünya rekordu sayılırdı.
İlya Muromets | |
---|---|
Tipi | Hərbi təyyarə, bombardmançı |
İstehsalçı | Russo-Balt |
Baş konstruktor | İqor Sikorskiy |
İlk uçuş | 11 dekabr 1913 |
İstismara verilmə tarixi | 1914 |
İstimarının bitmə tarixi | 1923 |
İstismarçılar | |
Buraxılış sayı | 76 |
Vikianbarda əlaqəli mediafayllar |
Döyüş yolu
redaktə"İlya Muromets" təyyarələrindən Birinci dünya müharibəsində və vətəndaş müharibəsində düşmənə arxadan zərbə vurmaq üçün istifadə olunmuşdur. Məhz bu təyyarədə avqustun 26-da məşhur pilot-kapitan Pyotr Nesterov tarana getmiş və qəhrəmanlıqla həlak olmuşdur. 1916-cı ilin sentyabrın 12-də isə azərbaycanlı Fərrux ağa Qayıbovun iştirak etdiyi təyyarə aviasiya tarixinə daha bir səhifə yazdı. Həmin gün Qərb cəbhəsi orduları baş komandanının qərargah rəisinin əmri ilə, Baş Qərargahın podpolkovniki Brantın komandası altında, "İlya Muromets" tipli iki hava gəmisi və on üç kiçik aparatdan ibarət hava eskadrilyası ilə düşmən arxasına basqın edilmişdir. Basqın hədəfi düşmən yerləşməsinin arxasına, on iki verst məsafədəki kiçik Borun yaşayış məntəqəsi və onun, əldə olan məlumatlara görə, 89-cu alman diviziyasının qərargahının, artilleriya və intendant anbarlarının olduğu dar dəmir yolunun, habelə aerodromun yerləşdiyi ən yaxın rayonu seçilmişdir. Eskadra düşmənin arakəsmə artilleriya atəşinin içindən Krevo rayonunu yarıb-keçərək və onun aviasiyasını sıxışdıraraq ümumi çəkisi 100 pud partlayıcı maddəyə qədər olan 78 bomba atmışdır.