Imam Samil - Wikipedia
Şeyx Şamil (avar. Имам Шамиль; 26 iyun (7 iyul) 1797[2], Gimri – 4 fevral 1871[3][2], Mədinə, Həbəşistan əyaləti) — Qafqaz dağlılarının rəhbəri, 1834-cü ildən Qərbi Dağıstan dağlılarını, çeçenləri və çərkəzləri birləşdirən teokratik dövlətin — Şimali Qafqaz imamlığının?! imamı kimi tanınmışdır. Qafqaz xalqlarının milli qəhrəmanı.[5][6] Milliyyətcə — Avardır.[7][8][9][10][11]
Şeyx Şamil | |
---|---|
Имам Шамиль | |
Dağıstan və Çeçenistanın III imamı | |
Əvvəlki | Həmzət bəy[1] (Dağıstanda) Taşev Hacı (Çeçenistanda) |
Sonrakı | Toza Akmurzayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 iyun (7 iyul) 1797[2] |
Doğum yeri | |
Vəfat tarixi | 4 fevral 1871[3][2] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Avar |
Fəaliyyəti | siyasətçi, imam |
Atası | Dengav Məhəmməd |
Həyat yoldaşları |
1. Fatimat (1810—1845) 2. Cövhərat (1821—1839) 3. Zahidət (1830—1871) 4. Şuaynat-Аnnа Uluxanova (1824—1876) 5. Əminə |
Uşaqları |
oğlan: Əhməd Cəmaləddin, Məhəmməd Qazi, Məhəmməd Səid, Məhəmməd Şəfi, Cəmaləddin, Məhəmməd Kamil. qız: Nafisat (1842—1866), Fatimat (1845—1870), Nəcabət (ö. 1874), Baxu-Mesedu (ö. 1875), Safiyat (1854-1870). |
Dini | sünni islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Şimali Qafqaz imamlığı, Rusiya imperiyası |
Döyüşlər | |
Rütbəsi | generalisimus[4] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktəMilli mənsubiyyəti
redaktəŞamilin atası avar dəmirçi Denqav-Məhəmməd, anası isə avar bəyi Pirbudağın qızı Baxu Meseddir. Mariya Çiçaqovanın dediyinə görə, Şamilin ata xətti ilə ulu babası Əmirxan "Qafqazda böyük nüfuza malik tanınmış bir qumuq imiş".[12][13][14]Şamil 26 iyun (7 iyul) 1797-ci il tarixində ― müsəlman təqvimi ilə ilin başladığı gün, məhərrəm ayının 1-də Avar Xindalal icmasına məxsus Gimri (Qenub) kəndində (indiki Unsuqul rayonu, qərbi Dağıstan) anadan olmuşdur. Ona əvvəlcə babası Əlinin adını qoymuşdular. Uşaqlıqda tez-tez xəstələndiyinə görə valideynləri inamlarına uyğun olaraq, ona dayısının adını ― Şamil (Şamuil ― "Allah eşidən")[15] adını verdilər.
Mənəvi formalaşması
redaktəOğlana babasının şərəfinə Əli adı qoymuşdular. Uşaq ikən, o, arıq və zəif idi, tez-tez xəstələnirdi. Dağlı xalqların inamına görə bu cür hallarda uşağın adını dəyişmək lazım gəlirdi. Qərara gəldilər ki ona dayısının şərəfinə "Şamil" adı qoysunlar. Kiçik Şamil düzəlməyə başladı və daha sonra öz gücü ilə hamını heyrətə salan qüvvətli bir gənc oldu.
Uşaqlıqda diribaş xarakterinə və cəldliyinə görə yaşıdlarından fərqlənirdi; dəcəl idi, amma onun hansısa dəcəlliyindən bir kimsə ziyan görməmişdi. Gimri ağsaqqalları söyləyirdilər ki, Şamil gəncliyində qaşqabaqlı görünüşü, iradəsi, maraq dairəsi, qüruru və rəhbərlik etməyi xoşlaması ilə başqalarından fərqlənirdi. Şamil gimnastika ilə məşğul olmağı çox xoşlayırdı. O, qeyri-adi dərəcədə güclü və cəsarətli oldu. Qaçmaqda heç kim ona çata bilmirdi. Eləcə də qılıncoynatma ilə məşğul idi, qılınc, xəncər onun əlindən düşmürdü. Yayda və qışda, hər cür havada o ayaqyalın və yaxası açıq gəzirdi. Şamilin ilk müəllimi, əslən Gimridən olan uşaqlıq dostu Adil Məhəmməd (1795–1832) (Qazi Məhəmməd, Qazi molla) oldu. Müəllim və tələbə daima birlikdə idilər. Şamil daha ciddi təhsilini on iki yaşı olarkən Unsuqulda Camaləddin Qazıqumuxludan almağa başladı.[16] İyirmi yaşında o, qrammatika, məntiq, ritorika, ərəb dili kursunu bitirdi, ali fəlsəfə və hüquq kursunu öyrənməyə keçdi.
İmam Şamil
redaktəRusiya imperiyası ilə müharibə
redaktəƏsirliyi və ölümü
redaktəXIX əsrin 40-cı illərində Şamil rus qoşunları üzərində ardıcıl olaraq möhtəşəm qələbələr qazanırdı. Amma ki əsrin 50-ci illərində onun hərəkatı zəiflədi. Kırım müharibəsi ərəfəsində – 1853–1856-cı illərdə, Şamil Böyük Britaniya və Türkiyənin köməyi hesabına öz fəaliyyətini aktivləşdirə bilsə də, uğur qazana bilmədi.
1856-cı ildə Paris sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya Şamilə qarşı böyük qüvvə yeritmək imkanı qazandı: Qafqaz korpusu orduya çevrildi (200 min nəfərədək). Yeni baş komandan — general Nikolay Muravyev[rus.] (1854–1856) və general Aleksandr Baryatinski (1856–1860) imamlıq ətrafındakı blokada dairəsini daraltmağı davam etdirdilər. 1859-cu ilin aprelində Şamilin paytaxtı — Veden, rusların əlinə keçdi. İyunun ortalarında isə ruslar Çeçenistan ərazisindəki son müqavimət ocaqlarını da zərərsizləşdirə bildilər. Çeçenistanın qəti olaraq Rusiyaya birləşdirilməsindən sonra müharibə adıgeylərə (çərkəzlərə) qarşı hələ beş il davam etdi. Şamil müridləri ilə Dağıstanın Qunib auluna qaçdı.
6 sentyabr (25 avqust) 1859-cu ildə Şamil 400 müqavimətçi ilə birlikdə Qunibdə mühasirəyə alındı və 7 sentyabrda (26 avqustda) fəxri şərtlərinin qəbul edilməsi müqabilində özünü təslim etdi (bax: Qunibin tutulması[rus.].
Şamil ilə imperator II Aleksandrın ilk görüşməsi 15 sentyabrda Çuquyevdə[rus.] baş tutdu. 22 sentyabrda Şamil Moskvaya daxil oldu, növbəti gün general Yermolovla görüşdü. 26 sentyabrda — Sankt-Peterburqda idi. Üç gündən sonra Çarskoye Seloda[rus.] imperatriçə Mariya Aleksandrovnaya?! təqdim edildi. Peterburqda imperator II Aleksandr tərəfindən qəbul edilməsindən sonra, yaşayış yeri olaraq Kaluqa təyin olunmuşdu. Hansı ki 10 oktyabrda özü, 5 yanvar 1860-cı il tarixində isə ailəsi orada yerləşdi. Onun yanında olmaq üçün ərəb dilini bilən general Boquslavsko təyin olunmuşdu.[17] 28 aprel — 1 may arasında Şamil keçmiş naibi Məhəmməd Əminlə görüşdü. Məhəmməd Əmin Türkiyəyə gedərkən, yolüstü Kaluqada dayanmışdı.
29 iyul 1861-ci il tarixində Çarskoye Seloda Şamilin imperatorla ikinci görüşü oldu. Şamil II Aleksandrdan həccə getmək üçün icazə istədi, amma rədd cavabı aldı.
26 avqust 1866-cı il tatixində Kaluqa quberniya dvoryan yığıncağının parad zalında Şamil oğlanları Qazı Məhəmməd və Məhəmməd Şapi ilə birlikdə Rusiyaya sədaqət andı içdilər. Elə həmin il Şamil şahzadə III Aleksandrın toy mərasimində qonaq kimi iştirak etdi. Həmin vaxt imperator ilə üçüncü görüşü baş tutdu. 30 avqust 1869-cu il tarixdə imperator fərmanı ilə Şamilə irsi dvoryan (zadəgan) rütbəsi verildi. 1868-ci ildə, Şamilin artıq gənc olmadığını və Kaluqanın iqliminin onun sağlamlığı üçün zərərli olduğunu nəzərə alan imperator, onun üçün daha uyğun yer seçməyi qərara aldı və Şamilin yeni yaşayış yeri Kiyev oldu. Şamil ora həmin ilin noyabr-dekabr aylarında yerləşdi.
16 fevral 1869-cu il tarixdə II Aleksandr ona Məkkəyə ziyarətə getmək icazəsi verdi. 12 mayda Şamil ailəvi olaraq Kiyevdən çıxdı. 19 mayda İstanbula yetişdi. 16 noyabrda — Süveyş kanalında açıq səyahətdə iştirak etdi. 20 noyabrda Məkkəyə daxil oldu. 1870-ci il martın axırlarında — həcc ziyarətinin başa çatmasından sonra, Şamil Mədinədə yaşamağa başladı və 16 (4) fevral 1871-ci il tarixdə elə orada vəfat etdi.[18] Mədinədəki Bəqi qəbiristanlığında (indiki Səudiyyə Ərəbistanı) dəfn edildi.
Ailəsi
redaktəŞamilin atasının ölümündən sonra Şamilin anası Denqav Məhəmmədə ərə getmişdir. Bu nikahdan isə Fatimat adlı qız doğulur, hansı ki əvvəlcə Məhəmmədə ərə getmiş, sonra isə qimrili Xamulatın arvadı olub. Qimrili Xamulat 1845-ci ildə köhnə Darqonun ruslar tərəfindən tutulduğu vaxt həlak olmuşdur. Fatimat isə 1839-cu ildə rusların Axulqo qalasını tutması zamanı, ələ keçməmək üçün Koysu çayına atılaraq çayda boğulmuşdur. Fatimatın Mesed adlı bir qızı qalmışdı, hansı ki iki dəfə Əli-Məhəmmədə ərə getmişdir; birinci ərindən Həmzət bəy adlı oğlu var idi. Həmzət bəy 1837-ci ildə Rusiyaya amanat olaraq göndərilmiş, 1855-ci ildə əsirlərin dəyişdirilməsi zamanı geri qaytarılmışdır.
Şamilin beş arvadı var idi. Onlardan biri Zahidat (1829–1871), qazıqumuxlu Camaləddinin qızı idi. Digəri, Şuaynat (1824–1876), erməni mənşəli Anna İvanovna Uluxanovanın doğduğu qız idi; 1840-cı ildə Axberdil Məhəmmədin Mozdoka hücumu zamanı əsir götürülmüşdü.[19][20]
Oğulları
redaktəŞamilin böyük oğlu Camaləddin (1829–1858) — on yaşında olarkən Axul kəndinin mühasirəsi zamanı ruslara amanat verilmişdir. Sankt-Peterburqda dvoryan uşaqları ilə birlikdə 1-ci kadet korpusunda təhsil almışdır. Ona ənənəvi dağlı paltarı geyməyə icazə verilmişdir. 1854-cü ildə İmam Şamil əsir götürdüyü knyaginaların – Çavçavadzenin və Orbelianinin böyük oğlu ilə dəyişdirilməsini təklif etdi. Camaləddin geri qayıtsa da, çox yaşamadı, 1858-ci ildə Andi aulunda vərəm xəstəliyindən vəfat etdi.[21][22][23]
İmam Şamilin ikinci oğlu Qazı Məhəmməd (1833–1902) idi — altı yaşında Axul aulunun bir hissəsinin ruslar tərəfindən mühasirəsi zamanında ayağından yaralanmışdı. 1850-ci ildə Karatın naibi təyin edilmiş və orada hamının hörmətini qazanmışdır. Onun ən böyük hərbi uğuru isə Gürcüstana hücumu oldu; bu əməliyyat zamanı Çavçavadze knyazlarını məhv etmişdir. 1855-ci ilin mayında sultan I Əbdülməcid Qazı Məhəmmədə xidmətləri müqabilində yaşıl bayraq və qızıl suyuna çəkilmiş, almazlarla bəzədilmiş gümüş orden göndərmişdir. Bundan başqa, ona paşa rütbəsi də verilmişdir. 1859-cu ilin yazında Qazı Məhəmməd imamatın paytaxtı olan Vedeno aulunun müdafiəsinə rəhbərlik etmişdir. Aulun uzunmüddətli mühasirəsindən sonra ruslar aulu ələ keçirdilər, Qazı Məhəmməd isə naibləri ilə birlikdə Dağıstana üz tutdu. 1859-cu ilin avqustunda Qazı Məhəmməd atası ilə birlikdə Qunibdə idi. O özünün kiçik qardaşı Məhəmməd Şapi ilə müdafiəni gücləndirməyə çalışırdı. Qunibin ruslara təhvil verilməsindən sonra rus çarının göstərişi ilə, Şamil, Qazı məhəmməd və üç müridi Sankt-Peterburqa aparılmalı idi, daha sonra onların yaşaması üçün Kaluqa seçildi. Atasının ölümündən sonra çox çətinliklə Türkiyəyə və Ərəbistana getmək üçün icazə aldı. Türkiyədə hərbi xidmətə qatıldı, Rusiya-Osmanlı müharibəsi (1877-1878) türk diviziyasına komandanlıq etmiş, Bəyazidin mühasirəsində iştirak etmiş və marşal rütbəsi almışdırt. 1902-ci ildə Mədinədə vəfat etmiş və atasının qəbrinin yanında dəfn edilmişdir.[24]
İmam Şamilin üçüncü oğlu Səid — uşaq yaşında, Axul auluna rus ordusunun hücumu zamanı anası Cavqarat ilə birlikdə həlak olmuşdur.
Dördüncü oğlu Məhəmməd Şapi (1840–1906)də Qunib aulunun süqutundan sonra Sankt-Peterburqa aparılmış, sonra isə Kaluqaya göndərilmişdir. Rus ordusunda hərbi xidmət etmək istəmiş və 8 aprel 1861-ci ildə imperatorun mühafizəsi təyinatlı xüsusi Qafqaz eskadronunda leyb-qvardiya korneti olmuşdur. Məhəmməd Şapinin birinci arvadından uşağı olmamışdır. Tezliklə, o ikinci arvad alır. Onun adı Cariyat olan ikinci arvadı da dağlı idi və həmin arvaddan Məhəmməd Şapinin Məhəmməd Zaqid adlı oğlu doğulmuşdur. 25 yaşlı Məhəmməd Şapi üç il hərbi xidmət eməmiş poruçik rütbəsi alır, bundan iki il sonra isə ştabs-rotomisr our. Üç ildən sonra hərbi xidməti ilə bağlı olaraq Rusiya xaricinə ezam edilir. Ezamiyyət dövründə o, Freansada, İngiltərədə, Almaniyada, Türkiyədə və İtaliyada olur. Rusiyaya qayıtdıqda isə o, 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilir və Qafqaz eskadronununa gənc dağlıların cəlb cəlb edilməsi üçün Qafqaza ezam olunur. Tezliklə, qüsursuz xidmətinə görə rotmistr rütbəsi alır və çar mühafizə xidmətinin dağlı bölüyünün komandiri təyin edilir. 1873-cü ildə isə "2-ci dərəcəli Müqəddəs Stanislav ordeni" ilə təltif olunur. 37 yaşı bitməmiş polkovnik rütbəsi alır. Rus-türk müharibəsi illərində o, döyüşə getmək istəsə də, istəyi çar tərəfindən rədd edilir. 1885-ci ildə general-mayor rütbəsi alır. 45 yaşında üçüncü dəfə 18 yaşlı qızla evlənir. Qızın atası tacir idi və qızına cehiz olaraq Kazanda ikimərtəbəli ev vermişdir. Məhəmməd Şapi ömrünün sonuna qədər həmin evdə yaşamış və 1902-ci ildə Kislovodskda müalicədə olarkən vəfat etmişdir.[25] Sonuncu nikahdan onun iki qızı var idi. Hər ikisi növbə ilə ictimai xadim Məhəmməd Əli Daxadayevin, hansı ki Maxaçkala şəhəri onun şərəfinə adlanır, onun arvadı olmuşdur.
İmam Şamilin kiçik oğlu Məhəmməd Kamil (1863–1951) haqqında isə məlumat azdır. O, Kaluqada anadan olmuşdur. Onun anası qazıqumuxlu Camaləddinin qızı Zahidət idi. Ömrünün çox hissəsini Türkiyə və ərəbistanda keçirmişdir. Nəbihə Şamil ilə evlənmişdir. Stanbulda dəfn olunub. Dağlılar Respublikasının tanınmış xadimi Said bəy Şamilin atasıdır. Said bəydən başqa Məhəmməd Kamilin Nəciyyə və Nəcavat adlarında iki qızı da var idi. Amma nə Səid bəyin, nə də onun bacılarının uşaqları olmamışdır.
Şamilin nəticəsi Nazim Hənəfi Məhəmməd Efiopiya vətəndaşıdır.[26] Şamilin nəticəsi Məryət Əsgərova(1927–2003) Azərbaycan vətəndaşı idi.
Xatirəsi
redaktəHəyatı
redaktəİmam Şamil 26 iyun 1797-ci (hicri 1 məhərrəm 1212-ci) ildə Avar xanlığında, Gimri kəndində, Əlinin oğlu Denqav – Məhəmmədin ailəsində anadan olmuşdu.[27] Anası avar bəyi Pir–Budağın qızı Baxu–Mesedu idi.[27] Şamilin əsil adı Əli idi.[27] Bu ad ona babasının şərəfinə verilmişdi.[27] Şamilin babası Əli qumuq əsilli Əmir xanın oğlu idi.[27] Şamil 15 yaşına çatdığı zaman artıq at minməkdə, qılınc oynatmaqda çox mahir idi. 20 yaşına isə 2 metr boyu ilə tullanma, odlu silahdan istifadə, qılınc oynatma kimi keyfiyyətlərdə çox mahir idi. Şeyx Şamil ilk təhsilinə Səid Xərakinin yanında başladı. Daha sonra qayınatası Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumikinin tələbəsi oldu. İmam Şamil özündən əvvəl imamət məqamında olan Qazi Məhəmməd və Həmzət Bəyin müşavirliyini etmişdi. Şamil son dərəcə sadə, təvazökar və qənaətcil bir həyatı yaşamaqda idi.
İmam Şamil müxtəlif vaxtlarda 5 dəfə evlənmişdi. Şamilin Fatimat, Cevhərat, Zahidət, Əminə və Şovanət adlı həyat yoldaşlarından Əhməd Cəmaləddin, Məhəmməd Qazi, Məhəmməd Səid, Məhəmməd Şəfi, Cəmaləddin və Məhəmməd Kamil adlı 6 oğlu ilə Fatimat, Nəfisat, Nəcabət, Bahu-Mesedu və Safiyat adlı 5 qızı olmuşdu.
Şamil imam – yəni dövlət başçısı seçildikdən sonra ilk iş olaraq dövlətin daxilindəki vəziyyəti səhmana salmağa başladı. Ruslara qarşı güclü müqavimət göstərmək üçün vacib olan əskəri və mülki təşkilatları yenidən qurdu. Bir tərəfdən hərbi tədbirlər görərək düşmənə qarşı müdafiə üçün müharibəyə girişərkən, digər tərəfdən də müntəzəm olaraq ədliyə və idarə etmə mexanizmini inkişaf etdirməkdə idi. Bu zaman mədrəsələrdə təhsilə diqqət verilməkdə, fikir və sənət sahəsində böyük addımlar atılmaqda idi. Onun hakimiyyətdə olduğu zamanlarda top, barıt, digər silah-sursat istehsalı və tədarükünə ciddi fikir verilmiş, əskəri təşkilatlanmada böyük irəliləyişlər əldə edilmişdi.
İmam Şamil güclü natiqlik qabiliyyəti, qətiyyətli iradəsi və əskəri dühası ilə böyük uğurlar qazanmış, şöhrəti qısa zamanda ətrafa yayılaraq nüfuzu Dağıstan bölgəsində yaşayan xalqlar tərəfindən qəbul edilmişdi.
İmam Şamil idarə sistemini yenidən qaydaya salarkən, ölkəni naiblik və vilayətlərə ayıraraq bunların başına həm hərbi, həm də mülki işləri idarə edən naibləri təyin etdi. Üç və ya dörd naiblik bir vilayət idi. Vilayətlərin başındakı naibin rütbəsi daha böyük idi. Ayrı-ayrılıqda hər biri böyük qəhrəman olan bu yüksəkrütbəli naiblərdən Haqverdi Məhəmməd (Axberdilav Mohuma), Qabət Məhəmməd (Kebed Mohuma), Şuayıb Molla, Taşof Hacı, Daniyal Sultan, Nur Məhəmməd, Xiitinaf Musa, Sədullah, Düba Hacı,Hacı Murad və Şamilin böyük oğlu Məhəmməd Qazi qəzavatın adı unudulmayacaqı şəxsiyyətlərindən olmuşlar.
Şamil imam seçildiyi 1834-cü ildən 1859-cu ilə qədər Rusiyanın böyüklüyünə və hərbi qüdrətinə baxmayaraq usanmadan müharibəni davam etdirdi. Özündən əvvəlki 2 imamın dövründə də10 il müharibədə iştirak etdiyindən bütövlükdə dayanmadan cihad etdiyi müddət tam 35 ildir.
Bu vaxt ərzində Rus ordusuna böyük zərbələr vurmuşdu. Bununla bərabər özünün də məhdud olan əsgəri qüvvəsi də gündən-günə azalmışdı.1839-cu ildə Axulqo Təpəsində 3 min müridi ilə General Qrabbenin komandanlığındakı sayı 10 mindən artıq yüksək səviyyədə silahlanmış rus ordusuna qarşı 80 günlük müdafiəsi hərb tarixinə düşmüşdür. Şamil bu müharibədə həyat yoldaşı Cevhəratı, oğlu Səidi və bacısı Məsudəyi itirmiş, 8 yaşındakı oğlu Cəmaləddini ruslara girov vermək məcburiyətində qalmışdı.
Bu dəhşətli müharibələrdə sadəcə insan itkisi olmurdu. Ruslar aylarla davam edən müharibə nəticəsində işğal etdikləri torpaqlarda ağacları, meşələri yandırıb heç bir canlını sağ qoymadan irəliləyirdilər.
Müharibədə iştirak edən rus komandirlərindən Milyutin 80 gün davam edən Axulqo müharibəsi haqqında xatirələrində bunları deyir:
"Artıq müharibəyə nəzarət və idarə komandirlərin əlindən bütünlüklə çıxmışdı. Hiddətlənərək əsəblərindən adəta dəliyə dönmüş dağlılar necə gəldi əsgərlərimizin üzərinə basqın edib, süngü ilə öldürülənə kimi döyüşürdülər. Hətta qadınlar da silahsız olduqda belə, özlərini quduzcasına süngülərimizin üzərinə atırdılar. Lakin, müvəffəqiyyət üçün hər cür fədakarlığı gözə almış rus komandanlığı inadla hücuma davam etdi. Təslim olmağı qətiyyən rədd edən dağlılar heç bir ümidləri qalmadığı halda qəhramancasına döyüşdülər. Qadınlar, uşaqlar əllərindəki xəncərlərlə ruslara hücum edir, süngülərin ucunda göz qırpmadan can verirdilər. Bəziləri isə özlərini və uşaqlarını dağdan atırdılar. Yaralılar da inanılmaz şəkildə döyüşürdülər".
Dost ölkələrdən heç bir kömək görməyən İmam Şamilin nəhayət əlindəki bütün qüvvə və qaynaqları tükəndi və 1859-cu il 6 iyununda Qunipdə General Baryatinskinin idarəsindəki 70.000 nəfərlik rus ordusuna yanında bir neçə yüz adam qalana qədər müqavimət göstərdikdən sonra təslim oldu. İmam Şamili ailə üzvləri və 40-a qədər adamı ilə Peterburqa Çarın yanına apardılar. O, Rus Çarı II Aleksandr tərəfindən sarayın qapısında böyük hörmətlə qarşılanır. Çar atası I Nikolaya və onun ordusuna tam 35 il Qafqazı zindan edən zəmanənin bu böyük qəhrəmanını gördüyü zaman çox təsirləndi, onun saqqalından sevərək öpməkdən özünü saxlaya bilmədi. İmam Şamil bir aya qədər sarayda qonaq qaldı. Bundan sonra onun əsirlik illəri başladı. Lakin Şamil və ailəsinə əsarət çox ağır gəlirdi. 2 il içərisində Şamilin qapqara saçları ağappaq oldu. Böyük qızı Nafisat ilə gəlini – Məhəmməd Qazinin həyat yoldaşı Kərimət vərəmə yoluxub vəfat etdilər. Aradan 10 il keçəndən sora Çar onun Həccə getməsinə icazə verdi. Ancaq bir tədbir olaraq oğlu Məhəmməd Şəfini saxlayır və Həcci ziyarət etdikdən sonra dərhal Rusiyaya qayıtmasını şərt qoydu. Şamil 1870-ci ildə adamları ilə bərabər Rusiyadan çıxaraq əvvəlcə İstanbula gəldi. Sultan Əbdüləziz tərəfindən sarayda qarşılanan Şamilin İstanbula gəlməsi xəbəri yayıldı zaman şəhər bir-birinə qarışmış, xalq bu böyük qəhrəmanı görmək üçün saray qapısına axışmağa başlamışdı. Şamil arzuladığı son mənzilə vaxtında yetişmək üçün Sultanın məxsusi olaraq ona ayırdığı gəmi ilə yola çıxdı. Ciddə limanında Məkkə əmiri, şəhərin iləri gələnləri və böyük bir izdiham tərəfindən təntənəli mərasimlərlə İmam Şamili qarşılandı və Məkkədə şərəfli şəxslər üçün ayrılan Şürəfa dairəsində qonaq edildi.
Həcc zamanında Şamilin orada olduğunu eşidən dünyanın dörd bir yanından gəlmiş yüz minlərlə müsəlmanın onu görmək üçün yaratdığı izdiham nəticəsində hökumət idarəçiləri onu Kəbənin üzərinə çıxardılar. Beləliklə insanlar onu gördülər.
Şamil həcc ziyarətini yerinə yetirdikdən sonra Mədinəyə getdi. Mədinədə olarkən çox zəifləmiş olan İmam Şamil xəstələndi. Bütün həyatını Allah üçün cihada, ölkəsinin birliyinə həsr etmiş, əsgəri dühasını dünyaya və əbədi düşməni olan rus hökumətinə qəbul etdirən, adını dünya tarixinə "gəlmiş-keçmiş ən böyük müqavimət lideri" olaraq yazdıran İmam Şamil 4 fevral 1871-ci ildə 74 yaşında fani dünyaya gözlərini yumdu.
Aforizmlər
redaktə- Allah güclülərin bacarmadığını bir acizə verməyə qadirdir.
- Elmli adamı doğru bir şeyə inandırmaq üçün çox danışmağa ehtiyac yoxdur.
- Həqiqətə qılınc çəkən şəxs öz ölümünə bais olur.
- Sonunu düşünə-düşünə döyüşə girəndən qəhrəman olmaz.
- Yalnız özünü düşünən insan hər pisliyi edər.
- İşğal olunmuş vətən torpaqları yalvarışla qaytarılmaz döyüşlə alınar.
Həmçinin oxu
redaktə- İmam Mustafayev, Sadıq Murtuzayev. "Şeyx Şamil", Bakı, "Vətən", 1993.
- Məhəmməd Tahir. "Şeyx Şamil". Bakı, "Qanun", 2014.
- Aygün Həsənoğlu. "Şeyx Şamil obrazı Azərbaycan elmi-bədii təfəkküründə". Bakı, "Vektör", 2007.
İstinadlar
redaktə- ↑ Д. Данлоп. Россия и Чечня: история противоборства. Корни сепаратистского конфликта. / Пер. с англ. Н. Банчика. — М.: Валент, 2001. — C. 30. — 231 с.
- ↑ 1 2 3 4 ШАМИЛЬ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- ↑ 1 2 Sjamil // Nationalencyklopedin (швед.). 1999.
- ↑ 1 2 https://web.archive.org/web/20180715194419/https://www.marxists.org/russkij/marx/cw/index.htm.
- ↑ А. М. Халилов. Национально-освободительное движение горцев Северного Кавказа под предводительством Шамиля. Дагучпедгиз, 1991.
- ↑ В. В. Дегоев. Имам Шамиль: пророк, властитель, воин. Русская панорама, 2001.
- ↑ Бартольд В. В. Шамиль // Собрание сочинений в 9 томах. II, часть 1. М.: Изд-во восточной лит-ры. 1963. 873. Orijinal mətn (rus.)
Как и его предшественники, он был из аварцев.
- ↑ "Нарежный А. И., Самарина Н. В. История Дона и Северного Кавказа с древнейших времен до 1917 года. Издательство Ростовского университета, 2001 — С. 461". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
- ↑ Большая энциклопедия: Словарь общедоступных сведений по всем отраслям знания. / Под ред. С. Н. Южакова. В 20-ти томах. — СПб.: Изд-во т-ва "Просвещение". Том 1. — С. 37
- ↑ Шейх Назир ибн Хаджимухаммад ад-Дургели ад-Дагистани. Биография Имама Шамиля Arxivləşdirilib 2015-05-05 at the Wayback Machine
- ↑ Гаджиева Мадлена Наримановна. Аварцы. История, культура, традиции. Махачкала: Эпоха. 2012. ISBN 978-5-98390-105-6.
- ↑ Бiографическiй очеркь Шамиля со дня его рожденiя, до его кончины вь Мединѣ. — Глава I. Рожденie Шамиля. Его родители. Привязанность кь отцу. Другь его Кази-Магомедь. Характерь Шамиля. Ученie его. Страсть кь гимнастикѣ. Наставникѣ его Джемаль-Эддинь. Сестра его Фатимать, ея дочь Меседу и сынь Гамзат-Бекь, аманать. Стр. 14–15. // Шамиль на Кавказѣ и вь Россiи. Бiографическiй очеркь. Составила М. Н. Чичагова. Санкт-Петербургь: Типографiя и Литографiя С. Мюллерь и И. Богельмань, 1889, 202 стр. — Репринтное издание. Москва: издательство "Тонар", 1991, 208 стр. ISBN 5-9000450-03-1
- ↑ Халилов А. М., Идрисов М. М. Шамиль в истории Северного Кавказа и народной памяти. Махачкала. 1998. səh. 119.
- ↑ Халилов А. М. Национально-освободительное движение горцев Северного Кавказа под предводительством Шамиля. Махачкала: Дагучпедгиз. 1991. səh. 181.
- ↑ Чекалин С. В.. Завещание Шамиля // Кадетская Перекличка[rus.]. № 62—63. New York. 1997. 131.
- ↑ "Майков П. М. Шамиль // Русский биографический словарь : в 25 томах. — СПб.—М., 1896–1918". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
- ↑ Густерин П. В.[rus.] Коран как объект изучения. — Саарбрюккен: LAP LAMBERT Academic Publishing. — 2014. — С. 54. — ISBN 978-3-659-51259-9.
- ↑ М. Д. Гогитидзе, Военная элита Кавказа II, Генералы и адмиралы народов Северного кавказа Arxivləşdirilib 2012-02-23 at the Wayback Machine, изд. "Меридиани", Тб., 2011, ст. 108 — ISBN 978-9941-0-3391-9
- ↑ "Пржецлавский П. Г. "Дневник"". 2008-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ "221". 2013-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ "Газават.ру:: Личности2". 2015-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ Гаджиев Б. И.. Джамалутдин // Дагестан в истории и легендах. Мх.: Дагкнигоиздат. Под. ред. Ф. Астратьянца. 1965. 73–78.
- ↑ Пронин А.. Джамалуддин, сын Шамиля // АиФ Долгожитель. № 14 (26). М.: Аргументы и факты. 18 июля 2003.
- ↑ "Газават.ру:: Личности2". 2013-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ "Татарский мир • «Дом Шамиля»". 2013-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ "Известия" (2003 г.)
- ↑ 1 2 3 4 5 Бiографическiй очеркь Шамиля со дня его рожденiя, до его кончины вь Мединѣ. — Глава I. Рожденie Шамиля. Его родители. Привязанность кь отцу. Другь его Кази–Магомедь. Характерь Шамиля. Ученie его. Страсть кь гимнастикѣ. Наставникѣ его Джемаль-Эддинь. Сестра его Фатимать, ея дочь Меседу и сынь Гамзат–Бекь, аманать. Стр. 14–15. // Шамиль на Кавказѣ и вь Россiи. Бiографическiй очеркь. Составила М. Н. Чичагова. Санкт–Петербургь: Типографiя и Литографiя С. Мюллерь и И. Богельмань, 1889, 202 стр. — Репринтное издание. Москва: издательство "Тонар", 1991, 208 стр. ISBN 5-9000450-03-1
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Kaziev Shapi. Imam Shamil "Molodaya Gvardiya" publishers. Moscow, 2001, 2003, 2006, 2010. ISBN 978-5-235-03332-0
- О.-Д. А. Частное письмо о взятии Шамиля от 2 сентября 1859 // Русский архив, 1869. — Вып. 6. — Стб. 1045–1068. Arxivləşdirilib 2012-03-13 at the Wayback Machine
- Кто же твои предки, имам Шамиль?. — Гамид Габитов. Дагестан Arxivləşdirilib 2016-09-15 at the Wayback Machine
- О кумыкском происхождении имама Шамиля.