Iman Esgerzade - Wikipedia
Əsgərzadə İman Novruz oğlu (12 mart 1962, Kəbirli, Ağcabədi rayonu[1]) — fizika-riyaziyyat elmləri doktoru, professor[2].
İman Əsgərzadə | |
---|---|
İman Novruz oğlu Əsgərzadə | |
Doğum tarixi | |
Doğum yeri | Kəbirli kəndi, Ağcabədi rayonu, Azərbaycan Respublikası |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Novruz |
Anası | Cavahir |
Elm sahəsi | Fizika |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA Fizika İnstitutu |
Təhsili | |
Elmi rəhbəri | Akademik Firudin Haşımzadə |
Həyatı və təhsili
redaktəİman Əsgərzadə 1962-ci ildə Ağcabədi rayonu Kəbirli kəndində müəllim ailəsində anadan olmuşdur. Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi[3], Ankara Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiridir. İ.N.Əsgərzadə ifratkeçiricilik nəzəriyyəsi və tətbiqi sahəsini tədqiqatları ilə zənginləşdirən tanınmış fizikdir. 1979-cu ildə Respublika 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbini və 1985-ci ildə Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. AMEA Fizika İnstitutunda, 1995-ci ildə namizədlik, 2004 ildə isə doktorluq dissertasiyalarinı müdafiə etmişdir.
2000-ci ildən etibarən araşdırma qrantları müsabiqələrində galib gələrək dünyanın müxtəlif universitetlərində və elmi mərkəzlərində uzunmüddətli ezamiyyətlərdə olmuşdur [CRDF, (ABŞ), DAAD (Dresden Helmholtz İnstitutu,Almaniya), NATO postdoc (Bilkənd Universiteti, Türkiyə), NATO reintegration (ABŞ), CNRS-ANAS (Fransa), TUBİTAK (Ankara Universiteti, Türkiyə). 2002–2011-ci illərdə Abdus Salam Beynəlxalg Nəzəri Fizika Mərkəzinin (İtaliya) assosiativ üzvü seçilmişdir. 16 mart 2022-ci ildə fizika elmləri doktoru, professor İman Əsgərzadənin 60 illik yubileyi təntənəli qeyd edilib[4]. Rusiya Elmlər Akademiyasının (REA) nüfuzlu beynəlxalq nəşri olan "Успехи Физических Наук (УФН)" jurnalında tanınmış azərbaycanlı alim, AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor İman Əsgərzadənin 60 illik yubileyi münasibətilə məqalə dərc olunub.[5]
Əsas elmi nəticələri
redaktə- Elmi əsərlərinin sayı-132
- Xaricdə dərc olunan əsərlərinin sayı- 122
- Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı – 102 (SCI 90)
- Monoqrafiya və kitablarının sayı- 3
- Elmi-pedaqoji fəaliyyəti- 15 il Ankara Universitetində çalışmışdır
- Dil bilikləri (Azərbaycan, türk, rus və ingiliscə)
Elmi tədqiqat sahələri
redaktəİ. N. Əsgərzadənin araşdırmaları laylı və coxzonalı ifratkeçiricilərin ümumiləşdirilmiş Ginzburg-Landau və Eliashberg nəzəriyyələri əsasında öyrənilməsinə həsr olunmuşdur. İlk dəfə Ginzburg-Landau nəzəriyyəsini iki zonalı hal üçün ayrıntılı bir şəkildə tədqiq etmişdir. Bu əsərə Nobel mükafatı laureatı, akademik V. L. Ginzburg Springer-Verlag ‘Superconductivity and Superfluidity’, 2009 kitabında istinad etmişdir. O, həmçinin Josefson elementlərindən əmələ gələn impuls və magnit seli kvantlı dövrələrin dinamikası, Josefson sxemlərində xaos problemləri ilə məşgul olmuşdur. Anharmonik Josefson cərəyan-faza effektlərlərinin nəticələrə təsiri tədgig olunmuşdur. Son zamanlar o ifratkeçirici kvant kompüterlərin əsas elementi olan kvant bitler və geyri-səlis məntigin tətbigi mövzusunda araşdırmalar həyata keçirməkdədir.professor İman Əsgərzadə "Advances in Condensed Matter Physics’ jurnalının xüsusi buraxılışının baş elmi redaktoru təyin olunub.[6]
Əsas elmi əsərləri
redaktəI. N. Askerzade, A. Bozbey, M. Canturk, Modern aspects of Josephson dynamics and superconductivity electronics, (monografiya), Springer, 210s., 2017 http://www.springer.com/la/book/9783319484327
I. N. Askerzade, Low Temperature Physics, (review) v.41, iss. 3, pp. 241–261,2015
I. N. Askerzade, A. Rakhimov, Phys. Rev. E 90, 032124, 2014
I. N. Askerzade, Unconventional Superconductors. Anisotropy and multiband effects (monografiya), Springer, 177 s., 2012 http://www.springer.com/physics/condensed+matter+physics/book/978-3-642-22651-9
I. N. Askerzade, R. T. Tagiyeva, Superconductor Science and Technology, 25, 095007, 2012
I. N. Askerzade, M. Canturk, IEEE Trans. on Applied Superconductivity, 21(5), 3541–3547, 2011
I. N. Askerzade, Ş. Emrah, CMES: Computer Modeling in Engineering and Sciences, 70(1)1–10, 2010
I. N. Askerzade, Успехи Физичеких Наук, 52(6) (review), 977, 2009
I. N. Askerzade, Journal Physics and Chemistry of Solids,68, 1311,2007
I. N. Askerzade, Успехи Физичеких Наук, 49(10) (review),1003, 2006
I. N. Askerzade, Письма в ЖЭТФ (JETP Letters), v.81, No11, pp. 717, 2005
I. N. Askerzade, Physica C, v.420, pp. 11, 2005.
I. N. Askerzade, Süperiletkenlik Fiziğine Giriş (derslik), Ankara, Gazi Kitab Evi, 200s,2005
http://www.pegem.net/kitabevi/335-Superiletkenlik-Fizigine-Giris-kitabi.aspx Arxivləşdirilib 2017-05-08 at the Wayback Machine
I. N. Askerzade, I. O. Kulik Modern Physics Letters B, v.17, No10,11,12, p. 649, 2003.
I. N. Askerzade, A. Gencer, Journal of Physical Society of Japan.v.71, N7,1637, 2002.
Elmi nailiyyləri
redaktə30 yanvar 2024-cü ildə "Ankara Üniversitesi Ödülü" ilə təltif edilmişdir.[7]
fevral 2019, Ankara Üniversitesi Mühendislik Fakültesi Akademik Teşvik Ödülleri[8]
İstinadlar
redaktə- ↑ Askerzade, Iman // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Üniversitesi Mühendislik Fakültesi Bilgisayar Mühendisliği Bölümü
- ↑ "Azərbaycan Milli Ensiklopediyası". 2023-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-19.
- ↑ "Fizika İnstitutunun Elmi şurasının iclası keçirilib". 2023-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-19.
- ↑ "Rusiyanın nüfuzlu beynəlxalq jurnalında azərbaycanlı alim haqqında məqalə nəşr olunub". 2023-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-19.
- ↑ "Azərbaycan alimi beynəlxalq jurnalın xüsusi buraxılışının baş redaktoru olub". 2023-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-19.
- ↑ "Ankara Üniversitesi Ödülleri". 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
- ↑ "Ankara Üniversitesi Mühendislik Fakültesi Öğretim Üyeleri". 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-19.