Improvizasiya - Wikipedia
Improvizasiya - Wikipedia - Haqqında Məlumat
İmprovizasiya – bədahətən şeir qoşmaq, qabaqcadan heç bir hazırlıq görmədən əsər yaratmaq; qabaqcadan hazırlaşmadan müəyyən bir hadisəyə dərhal şeirlə cavab vermək, öz münasibətini bildirmək.
Türk ədəbiyyatşünaslığında buna irtical deyilir. S.Ə.Şirvani Tiflisə gedərkən yolustü Nizami Gəncəvinin məqbərəsini ziyarət etdiyi zaman ordaca bu rübaini söyləmişdi:
Ey şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü ehtişamı dağılan!
Olmuşmu səninlə mən kimi aləmdə
- Beyti, evi, məktəbi, kəlamı dağılan?
İmprovizasiya yolu ilə yaranan şeir növlərindən biri indi də el arasında yayılmış meyxanadır.[1]
Həmçinin bax
redaktəMənbə
redaktə Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |