Impuls Momenti - Wikipedia
İmpuls momenti — maddi nöqtənin O fırlanma mərkəzinə nəzərən impuls momentinin modulu, onun impulsunun modulu ilə çevrənin radiusu hasilinə bərabərdir, L=pr=mυr.
BS-də impuls momentinin ölçü vahidi-1kqm2/san-dir. İmpuls momenti vektotrial kəmiyyətdir və onun istiqaməti sağ yivli burğu qaydasıilə təyin olunur:Burğunun dəstəyini zərrəciyin hərəkəti istiqamətində fırrlatdıqda,onun irəliləmə istiqaməti impuls momenti vektorunun istiqamətini göstərir.
Fırlanma hərəkətinin tənliyi ΔL/Δt=M şəklində yazırlar. Burada M zərrəciyə təsir edən qüvvə momentidir. Həmin tənliyə görə,zərrəciyin impuls momentinin vahid zamanda dəyişməsiona təsir edən qüvvə momentinə bərabərdir. M=0 -dırsa ΔL/Δt=0 və L=const. Bu,İmpuls momentinin saxlanma qanunu-dur: Qapalı sistemdə baş verən istənilən proses zamanı onun impuls momenti sabit qalır. İmpuls momentinin saxlanma qanunu fəzanın izotropluğu ilə əlaqədardır. Yəni qapalı sistemi fəzada müəyyən bucaq qədər fırlatdıqda onun fiziki xassələri dəyişmir. Fırlanan masa üzərində əllərində kantellər tutan çirk ustası açılmış əllərini yığdıqda fırlanma sürətinin artması bu səbəbdəndir.
Mənbə
redaktə- M.Murquzov, S.Abdullayev və b. Fizika: X sinif, BAKINƏŞR, 2005.