Incecay - Wikipedia
İncəçay — Kürün sağ qoludur. Ağdərə, Tərtər və Yevlax rayonları ərazisindən axır.
İncəçay | |
---|---|
azərb. İncəçay | |
Ölkə | Azərbaycan |
Rayonlar | |
Mənbəyi | Murovdağ |
• Yüksəkliyi | 2580 m |
Mənsəbi | Kür |
Uzunluğu | 83 km |
Su sərfi | 1,52 m³/san |
Su sistemi | Kür |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 205 km² |
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Uzunluğu 83 km, hövzəsinin sahəsi 205 km²-dir. Başlanğıcını Murovdağ silsiləsinin şimal-şərq yamacından (2580 m) götürür. Axımı yeraltı (56%), qar (36%) və yağış (8%) sularından əmələ gəlir. Çayda yaz-yay fəsillərində müntəzəm olaraq qar, yağış suları daşqınlar əmələ gətirir. Daşqın martın axırlarında başlayır, iyulun əvvəlində isə qurtarır. Payız və qış aylarında çayın suyu xeyli azalır. Bu aylarda illik axım həcminin yalnız 10%-i keçir.
Çayın orta illik su sərfi 1,52 kub m/san-dir. Axımı-nın çox hissəsi yaz (50%) və yay (25%), az hissəsi isə payız (15%) və qış (10%) fəsillərində keçir. Axımının 20%-i intensiv suvarma dövründə (iyul-avqust aylarında) axıdılır. Orta illik lillənməsi 63 q/kub m, suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta minerallaşması 150–250 mq/l-dir. İncəçayın üzərində SES qurulmuşdur.
Aşağı axımı isə suvarma işlərinə məsrəf olunur.
Digər İncəçay çayı — Araz çayının sol qoludur, Cəbrayıl rayonu ərazisindən axır. Uzunluğu 51 km, hövzəsinin sahəsi 351 kvadrat km-dir. Qarabağ silsiləsinin cənub qurtaracağından (1370 m) başlayır. Axımı yağış, yeraltı və cüzi miqdarda qar sularından əmələ gəlir. Aprel-may yağışları çayda daşqın əmələ gətirir. Yay aylarında suyu qurumaq dərəcəsinə çatır.