Incu Xaqan - Wikipedia
İncu xaqan[1] (真珠可汗) və ya İncu Bilgə xaqan (真珠毗伽可汗) — Müstəqil Seyanto xanlığının ilk hökmdarı. Əsl adı Yinan (夷男) idi. İdi xaqanın nəvəsi idi.
İncu xaqan | |
---|---|
Yinan (夷男) | |
Əvvəlki | İdi xaqan |
Sonrakı | Duomi xaqan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Uşağı | Duomi xaqan |
Dini | Tenqriçilik |
Göytürk xaqanlığı tərkibində
redaktəNə vaxt doğulduğu bilinmir. İllig xaqanın hakimiyyəti altında 70.000 çadırlıq Seyanto xalqına rəhbərlik edirdi. 627-ci Teleləri toplayaraq Seyanto, Uyğur və Bayırqu xalqlarının üsyanını başladan Yinan əvvəlcə sərt münasibətlə üzləşdi. İllig xaqanın öz oğlu Yükük şadın rəhbərliyi altında göndərdiyi 400.000 nəfərlik orduya cəmi 5000 nəfər süvari ilə qalib gələn Uyğur iltəbəri Yağlakar Pusa (菩萨) və 4 ayrı Göytürk sərkərdəsini məğlub edən İnan İllig xaqanın Çinə qarşı müharibəsində ikinci cəbhəni açmış oldu. Tolis xan da Seyantolara məğlub olub Tan sülaləsinə sığınandan sonra, İnan 628-ci ildə Tan imperatoru Taiçonq tərəfindən xaqan olaraq tanındı. Bu xəbəri ona Çin sərkərdəsi Kyao Şivanq (喬師望) çatdırdı. Ona Uyğur və Bayırqulardan başqa Ediz (阿跌), Tonqra (同羅), Bügüt (僕骨) və Hsi (霫) tayfaları tabe olmuşdular.
Hakimiyyəti
redaktəHakimiyyətinin ilk ilində, 629-cu ilin payızında qardaşı Tonqanı (統) Çinə səfir olaraq göndərildi. İmperator isə ona hədiyyə olaraq qılınc və qamçı verdi. 630-cu ildə İllig xaqanın həbsi ilə Göytürk xaqanlığı süqut etdi və Seyanto dövləti hakim qüvvəyə çevrildi.
631-ci ildə İncu xaqan Si Yabqu xaqanın hücumuna məruz qalsa da müvəffəqiyyətlə müdafiə olunub onu məğlub edə bilmişdi. Növbəti hücum isə Göytürk şahzadəsi Aşina Şeerdən gəldi. Şeer Şərqi Göytürk xaqanlığını diriltmək və İllig xaqanın qisasını almaq istəyirdi. Bununla belə İşbara Teriş xaqan onu dəstəkləmədiyi üçün bu plan da iflasa uğradı və Şeer Qaoçanqa sığındı.
638-ci ildə İncu xaqanın artıq 200.000 əsgərdən ibarət ordusu vardı. Dövlətin idarəsini öz oğulları arasında bölüşən İncu xaqan oğlu Bacuonu (拔灼) cənuba, digər oğlu Cielibi (颉利苾)ni isə şimala təyin etdi.[2] Tan imperatoru isə onları kiçik xaqan kimi təyin etdi. Həmin il Qaoçanq kralı Ku Ventay (麴文泰) onu üsyana səsləsə də, İncu xaqan bunu Çin imperatoruna xəbər edərək Qaraxocanın işğalına şərait yaratdı.
639-cu ildə Aşina Cieşeşuayın üsyanından sonra Kilibi xaqanın başçılığı ilə vassal türk dövləti yaradan Çin, İncu xaqanı qorxuya saldı. Öz oğlu Tardunu (大度)[3] Kilibiyə qarşı 200.000 nəfərlik ordu ilə göndərən İncu gözlənilmədən onu qorumağa gəlmiş Çin ordusu ilə rastlaşdı. 641-642ci illərdəki bu qısa müharibə atəşkəs ilə bitdi.
Evlilik cəhdi
redaktəAtəşkəsi ittifaqa çevirmək üçün öz əmisi Nişu (泥熟)nu 3000 at, 38000 bizon dərisi, kəhrəbadan hazırlanmış güzgü hədiyyəsi ilə Çinə göndərdi. İmperator isə öz səfiri Çui Dunli (崔敦禮) vasitəsilə ona öz 15-ci qızı Şinşini (新興公主) verəcəyi xəbərini çatdırdı. Əvəzində isə Çinə sığınmış Tele sərkərdəsi Kibi Helinin (契苾何力) azadlığa buraxılmasını tələb etdi. 643-cü ildə növbəti dəfə elçi göndərən İncu, bu dəfə öz qardaşıoğlu Tulu (突利) ilə 50000 at, 10000 dəvə və 100000 keçini başlıq pulu kimi göndərdi. İmperator əvvəl xaqanla şəxsən görüşmək istədiyini bəhanə etdi. Xaqan buna razı olduqdan sonra isə başlıq parasının hələ yığılmadığını bəhanə gətirərək evliliyi uzatdı. Çünki xaqan heyvanları Qobi səhrasından keçirməli idi. Bu isə onların ölümünə səbəb olurdu. İmperatorun bəhanəsinə səbəb İncunun güclənməsinin qarşısını almaq idi. Hər bir halda evlilik işi ləğv olundu. İncu Şərq Göytürklərinə hücumu davam etdirincə xaqana belə izahat verməli oldu:
644-cü ildə göytürklər Seyanto qarşısında davam gətirməyərək çökdülər və Çinə geri getdilər. Taiçonq İncu xaqana soyuq münasibət göstərməyə başladı. Hətta imperatorun Koquryoya qarşı müharibəsinə qoşulmaq istəyi də rədd edildi. Koquryo qəyyumu Yeon Kesomun İncunu Çinə qarşı yürüş ətməyə dəvət etsə də, Çinin qorxusundan buna qoşulmadı.
Ölümü
redaktəİncu xaqan 21 Oktyabr 645-ci ildə öldü. Çində onun üçün böyük yas mərasimi təşkil edildi. Oğulları Bacuo və Yemanq[4] ölümündən sonra taxta yiyələnmək üstündə müharibə apardılar və bu mübarizədən qalib ayrılan Bacuo, Duomi xaqan adı ilə taxta çıxdı.
İstinadlar və qeydlər
redaktə- ↑ 刘正埮; Gao, Mingkai (高名凯); Mai, Yongqian (麦永乾) (1981). 汉语外来词词典 [A Dictionary of Loan Words and Hybrid Words in Chinese]. Shanghai Lexicographical Publishing house, səh. 404
- ↑ Bəzi mənbələrdə Cielibi yerinə Yemanq (曳莽) göstərilir.
- ↑ Bu şəxs Yemanq və ya Cielibi də ola bilər.
- ↑ Bax: 2 və 3 nömrəli qeydlər