Indila - Wikipedia
Indila - Wikipedia - Haqqında Məlumat
Adila Sedraia (fr. Adila Sedraïa) və ya İndila (fr. Indila) (26 iyun 1984-cü il, Paris, Fransa) — Fransa müğənnisi və mahnı müəllifi.
İndila | |
---|---|
Adila Sedraia | |
Ümumi məlumatlar | |
Doğum adı | Adila Sedraia |
Ləqəbi | Indila |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vətəndaşlığı | Fransa |
Milliyyəti | Fransa |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, mahnı sözləri yazan |
Fəaliyyət illəri | 2010-cu ildən |
Janrlar | R&B, Bollivud, Fransız hip hopu, pop |
Səs tembri | messo-soprano |
Vikianbarda əlaqəli mediafayllar |
24 fevral 2014-cü ildə yayımlanan Mini World albomundakı "Dernière Danse" mahnısı ilə Fransada ən yaxşı on sinql siyahısında ikinci sırada yer alır.[1]
Həyatı
redaktəİndila 26 iyun 1984-cü il-də Parisdə anadan olub. Musiqi karyerasına başlamamışdan əvvəl İndila, bir qəsəbədə turist rəhbəri olaraq fəaliyyət göstərmişdir. Məhz o zamanlardan musiqini çox sevdiyini, lakin buna vaxt ayıra bilmədiyini söyləmişdir. "Le Parisien" qəzetinə verdiyi müsahibədə İndila adının hind əsilli bir ad olduğunu söyləmişdir. Hind, əlcəzairli, kambocalı və misirli qanının daşıyıcısıdır.[2]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2014-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-06.
- ↑ "Arxivlənmiş surət". 2017-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.