Inerka Golu - Wikipedia
İnerka — Mordoviya Respublikası ərazisində yerləşən böyük göl. Göl Sura çayı vadisində, Böyük Berezniki kəndindən 17 km-lik məsafədə yerləşir. Erzyan dilində İnerka böyük göl deməkdir ( "ine" - böyük, "erke" - göl).[1] İnerka gölü respublikanın turizm potensialı olan bölgələrindən biridir.
İnerka | |
---|---|
erz. İnerka | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 100 m |
Eni | 0.2 km |
Uzunluğu | 3 km |
Sahəsi | 0,437 km² |
Dərin yeri | 12 m |
Orta dərinliyi | 7 m |
Şəffaflığı | 2 m |
Yerləşməsi | |
54°03′48″ şm. e. 45°53′10″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | |
Rayon |
|
|
Gölün uzunluğu 3 kilometr, maksimal eni 215 metrdir. Maksimal dərinlik - 12 metr (orta dərinlik - 7 m), sahəsi isə 0,437 km²-dir (təxminən 44,2 hektar).[2] Uzunsov formada olan İnerka axmaz göl hesab olunur. O Sura çayının qədim yatağında su-erozion proseslər nəticəsində meydana gəlmiş meandrın axmaza çevrilməsi nəticəsində formalaşmışdır. Göl şirin suludur və şəffaflığı 2 metr dərinliyə qədər saxlanılır.
İnerka gölü müxtəlif növ balıqlar, sahildə su quşları ilə zəngindir. Göl ətrafını enliyarpaqlı və iynəyarpaqlı meşə zolağ əhatə edir. 1983-cü il 6 mart tarixində Mordoviya ASSR-nin Nazirlər Sovetinin qərarı ilə gölə respublika əhəmiyyətli təbiət abidəsi statusu verilmişdir.[3].
1990-cı illərdə mütəxəssislərin müşahidələri nəticəsində məlum olmuşdur ki, İnerka gölü ilə Sura çayı arasındakı kiçik bərzəx ərazinin ölçüsü ildən ilə azalır (1991-ci ildə bu məsafə 50-60 metr olub). Nəzərə alsaq ki, gölün səviyyəsi Sura çayından nisbətən yüksəkdə yerləşir və gölün çayla birləşməsi zamanı gölün suyu çay yatağına axacaq. Sonda göl bataqlığa çevriləcək. Bunları nəzərə alaraq çay yatağı bu ərazidən 350 metr uzaqlaşdırılmış və göl xilas edilmişdir[1].
Maraqlıdır
redaktəHər il oktyabrın sonunda göl ətrafında avtomobillərin trofi-reyd "İnerka" yarışması keçirilir. Qış aylarında isə "Buz dövrü", "Ulduzlar buz üzərində" teleşounun çəkilişləri aparılır, eləcə də müxtəlif idman yarışları, konsertlər və rəqs meydançaları təşkil olunur.[4]
İstinadlar
redaktə- ↑ 1 2 Всё о Мордовии: Энциклопедический справочник. Н. С. Крутов, Е. М. Голубчик, С. С. Маркова. Саранск. Мордов. кн. изд-во. 2005. s. 840. ISBN 5-7595-1662-0
- ↑ Голубчик, Марк Михайлович, Евдокимов, Сергей Петрович. География Мордовской АССР: Учеб. пособие. Саранск. Изд. Мордов. ун-та. 1983.
- ↑ Особо охраняемые природные территории Мордовии (Под общей редакцией Астрадамов, Вадим Иванович): Монография. Саранск. Мордовское книжное издательство. 1997
- ↑ Озеро Инерка