Ingiltere Federasiya Kuboku Finali 1965 - Wikipedia
İngiltərə Federesiya Kuboku finalı 1965 — 1964/65-ci il İngiltərə Federasiya Kuboku uğrunda final matçı may ayında London şəhərində yerləşən Uembli stadionunda "Liverpul" və "Lids" klubları arasında keçirilmişdir. Bu matç 1964/65 mövsümünün kubok yarışmasında son matç olmuşdur. "Liverpul" bundan öncə 1914-cü və 1950-ci illərdə iştirak etdiyi hər iki kubok finalında məğlub olmuşdur. "Lids" isə ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdır. Hər iki klub turnirə üçüncü mərhələdən başlamışdır. "Liverpul" keçirdiyi oyunların əksəriyyətində 2 qoldan artıq top vura bilməmişdir. "Lids" isə keçirdiyi ilk oyunda "Stokport Kauntri" klubunu 3–0 hesabı ilə məğlub etmişdir. Daha sonra yarımfinal matçında Mançester Yunaytedə qarşı ilk matçda 0–0 bərabərə qalsa da, cavab oyununda 1–0 hesabı ilə qalib gəlmişdir.
İngiltərə Federasiya Kuboku finalı 1965 | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Tarix | 1 May 1965 | ||||||
Yer | Uembli stadionu, London | ||||||
Hakim | V. Klements | ||||||
Tamaşaçı | 100.000 | ||||||
← 1964 1966 → |
100.000 tamaşaçının izlədiyi final matçında tərəflər çox çalışsa da, əsas vaxtda hesab açılmamışdır. Matçın əvvəlində "Liverpul"un müdafiəçisi Cerri Bern körpücük sümüyünü sındırsa da, oyunu davam etdirmişdir. Oyuna əlavə edilmiş dəqiqələrdə o, hesabın açılmasında əsas rol oynamışdır. Belə ki, 93-cü dəqiqədə məhz onun ötürməsindən sonra Rocer Hant baş zərbəsi ilə hesabı açmışdır. Yeddi dəqiqə sonra "Lids" Billi Bremnerin qolu ilə hesabı bərabərləşdirdi. Amma oyunun 117-ci dəqiqəsində Yan Kallaqandan ötürmə alan Yan Con hesabı 2–1 "Liverpul"un xeyrinə dəyişmişdir. Beləliklə, bu "Liverpul"un İngiltərə kuboku turnirində ilk qələbəsi sayılırdı.
"Liverpul"un baş məşqçisi Bill Şenkli qələbəni boyük sevinclə qeyd edirdi və bunu məşqçilik karyerasında ən böyük an kimi dəyərləndirdi. Onun "Lids"də çalışan həmkarı da "Liverpul"u matçın daha yaxşısı kimi qiymətləndirdi və növbəti mövsüm üçün daha əzmkar bir komanda olmaq üçün düzəlişlər edəcəyini bildirdi.
Finala gedən yol
redaktəLiverpul
redaktəMərhələ | Rəqiblər | Hesab |
---|---|---|
3-cü | Vest Bromviç (s) | 2–1 |
4-cü | Stokport Kauntri (e) | 1–1 |
Stokport Kauntri (s) | 2–0 | |
5-ci | Bolton Uonders (s) | 1–0 |
6-cı | Lester Siti (s) | 0–0 |
Lester Siti (e) | 1–0 | |
Y/F | Çelsi (n) | 2–0 |
"Liverpul" turnirə üçüncü mərhələdən başladı. İlk rəqib isə "Vest Bromviç" klubu idi. Səfərdə keçirilən ilk oyunda Rocer Hant "Liverpul"u önə çıxardı. Onlar üstünlüklərini 63-cü dəqiqədə Yan Conun qolu ilə daha da möhkəmləndirdilər. Oyunun 77-ci dəqiqəsində isə "Vest Bromviç" penalti vurmaq şansı qazandı. Penaltini qaçırmalarına baxmayaraq "Vest Bromviç" 3 dəqiqə sonra Ceff Astl sayəsində bir qol vurmağa nail oldu. "Vest Bromviç" ikinci qolu vura bilmədikdən sonra "Liverpul" dördüncü mərhələyə adlaya bildi.[1] "Liverpul" bu mərhələnin ilk matçını "Stokport Kauntri" komandasına qarşı Enfild stadionunda keçirirdi. İlk matç 1–1 hesabı ilə bitdi. 18-ci dəqiqədə Len Vaytın qolundan sonra Qordon Milne hesabı bərabərləşdirə bildi.[2] Edqeley Parkda keçirilən cavab oyununda isə "Liverpul" 2–0 hesabı ilə qalib gələrək beşinci mərhələyə adladı.[3]
Beşinci mərhələdə rəqib "Bolton Uonders" klubu idi. İlk matç "Bolton"un meydanı sayılan Börnden Park stadionunda keçirilirdi. Oyunda 85 dəqiqə ərzində hesab açılmasa da sonradan Yan Kallaqan "Liverpul"u hesabda önə keçirdi. Matç 0–1 hesabı ilə "Liverpul"un xeyrinə başa çatdı və "Liverpul" altıncı mərhələyə vəsiqə qazandı.[4] Bu mərhələdə onlar Lester Siti klubu ilə qarşılaşırdılar. Filbert Street stadionunda keçirilən ilk matçda hər iki tərəfin cəhdlərinə baxmayaraq hesab açılmadı və ilk oyun 0–0 hesabı ilə başa çatdı.[5] Dörd gün sonra Enfild stadionunda baş tutmuş cavab oyunda isə 72-ci dəqiqədə Rocer Hantın qolu ilə "Liverpul" 1–0 qələbə qazandı.[6]
Yarımfinal mərhələsində Villa Park stadionunda "Liverpul"un rəqibi Londonun "Çelsi" klubu idi. Oyundan əvvəl "Liverpul"un baş məşqçisi Bill Şenkli Çelsi üçün dizayn edilmiş broşur tapmışdır ki, burada da oyunun qalibi kimi finala vəsiqə qazanan "Çelsi" klubu əks olunmuşdur. O broşuru komandanın soyunub-geyinmə otağında divara sancdı və oyunçularına dedi "O heyət bir az özünüdartan cənub oğrularıdır".[7] İlk hissə qolsuz bitsə də, "Liverpul" 63-cü dəqiqədə Piter Tompsonun qolu ilə hesabı açdı. Daha sonra Ville Stevensonun penaltidən vurduğu qolla "Liverpul" 2–0 hesabı ilə qalib gələrək adını finala yazdırmağı bacardı.[8]
Lids Yunayted
redaktəMərhələ | Rəqib | Hesab |
---|---|---|
3-cü | Sautport (e) | 5–3 |
4-cü | Everton (e) | 1–1 |
Everton (s) | 2–1 | |
5-ci | Şrevsburri Taun (e) | 2–0 |
6-cı | Kristal Pelas (s) | 3–0 |
Y/F | Mançester Yunayted (n) | 0–0 |
Mançester Yunayted (n) | 1–0 |
"Lids" turnirə 0–0 hesabı ilə üçüncü raunddan başladı. İlk rəqib isə dördüncü liqa təmsilçisi "Sautport" idi. Cimmi Qrinhoff oyunun 26-cı dəqiqəsində "Lids"i önə keçirdi. Albert Yohanneson 81-ci dəqiqədə hesabı 2–0 etdi və Terri Kuper matçın bitməsinə az vaxt qalmış hesabı "Lids"in xeyrinə 3–0 etdi. Dördüncü mərhələdə rəqib Liverpulun Everton klubu idi. Elland Rod stadionunda keçirilən ilk matç 1–1 hesabı ilə başa çatdı. İlk qolu 50-ci dəqiqədə Lids üçün Cim Storri vurmuşdur. Cavab matçı 3 gün sonra Qudison Parkda keçirildi. Don Veston və Cek Çarltonun qolları ilə 2–1 hesabı "Lids"i beşinci mərhələyə apardı.
Beşinci mərhələdə rəqib "Şrevsburri Taun" klubu idi. "Lids" Elland Rod stadionunda keçirilən oyunda Conni Qilles və Albert Yohannesonun qolları ilə 2–0 hesabı ilə qalib gəldi. Altıncı mərhələdə onların rəqibi Selherst Parkda "Kristal Pelas" klubu idi. "Lids" bu oyunda da Alan Pikokun 2 qolu və Storrinin 1 qolu ilə yekunda 3–0 hesabı ilə qələbə qazandı. Yarımfinal mərhələsində isə rəqib "Mançester Yunayted" klubu idi. Hillsboro stadionunda oynanılan ilk matçı "The Guardian" qəzeti şərh edərkən bildirmişdir ki, "Bu qızğın ilk oyunda hesab açılmadı".[9] Cavab matçı 2 gün sonra Siti Qraund stadionunda baş tutdu. Matç 89-cu dəqiqəyədək 0–0 hesabı ilə davam edirdi. Lakin Bremner hesabı "Lids"in xeyrinə dəyişməyi bacardı.[10] Bu dəyişiklik münaqişəsiz keçmədi. Final fitindən dərhal sonra yüzlərlə azarkeş meydana daxil oldu. 16 yaşlı bir Mançester azarkeşi isə oyunun baş hakimi olan Dik Vindla zərbə endirdi. Lakin sonra o, tutularaq polis bölməsinə aparıldı.[9].
Arxa plan
redaktəFinal matçı "Liverpul" tarixində üçüncü final idi. İlk dəfə onlar 1914-cü ildə finala vəsiqə əldə etmiş və finalda 1–0 hesabı ilə "Börnli" klubuna məğlub olmuşdular. 1950-ci ildə isə finalda "Arsenal" tərəfindən 2–0 hesabı ilə məğlub edilmişdilər.[10] "Lids" üçün isə bu birinci final matçı idi. Buna qədər onların kubok yarışmasında ən yaxşı nəticəsi 1949/50 mövsümündə 4/1 finala qədər gəlmələri olmuşdur ki, burada da onlar "Arsenal"a məğlub olmuşdular. Bu iki klubun çempionatdakı son oyunları isə hər 2 tərəfin qələbəsi ilə yekunlaşmışdır. İlk oyun Elland Rod stadionunda baş tutmuş və "Lids" 4–2 hesabı ilə qələbə qazanmışdır.[11] "Liverpul"da keçirilən oyunda isə "Liverpul" komandası 2–1 hesabı ilə qələbə qazanmışdır.[12]
Finaldan öncə "Liverpul" son matçını "Vulverhempton"a qarşı keçirmişdir. Bill Şenkli bu oyunda bir çox əsas oyunçulara istirahət versə də, "Liverpul" 3–1 hesabı ilə qələbə qazanmışdır. Qolları isə Ceoff Stronq, Con Seley və Alf Arrosmit vurmuşdur. Bu qələbə ilə "Liverpul" liqanı yeddinci yerdə başa vurdu.[13] "Lids" klubu isə çempionatı qalib kimi başa vura bilərdi. Lakin "Birminhem Siti" ilə oyun 3–3 hesabı ilə bitərkən əsas rəqibləri olan "Mançester Yunayted"in ehtiyatda 1 oyunu qalırdı. Üstəlik "Lids"in çempion olması üçün "Mançester" ilə aralarındakı 17 topluq fərqi aradan qaldırmalı idilər. "Mançester" son oyunda Aston Villaya 2–1 hesabı ilə məğlub olmasına baxmayaraq, aradakı top fərqinə görə çempion olmağı bacardı.[14]
"Liverpul"un baş məşqçisi Bill Şenkli finaldan öncə rəqibini dəyərləndirərkən bildirmişdir ki, "Bizim rəqibimiz qurduqları möhtəşəm kollektivlə öz gücünü sübut etmişdir. Onlar hər mövqedə ən yaxşılara sahibdir. Amma biz daha yaxşısını etməyə cəhd edəcəyik".[15] Oyun günü Bill Şenkli tıxacda qaldığı üçün matça gecikirdi. Artıq matçın təxirə salınması planlaşdırılırdı. Amma London polisinin çevik davranışı ilə yaranmış tıxac öz həllini tapdı və beləcə final oyunu təyin olunduğu vaxtda başladı.[16] Oyundan bir neçə gün öncə isə "Liverpul"un əsas oyunçularından biri yarımmüdafiəçi Qordon Milne zədələnmişdir.[17]
"Lids" klubunun oyunçusu Albert Yohanneson İngiltərə kubokunun finalında oynamış ilk qaradərili oyunçu kimi tarixə düşmüşdür.[18] Lakin meydana daxil olduqdan sonra o, radikal irqi şüarlara məruz qalmışdır."[18]
Matç
redaktəBirinci hissə
redaktəHər iki klub 4–4-2 taktiki sxemi ilə oyuna başlamışdır.[19] Oyunun artıq beşinci dəqiqəsində "Liverpul"un müdafiəçisi Qerri Brayn ilə "Lids"in kapitanı Bobbi Kollins toqquşdu və nəticədə Brayn körpücük sümüyünü sındırdı. Əvəzedilməyə icazə verilmədiyi üçün o, oyunu davam etdirdi. Bill Şenkli kimi o da zədənin ciddiliyindən xəbərsiz idi.[17] Oyunda ilk təhlükəli vəziyyət "Liverpul"un cərimə zərbəsi ilə baş tutdu. Daha sonra topu oyuna künc zərbəsindən Liverpulun kapitanı Ron Yets daxil etdi. Topa Yan Condan öncə "Lids"in qolkiperi Spreyk çatdı.[20] "Lids" Albert Yohanneson ilə növbəti hücumunu təşkil edərkən "Liverpul"un müdafiəçisi Tommi Smit tərəfindən qarşısı aliındı.[21]
"Liverpul"un növbəti hücumunda Ceoff Stronqun zərbəsini Çarlton küncə çıxardı.[22] "Lids" getdikcə özünəinamı bərpa etdi və hücumlarının birində Kollinsin hesabı açmaq üçün yaxşı imkanı yarandı. Lakin 32 metrdən endirdiyi zərbə qapıdan azca aralı keçdi.[23] Bir dəqiqə sonra "Lids" növbəti hücumunu başladı. Peoksun başla endirdiyi zərbə bu dəfə də qapıdan aralı keçdi. [24]
Oyunun 25-ci dəqiqəsində "Liverpul" növbəti hucumunu reallaşdırdı. Kallaqandan cərimə meydançası daxilinə yaxşı ötürmə verilsə də, Spreyk topu tutdu.[25] Oyun hər iki tərəfin aramsız hücumları ilə davam edirdi. Lakin getdikcə matç daha kobud bir şəkildə davam etməyə başladı. İlk hissənin bitməsinə bir dəqiqə qalmış "Liverpul" daha bir hücum həyata keçirdi. Lakin Rocer Hantın 23 metrdən vurduğu zərbə Spreyk tərəfindən qarşısı alındı.[26] Hər iki tərəfin cəhdlərinə baxmayaraq, oyunun ilk hissəsi qolsuz başa çatdı.
İkinci hissə
redaktəİkinci hissənin əvvəlində "Liverpul"un hesabı açması üçün yaxşı imkanı oldu. Lakin Hantın baş zərbəsi yenə qapıdan aralı keçdi. "Liverpul"un rəqibə təzyiqi davam edirdi. Bir neçə dəqiqə sonra St.Con boş qalan Piter Tompsonu gördü. Lakin "Lids"in qapıçısı Spreyk topun səmtini dəyişdi. Hant qarşısına düşən topa zərbə endirsə də, qapıçı bu topu tutdu.[27] "Liverpul" ikinci hissə də qol vurmaq üçün rəqibinə təzyiqini davam etdirirdi, amma Tompson və Stronqun zərbələri Spreyk tərəfindən bu dəfə də tutuldu.[27] "Lids" artan təzyiqə cavab olaraq, Yohanneson və Storri mövqelərini dəyişdilər.[27] Komandaların heç biri oyunun əsas vaxtında hesabı aça bilmədi və belə olan halda onlar əlavə vaxt oynayacaqdılar ki, bu da 1947-ci il kubok finalından sonra bir ilk idi.[17]
Əlavə vaxt
redaktəƏlavə vaxtın 3-cü dəqiqəsində "Liverpul" oyunda hesabı açdı. Qolun müəllifi Rocer Hant oldu.[28] Liverpulun hesabda irəli olması qısa çəkdi. Cəmi 7 dəqiqə sonra Lids hesabı bərabərləşdirdi. Norman Hanter topu Liverpulun cərimə meydançası daxilinə göndərdi. Çarlton topu başı ilə Bremnerə ötürdü ki, o da öz növbəsində hesabı bərabərləşdirdi. Matçın 100-cü dəqiqəsində artıq hesab 1–1 idi.[29]
"Liverpul" təzyiqini artırdı və Tompsonun zərbəsini bu dəfə Spreyk dəf etdi. Bir dəqiqə sonra Stronq "Lids"in qapısına doğru irəliləyərkən qapıçı Spreyk topu künc zərbəsinə çıxardı. Topu oyuna daxil edərkən St. Con az qala hesabı dəyişə bilərdi. Lakin onun birbaşa zərbəsi qapının üstündən keçdi.[22] Nəhayət, əlavə vaxtın bitməsinə 3 dəqiqə qalmış "Liverpul" hesabda önə keçdi. Bu dəfə St.Con "Liverpul"u hesabda irəli çıxardı: 2–1. Beləliklə, "Liverpul" tarixində ilk dəfə İngiltərə kubokunu qazanmağa müvəffəq oldu.[29].
Oyunun nəticələri
redaktə1 may 1965 15:00 |
|
Uembli, London Tamaşaçı: 100 000 Hakim: V. Klements (Birminhem) |
Liverpul
|
Lids Yunated
|
|
|
Matçın qaydaları
|
Matçdan sonra
redaktəOyundan sonra "Liverpul"un kapitanı Ron Yets Uembli stadionunda kraliça Elizabet tərəfindən mükafata layiq görüldü. Bu turnirdə "Liverpul"un ilk uğuru idi. "Liverpul"un məşqçisi Bill Şenkli bu qələbədən çox məmnun idi və bunu belə izah etdi: "Liverpul kimi bir klubun indiyə qədər bu turniri qazana bilməməsi inanılmazdır. Bir çox oyunçularımız bu kuboku qazanmağa çalışsa da, bu onlarda təəssüf ki, alınmadı. Lids üzərində qələbə inanılmaz hissdir".[30] Cerri Bernin oyunun ilk dəqiqələrində ciddi zədə almasına baxmayaraq, oyunu sona qədər davam etdirdi. Şenkli belə fədakar davranışına görə ona böyük təriflər yağdırdı: "Brayn bu gün tamamilə fantastik idi. Karyerasının ən möhtəşəm oyununu oynadı".[19]
Final matçı media tərəfindən sərt tənqid edildi. Ken Cones "The Mirror" qəzetində yazırdı: "Yorğunluq səbəbindən oyunda intizam çox aşağı düşmüşdü. Zədələr əzmkarlıq istəyinin qarşısını alırdı. Cansıxıcı oyunda Lidsdən Albert Yohanneson "Liverpul"dan isə Piter Tompson potensialından aşağı çıxış etdilər."[31] "The Times" qəzeti isə daha yumşaq formada oyunu tənqid etdi.[32]
Oyundan sonra Şenklinin "Lids"in uğursuz çıxışı barədə verilən suala isə cavabı belə olmuşdur: "Uğursuz? Çempionatda ikincilik. Kubokun finalçısı. 90 faiz məşqçilər belə uğursuzluğu sadəcə arzu edərdi.[33] Lidsin baş məşqçisi Dov Revi məğlubiyyət üzündən üzgün idi. Məğlubiyyətə baxmayaraq, oyunçularını tərifləyirdi. "Şübhəsizdir ki, daha yaxşı tərəf qalib gəldi, amma məndən savayı yoldaşların hamısı coşqulu oyun nümayiş etdirdilər".[19] O etiraf edirdi ki, hər iki turnirdə ikinci olmaq üzücüdür. Amma biz gözəl bir mövsüm keçirdik. Belə komandada işləməyimə məmnunam. Kapitan Kollins də onun sözlərinə qoşularaq bildirdi: "Biz gözəl bir mövsüm keçirtdik, amma hər iki yarışı məğlub bitirdik. Növbəti mövsüm daha yaxşı olacağını düşünürəm".[34]
"Liverpul"u doğma şəhərində təxminən yarım milyon azarkeş qarşıladı. Klub nümayəndələrini aparan avtobus şəhərin mərkəzindən əsas meydana qədər davam etdi. [35] Finaldan 3 gün sonra isə "Liverpul" Çempionlar liqasının ilk yarımfinal oyunu çərçivəsində İtaliyanın İnternasional klubu ilə qarşılaşdı. İlk matçda "Liverpul" 3–1 hesabı ilə qalib gəlsə də, cavab qarşılaşmasında San Siroda 3–0 hesabı ilə məğlub oldu. Yekunda 4–3 hesabı ilə məğlub olan "Liverpul" finaldan kənarda qaldı.[36]
İstinadlar
redaktə- ↑ Yates, Horace. "Up and Over the First Hurdle Go Liverpool". Liverpool Daily Post. 10 January 1965.
- ↑ Edwards, Leslie. "Stockport Lead – Then Hold On For A Shock Replay". Liverpool Daily Post. 31 January 1965.
- ↑ "Liverpool soon exert their authority". The Times. London. 4 February 1965.
- ↑ "Moment of joy and confusion". Liverpool Echo. 21 February 1965.
- ↑ McGhee, Frank. "Nightmare that almost ended Wembley dream". Liverpool Echo. 6 March 1965.
- ↑ Ellis, Mike. "Anfield message – Kop for Cup". Liverpool Echo. 11 March 1965.
- ↑ Murray, Scott. "The Joy of Six: great Chelsea v Liverpool moments and matches". The Guardian. London. 4 February 2011. 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2016.
- ↑ Charters, Michael. "Wembley here we come". Liverpool Echo. 27 March 1965.
- ↑ 1 2 Hackett, Robin. "First XI: The long story of Manchester United – Leeds United rivalry". ESPN. 22 September 2011. 27 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
- ↑ 1 2 Wobschall, Leon. "The momentous day United secured their first trip to Wembley". Yorkshire Evening Post. 31 March 2015. 15 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
- ↑ Yates, Horace. "Champions humbled by a slick-moving Leeds". Liverpool Echo. 22 August 1964.
- ↑ Horridge, Dave. "A present for Boss – from Kop hero". Daily Mirror. London. 3 September 1964.
- ↑ Charters, Michael. "Shankly's reserves shatter Wolves". Liverpool Echo. 27 April 1965.
- ↑ "Golden years:The tale of Manchester United's 20 titles". BBC Sport. 22 April 2013. 20 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
- ↑ Wilson, 2013. səh. 72
- ↑ Wilson, 2013. səh. 75–76
- ↑ 1 2 3 Kelly, 1988. səh. 69
- ↑ 1 2 McCourt, Ian. "Albert Johanneson: first black player to play in the FA Cup final". The Guardian. London. 28 May 2015. 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
- ↑ 1 2 3 Jones, Don; Drury, Reg. "Bryne and Milne both out". News of The World. London. 2 May 1965.
- ↑ Wilson, 2013. səh. 86
- ↑ Wilson, 2013. səh. 88
- ↑ 1 2 Edwards, Leslie. "Ee – Aye – Addio, The Reds Have Won The Cup". Liverpool Daily Post. 2 May 1965.
- ↑ Wilson, 2013. səh. 94
- ↑ Wilson, 2013. səh. 93
- ↑ Wilson, 2013. səh. 96–97
- ↑ Wilson, 2013. səh. 98
- ↑ 1 2 3 Wilson, 2013. səh. 105
- ↑ Yates, Horace. "After 70 years of endeavour, Liverpool have written a glittering new page in their history". Liverpool Echo. 2 May 1965.
- ↑ 1 2 Hoby, Alan. "A jewel of a ball – it was the beginning of the end". Daily Express. London. 2 May 1965.
- ↑ Wilson, 2013. səh. 110
- ↑ Wilson, 2013. səh. 111–112
- ↑ Wilson, 2013. səh. 112–113
- ↑ Hutchings, Nawrat, 1995. səh. 64
- ↑ Holmes, Ken. "Bryne–Injured Hero of Liverpool". News of the World. London. 2 May 1965.
- ↑ Kelly, 1988. səh. 72
- ↑ Wilson, 2013. səh. 113–114
Ədəbiyyat
redaktə- Hutchings, Steve; Nawrat, Chris. The Sunday Times Illustrated History of Football: The Post-War Years. London: Chancellor Press. 1995. ISBN 1-85153-014-2.
- Kelli, Stiven F. The Official Illustrated History of Liverpool FC: You'll Never Walk Alone. Queen Anne Press. 1988. ISBN 0-356-19594-5.
- Vilson, Conatan. The Anatomy of Liverpool: A History in Ten Matches. London: Orion. 2013. ISBN 978-1-4091-2692-8.