Insan Resurslari - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İnsan resursları — təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir. İnsan istehsal prosesinin ayrılmaz hissəsi olmaqla yanaşı, eyni zamanda onun hədəfidir. İnsan resursları termini təşkilatın daxili və xarici insan potensialından yararlana biləcəyi bütün insanları ifadə edir, yəni birinci rəhbərdən tutmuş ən aşağı vəzifədə çalışan işçiləri və potensialları əhatə edir.
İnsan resurslarının idarə edilməsi
redaktəİnsan resurslarının idarə edilməsi -iş yerində insana yönəlmiş bütün fəaliyyətləri əhatə etməklə, müəssisə daxilində insan qüvvəsinə olan ehtiyacın planlaması, iş analizlərinin aparılması və hüquq və öhdəliklərin müəyyənləşdirilməsi, namizədlərin cəlbi, seçimi və yerləşdirilməsi, işçilərin təlim və inkişaf etdirilməsi, performansın ölçülməsi, karyeranın idarə olunması, mükafatlandırma sistemi, nizam-intizam, sosial-mədəni fəaliyyətlər kimi funksiyaları özündə cəmləyir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyət insanı əsas tutmasıdır. Lakin, bu təşkilatın məqsədlərinin əsas olmadığı mənasını vermir. Bu yanaşma, insanın iş yerinin dəyərini mənimsəməsi, xoşbəxt və təmin olunmuş bir həyat sürməsinin işin məhsuldarlığına da təsir edəcəyini göstərir.
Mənbə
redaktə- İlhami Fındıkçı, İnsan kaynakları yönetimi, I Baskı, 1999, ss. 23–24.