Iohann Altuzi - Wikipedia
İohann Altuzi (alm. Johannes Althusius) (1557–1638)[1] Alman filosofu, ilahiyyatçısı.
İohann Altuzi | |
---|---|
alm. Johannes Althusius | |
| |
Doğum tarixi | |
Doğum yeri | Almaniya |
Vəfat tarixi | |
Vəfat yeri | Almaniya |
Milliyyəti | Alman |
Təhsili |
|
Fəaliyyəti | ilahiyyatçı filosof |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFəlsəfəsi
redaktəİohann Altuzi elə bir müqavilə nəzəriyyəsini təklif etdi ki, o, dinə deyil, müxtəlif ictimai birliklərin mövcudluğuna əsaslanmış olsun.Bu nəzəriyyədə müqavilə anlayışı həm müxtəlif sosial qruplar arasındakı, həm də, hökmdarlar və təbəələr arasındakı qarşılıqlı əlaqələrin izahı üçün tətbiq edilir. Müxtəlif birliklər - ailə, gildiya, yerli icma, əyalət, millət – müxtəlif vəzifələrə malikdirlər və müxtəlif razılaşmalara uyğun olaraq qurulurlar. Ali hakimiyyət həmişə xalqa yəni, fərdlərə deyil, iyerarxik olaraq qaydaya salınmış ictimai üzvi birliklərə - ailədən dövlətə kimi - məxsusdur.
Kral və dövlət xidmətçiləri xalqdan hakimiyyəti o şərtlə alırlar ki, onlar müqavilənin özlərinə aid hissələrini yerinə yetirirlər. Bu Altuziyə izah etməyə imkan verir ki, ali hakimiyyətin həmişə xalqa məxsus olmasına baxmayaraq, kral və bürokratiya inzibati hakimiyyətə əslində hansı yolla malik olurlar. Hər bir şey spesifik dini anlayışlarla deyil, sosial qruplar arasında olan razılaşma, müqavilə ilə izah edilir.
Müstəqil milli dövlətlərin yaranmasından sonra, onların qarşılıqlı münasibətləri barədə məsələ meydana çıxdı. Bu qarşılıqlı münasibətləri nizama sala bilən hər hansı bir təsisat yox idi. Bundan da daha çox deyilsə, milli dövlətlərdə mövcud olan hüquqi təlimlər belə bir fikrə əsaslanırdı ki, qanunlar milli kral tərəfindən yaradılır və onlar deməli ki, yalnız onun dövlətinə tətbiq oluna bilər.
İstinadlar
redaktə- ↑ Encyclopædia Britannica, "Britannica-JohannesA Johannes Althusius Arxivləşdirilib 2007-11-14 at the Wayback Machine"