Iosif Yesman - Wikipedia
İosif Qavriloviç Yesman (1 dekabr 1868, Vileyka[d], Vilen quberniyası[d] – 30 iyun 1955, Bakı) — Hidravlika sahəsində görkəmli sovet alimi, Azərbaycan SSR EA-nın akademiki (1945), Əmək Qəhrəmanı (1937)[1][2], texnika elmləri doktoru (1933), professor (1933), Azərbaycan SSR Əməkdar elm xadimi (1927).[3]
İosif Yesman | |
---|---|
Doğum tarixi | 1 dekabr 1868 |
Doğum yeri |
|
Vəfat tarixi | 30 iyun 1955 (86 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | hidravlika |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
İş yeri | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİosif Yesman 1 dekabr 1868-ci ildə Belarusiyanın Vileyka şəhərində anadan olmuşdur. Ali təhsilini 1892-ci ildə Sant-Peterburq Texnoloji İnstitutunun Mexanika şöbəsində almışdır.[3]
Akademik fəaliyyəti
redaktəİosif Yesman adyunkt elmi dərəcəsini 1913-cü ildə, elmlər doktoru elmi dərəcəsini və professor elmi adını 1933-cü ildə almışdır. Azərbaycan EA-nın ilk 15 təsisçisindən biri olan İosif Yesman 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika-texnika elmləri və neft bölməsi üzrə həqiqi üzvü (akademik) seçilmişdir.[3][4]
Yesmanın elmi işləri, əsasən, hidravlika və hidromaşınqayırmaya, porşenli və mərkəzdənqaşma nasoslarının nəzəriyyə və hesablamalarına həsr olunmuşdur. Bir çox SES-lərin layihələndirilməsində iştirak etmişdir. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur.[3]
Əmək fəaliyyəti
redaktəİosif Yesman 1914-1917-ci ildə Peterburq Politexnik İnstitunda professor, dekan, 1919–1922-ci illərdə Vladiqafqaz Politexnik İnstitunun rektoru vəzifəsini icra etmişdir. 1922-1924-cü illərdə Azərbaycan Politexnik İnstitutunda professor, kafedra müdiri olmuşdur.[3]
1924-1953-cü illərdə "Azneft"in məsləhətçisi olan İosif Yesman 1926-1929-cu illərdə Azərbaycan SSR Dövlət Elmi Şurasının üzvü, 1928-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun rektoru kimi fəaliyyət göstərmişdir. 1928-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun üzvü, 1932-1935-ci illərdə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin sektorunun müdiri vəzifəsini icra etmişdir.[3]
İosif Yesman 1935-1945-ci illərdə SSRİ EA Azərbaycan filialında Energetika sektorunun müdiri, 1945–1955-ci illərdə Azərbaycan SSR EA-nın Energetika İnstitutunun direktoru,[5] 1945-1950-ci illərdə AEA Fizika-Texnika elmləri və Neft bölməsinin sədri vəzifələrində çalışmışdır.[3]
1943-cü ildə Yesmanın 75 illiyi və elmi-texniki fəaliyyətinin 50 illiyi ilə bağlı olaraq Azərbaycan SSR EA Energetika İnstitutuna onun adı verilmişdir.[6]
Mükafatları
redaktəİosif Yesman 1953-cü ildə Lenin ordeni, 1941-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı ulduz" ordeni və "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif edilmişdir. Eyni zamanda 1927-ci ildə "Əməkdar elmi xadimi", 1937-ci ildə "Əmək qəhrəmanı" fəxri adlarına layiq görülmüşdür.[3]
İstinadlar
redaktə- ↑ И. Г. Есьман. Библиография, Б., 1969. səh. 32
- ↑ "Arxivlənmiş surət". 2014-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
- ↑ 1 2 3 4 5 6 7 8 "Yesman Iosif Qavriloviç" (Azərbaycan). science.gov.az. 18-09-2021 tarixində arxivləşdirilib.
- ↑ И. Г. Есьман. Библиография, Б., 1969. səh. 13–14
- ↑ Azərb. Sovet Ensiklopediyası, V cild, səh. 135
- ↑ И. Г. Есьман. Библиография, Б., 1969. səh. 13–14