Iqtisadi Cografiya - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
M. V. Lomonosov iqtisadi coğrafiya terminini ilk dəfə olaraq elmə gətirmişdir.
Yaranması
redaktəXVIII əsrdə Rusiyada coğrafiyanın inkişafında alimlərin xüsusi əməyi olmuşdur. Əldə edilmış məlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M. V. Lomonosov (1711–1765) "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbbəb oldu. Bu termini ilk dəfə Lomonosov işlətmışdir. O, həmçının Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir.
İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır. M. V. Lomonosov bu elmin inkişafının zəruriliyini göstərmiş və onun əsas istiqamətlərini vermişdir. Rusiyada iqtisadi coğrafiyanın yarandığı gündən təsərrüfatın ixtisaslaşmasının, coğrafi bölgələşmənin, ərazı əmək bölgüsüsnün tədqiqinə daha böyük yer verilmişdir.
İnkişafı
redaktəXX əsrin 20-ci illərindən başlayaraq keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda iqtisadi və sosial coğrafiyanın inkişafında N. N. Baranski (1881–1963), M. N. Vəliyev (1896–1943), İ. A. Vitver (1891–1966), İ. M. Mayerqoyz (1908–1975), H. B. Əliyev (1900–1982), Ə. M. Hacızadə (1920–1991), V. P. Maksakovski və başqalarının böyük xidmətləri olmuşdur.
Müasir iqtisadi və sosial coğrafiya ətraf mühitin cəmiyyətlə qarşılıqlı əlaqəsi, cəmiyyətin ərazi təşkili barədə elmdir. Bu elm həm ətraf mühiti, həm də onunla qarşılıqlı əlaqədə olan cəmiyyət problemlərini birlikdə tədqiq edir.
Mənbə
redaktəAMEA, akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işcisi, i.e.n.- Eminov Z. N. , Bakı şəhəri, H. Əliyev adına liseyin coğrafiya müəllimi, c.e.n.- Səmədov Q. M., "COĞRAFİYA ENSİKLOPEDİYASI", 2012-ci il.