Irevan Soyqirimi 1918 1920 - Wikipedia
Bu məqalə Ermənistan–Azərbaycan müharibəsi (1918–1920) zamanı etnik təmizləmələr və qırğınlar ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Birinci Dünya müharibəsinin bitməsindən sonrakı, Ermənistan-Azərbaycan müharibəsi (1918-1920) və Rusiya Vətəndaş Müharibəsi zamanı azərbaycanlılarla ermənilər arasında münaqişə davam etməkdə idi. Nəticədə İrəvan quberniyasının əsasını Azərbaycan türkləri təşkil edən müsəlman əhalisinin çoxu öz yerlərini tərk etməyə məcbur olmuşdu. Bu qırğınların və qaçqın düşmənin səbəbi erməni silahlı dəstələrinin və qeyri-nizamı birləşmələrin azərbaycanlılara qarşı yürütdükləri siyasət və Ermənistan hökumətinin regionu "yenidənerməniləşdirmə" layihəsini işə salması idi. 1918-ci ildən başlayaraq erməni dəstələri Zəngəzur qəzasında yaşayan minlərlə azərbaycanlını qətlə yetirməyə və ya qaçqın etməyə başladı. Onların yaşayış məskənləri "rearmenizasiya" siyasətinin həyata keçirilməsi üçün dağıdıldı. Erməni hökumətinin bu siyasəti Azərbaycan hökumətini Zəngəzurda hərbi əməliyyatlara başlamağa məcbur etdi. Nəticədə, Azərbaycan Ermənistandan gələn minlərlə qaçqını qəbul edib yenidən məskunlaşdırdı. Bu proseslər zamanı öldürülənlərin ümumi sayı akademik olaraq mübahisə qaynağı olaraq qalmaqdadır. Ermənistan müstəqilliyini əldə edənə qədər burada azərbaycanlıların və ya Azərbaycan türklərinin sayı 10 min nəfərdən çox idi. Halbuki 1897-ci ildə hələ Azərbaycan türklərinin üstünlükdə olduğu Zəngəzur istisna olmaqla, İrəvan quberniyasında 313 mindən[a] çox müsəlman yaşamaqda idi.[2][1]
Zəmin
redaktəRusiya imperiyası Cənubi Qafqazın işğalını 1828-ci ildə ikinci dəfə Qacar imperiyası üzərində qələbə qazanaraq tamamladı. Bu qələbədən sonra bölgəyə qalıcı olaraq gəldiyi qəti şəkildə bəlli olan Rusiya imperiyası özü üçün yeni inzibati vahidlər yaratmaqla birlikdə, həm dini, həm də etnik bağlar əsasında ruslara ənənəvi düşmən olan qonşu imperiyalar ilə – Osmanlı və Qacar – güclü əlaqəyə sahib yerli əhali arasında “demoqrafik mühəndisliyə” başladı. Ümumiyyətlə, Rusiya imperiyası müsəlman dünyası ilə sərhəddə xristianların məskunlaşdırılmasını özü üçün daha təhlükəsiz hesab edirdi.[3] Bu siyasət özünü doğrultmuş, təxminən Cənubi Qafqazın işğal edilməsindən keçən 80 illik müddətdən sonra çar II Nikolaya yazdığı məruzədə Qafqaz canişini Knyaz Vorontsov-Daşkov bildirirdi:[4]
Zati-aliləri xəbərdardır ki, Qafqaz bölgəsində Türkiyə ilə münasibətlərimizin tarixi boyunca, [hələ] Böyük Pyotrun dövründən rus siyasəti bizə müharibələr zamanı öz yardımları ilə cavab vermiş ermənilərə iltifata əsaslanmışdır.
XIX əsrin əvvəllərinə qədər bölgəni idarə etmiş Səfəvi imperiyasının (daha sonra da Qacar imperiyası) keçirdiyi siyahıyaalmalar günümüzə qədər gəlib çatmamışdır. Qacarlar imzalanmış Türkmənçay müqaviləsinə görə əllərində olan vergi sənədlərini ruslara verməyə məcbur olsalar da, Rusiya bölgə barədə daha ətraflı məlumat əldə etmək ehtiyyacı hiss edirdi. Bunun üçün vəzifələndirilmiş İvan Şopen 1829-cu ildə statistika komandası ilə birlikdə bölgəyə gəlmiş və bölgədəki statistik göstəriciləri qeydə almışdır. Şopenin hazırladığı hesabat bölgənin[b] rus işğalından əvvəlki və sonrakı göstəriciləri barədə sahib olduğumuz yeganə etibarlı qaynaqdır (Bournoutian, 1981: 2). Şopenin apardığı hesablamalara görə bölgənin ruslar tərəfindən ələ keçirilməsinə qədər orada yaşayan müsəlmanların ümumilikdə sayı 117.849 min olmuş, lakin rus hakimiyyətinin gəlməsi ilə onların sayında 35 min azalma olmuşdur. Bu azalmanın səbəbi ənənəvi hakimiyyət dəyişdiyi üçün bölgəni tərk edən hərbi və mülki administrasiya ilə birlikdə döyüşdə öldürülənlərdir.[5]
Rusiya hakimiyyətindən əvvəlki anda bölgədə yaşayan ermənilərin sayı isə 1826-cı ilin göstəricilərinə görə, İrəvan xanlığı ərazisində cəmi 20.073, Naxçıvan xanlığı ərazisində cəmi 2.690, Ordubad ərazisində isə 2.388 nəfər təşkil etməkdə idi. Beləliklə, rus işğalına qədər gələcəkdə Erməni oblastı təşkil ediləcək bölgədə ümumilikdə 143 min insan yaşamaqda idi və onlardan yalnız 25.151 nəfəri, yəni təxminən əhalinin cəmi 21 faizi erməni idi. [6]
Qacarlarla müharibə zamanı özlərini müsəlman hakimiyyətindən qurtarmağa və rus hakimiyyəti altına keçirməyə çalışan erməni dəstələri rus ordusu tərəfindən döyüşlərdə iştirak etmişdi (Bournoutian, 2018: 20). Görünür həm ermənilərin belə xidmət etməyə həvəsli olmalarından, həm də bölgədə gələcəkdə Osmanlı və ya Qacar imperiyaları ilə yeni müharibənin meydana çıxma təhlükəsindən ehtiyyatlanan ruslar demoqrafik mühəndislikdən yararlanmaq qərarına gəlirlər. Nəticədə, Qacarlarla imzalanmış Türkmənçay müqaviləsinin XV maddəsi ilə Qacar imperiyasında yaşayan ermənilərin Arazın şimalına keçmələri, öz daşınmaz əmlaklarını satmalarına icazə verilməsi təmin edilir. Bu müqavilə imzalanan zaman Rusiya bölgədəki ənənəvi güclərdən bir digəri olan Osmanlı müharibəsi ilə müharibə vəziyyətində idi. 1829-cu ildə bu müharibə də Rusiya imperiyasının qələbəsi ilə başa çatdı və Ədirnə müqaviləsi imzalandı. Osmanlı imperiyası Rusiyanın faktiki olaraq Türkmənçay müqaviləsinin şərtlərini qəbul etdi (Tucker, 2010: 1154) Osmanlı imperiyasının məğlub olması ilə də bölgəyə ikinci bir erməni köçü dalğasının əsası qoyuldu. Beləliklə, 1832-ci ilə gəlindiyi zaman bölgədəki ermənilərin ümumilikdə sayı dəfələrlə çoxalmış və 82.377 nəfərə çatmışdır. Müsəlmanların sayı isə 1826-ci il ilə müqayisədə dramatik şəkildə azalaraq 82.073 nəfər olmuşdur. Corc Bournoutian müharibələrdən sonra bölgəyə Qacar imperiyasından 35.560, Osmanlı imperiyasından isə 21.666 nəfərin gəldiyini yazır[6], bir digər erməni müəllif Aram Arkun müharibələrdən sonra Qacar imperiyasından 45.000 nəfərin, Osmanlı imperiyasından isə 100.000 erməninin Rusiya hakimiyyəti altına köç etdiyini yazmaqdadır.[7] Tarixçi Məmmədov bunu belə dəyərləndirir:
İvan Şopenin təqdim etdiyi Erməni oblastının statistik göstəriciləri ilə bu uyğun gəlmədiyi üçün belə hesab edə bilərik ki, köç edən ermənilər Erməni oblastı ilə yanaşı, Cənubi Qafqazın digər yerlərində də məskunlaşmışdırlar. Beləliklə, bizim qənaətimizcə, Bournoutianın göstərdiyi rəqəmlər yalnız Erməni oblastına gələnlərin, Aram Arukanın göstərdikləri isə ümumilikdə Qafqaza və ya imperiyanın digər ərazilərinə gələnləri əsk etdirir. Gümanki Qafqazın və ümumiyyətlə, imperiyanın bir çox şəhərlərindəki erməni icmalarının kökünü bu yolla izah etmək mümkündür.[1]
1826-1832-ci illəri ümumiləşdirmək üçün deyə bilərik ki, 1826-cı ildə bölgə əhalisinin təxminən 80 fazini təşkil edən müsəlmanlar müharibədə öldürülmə, köçə məcbur edilmə və ya könüllü şəkildə köç etmə nəticəsində azalaraq 49.91 %-ə (Bournoutian, 2018: 20) düşərkən, qonşu imperiyalardan erməni köçünün Rusiya imperiyası tərəfindən təşviq edilməsi nəticəsində ermənilər təxminən 21 %-dən 50.09 %-ə[8] yüksəlməyi bacarmışdır.[1]
Davam edən erməni köçləri və 1897-ci il siyahıyaalması
redaktəBeləliklə, ermənilər 1826-cı ildə İrəvan xanlığının 15 mahalından yalnəz 3-də, Naxçıvan xanlığının 10 mahalından isə yalnız 1-də çoxluğa sahib olsalar da [9], Rusiya imperiyasının XIX əsr boyunca Osmanlı imperiyası ilə başladığı hər müharibədən sonra Qafqaz regionuna olan erməni köçlərinin sayının durmadan artması nəticəsində bu nisbət onların xeyrinə dəyişməyə davam etmişdir. Xüsusən Krım müharibəsi (1853-1856), 1877-1878-ci illər Rusiya-Osmanlı müharibələrindən sonra Anadolu bölgəsində yaşayan ermənilərin çoxsaylı köçü yaşanmışdı.[10][7] XIX əsrin II yarısında Anadoludakı varlı erməni gənclərinin Avropa ilə tanış olması o dönəmdə Avropada geniş yayılmış millətçiliyin bu icma daxilində intişar tapmasına yol açdı.[11] Yayılan bu millətçilik hissi Anadoluda erməni üsyanlarına səbəb oldu və üsyanlar da öz növbəsində Qafqaza doğru yeni erməni köçlərinə rəvac verdi. Bu üsyanlar Osmanlı ordusu tərəfindən yatırıldıqdan sonra üsyançı ermənilərin bir çoxu öz havadarları olan Rusiya imperiyasının ərazisinə köçmüş,[12][13], eyni zamanda da bu prosesi Qafqazdakı müsəlman əhalinin Anadoluya köçü izləmişdir.[1]
Azərbaycandan köç edən müsəlman əhali içərisində xüsusən sünnilər üstünlük təşkil edirdi. Osmanlı imperiyasının sünniliyin əsas mərkəzi hesab edilməsi, Xəlifə dövləti və Rusiyanın bölgədəki əsas düşməni olmasına görə, bölgədəki sünnilərin daha artıq təzyiq altında olmuşdur. Məsələn, natamam şəkildə olsa da, 1830-cu illərdə aparılmış hesablamaya görə Arazın şimalındakı müsəlmanlar yaşayan torpaqlarda sünnilərlə şiələrin sayı bərabər, hətta sünnilər bir qədər çox olsa da, 1848-1860-cı illərdə bölgədən güclü sünni köçü yaşanmış, nəticədə 2:1 nisbətinə şiələrin xeyrinə vəziyyət formalaşmışdır. Şimali Qafqazın Rusiya tərəfindən işğalının tamamlanmasına yaxın ərəfədə, yəni 1863-1864-cü illərdə Şimali və Cənubi Qafqazdan 220.000 insan köçmüşdür.[14] Köç edən yüz minlərlə insanın sırasına Naxçıvan, İrəvan bölgəsindən olan sünnilərdən də daxil olduğunu güman edilir.[1]
Bütün bu proseslər nəticəsində ermənilər əsrin sonlarında bir sıra yerlərdə çoxluğu təşkil etməyə başladılar. Bu Rusiya imperiyasında keçirilən ilk mərkəzləşdirilmiş siyahıyaalma olan 1897-ci il siyahıyaalmasından da görülür. Siyahıyaalmanın nəticəsi belə idi:[2]
İrəvan quberniyasının[c] qəzalarının adları | Azərbaycan türkləri | Ermənilər | Ruslar |
---|---|---|---|
İrəvan qəzası | 77.491 | 58.148 | 3.713 |
Aleksandropol qəzası | 7.832 | 141.522 | 6.836 |
Naxçıvan qəzası | 64.151 | 34.672 | 1.014 |
Yeni Bəyazid qəzası | 34.726 | 81.285 | 2.716 |
Sürməli qəzası | 41.417 | 27.075 | 1.361 |
Şərur-Dərələyəz qəzası | 51.560 | 20.726 | 0.122 |
Üçmüədzin qəzası | 35.999 | 77.572 | 0.175 |
Ümumi göstəricilər:
- Azərbaycan türkləri – 313.176
- Ermənilər – 441.000
- Ruslar – 15.937
-
İrəvan rus-müsəlman qızlar məktəbinin müəllim və şagirdləri (1902).
-
Luici Villarinin fotoşəklində XX əsrin əvvəllərində İrəvan bazarında azərbaycanlılar.
-
İrəvanlı bir qızın Rusiya imperiyasına aid açıqcada yer alan şəkli.
-
Aleksandropoldan olan azərbaycanlılar. Rusiya imperiyasına aid açıqcada yer almışdır.
1828-1897-ci ildə baş vermiş ümumi dəyişikliklər
redaktəRus işğalından qısa müddət əvvəl bölgədə yaşayan ermənilərin müsəlmanlara nisbəti cəmi 21 faiz ikən bir neçə il ərzində baş verən köçlər, yerli müsəlman əhalinin qonşu imperiyalara miqrasiyası nəticəsində dramatik şəkildə dəyişmiş və 1832-ci ildə 50.09 faizə yüksəlmişdir. Maraqlısı budur ki, ermənilərin belə sürətli şəkildə artımı XIX əsrdə demək olar ki, heç durmadan davam etmiş, Rus-Osmanlı müharibələri, ardınca da Anadoludakı erməni üsyanları nəticəsində daha da sürətlənmişdir. Beləki, 1897-ci ildə aparılmış ilk ümumrusiya mərkəzləşdirilmiş siyahıyaalmasına görə, bölgədəki erməni sayı təxminən 70 illik müddət ərzində aşağı-yuxarı 18 dəfədən çox artaraq 25.151 nəfərdən 441.000 nəfərə çatmışdır. Bu qeyri-təbii şəkildə artım nəticəsində İrəvan quberniyasının 7 qəzasının 3-də çoxluğu təşkil edə bilmiş, hətta Aleksandropol qəzasında erməni sayı türk sayının təxminən 18 qatı, Üçmüədzin qəzasında isə iki qatı olmuşdur.[1] Beləliklə, XIX əsrin ortalarında ermənilər bölgədə etnik əksəriyyəti təşkil etməyə başladılar.[16]
Qısa şəkildə ümumiləşdirsə, təxminən 70 illik rus hakimiyyəti nəticəsində keçmiş İrəvan və Naxçıvan xanlıqları bölgələrində yaşayan müsəlmanların faiz göstəriciləri təxminən 80 faizdən 37 faizə qədər geriləmişdir. Lakin proses hələ davam edirdi və gələcəkdə bu yoxolmanın daha sürətlənəcəyi dövrlər olacaqdı.[1]
Hadisələr
redaktəQarabağ münaqişəsi üzrə ixtisaslaşmış araşdırmaçı olan Tomas de Vall yazır ki, Anadoludakı erməni problemindən sonra Ermənistandakı azərbaycanlılar bunun ziyanını görməyə başladılar. O, əlavə edir ki, Ermənistan parlamentində 3 azərbaycanlı nümayəndənin olmasına baxmayaraq, onlar "türk beşinçi kolonu"nun üzvü kimi münasibət görürdülər.[17] Birinci Dünya müharibəsinin sonlarında, Azərbaycan-Ermənistan müharibəsində və Rusiya Vətəndaş müharibəsində erməni və azərbaycanlı icması bir-birlərinə qarşı münaqişə içində idilər.[18] Ermənistan Respublikasının əsas hissəsini təşkil edən İrəvan quberniyasında[19] 1919-cu ilə kimi ciddi miqdarda azərbaycanlı icması yaşamaqda idi,[20] lakin onların çoxu qısamüddət ərzində "yox edildilər".[1]
Britaniyalı jurnalist C.E. Bechhofer 1920-ci ilin aprel ayındakıə vəziyyəti təsvir edərkən bu sözləri yazır:
Gün olmur ki, erməni və tatar tərəflərinin hər ikisindən sübut edilməmiş hücumlar, qətllər, kəndlərin yandırılması və bu kimi hallarla bağlı şikayət kataloqları irəli sürülməsin. Səthi olaraq baxıldığında, vəziyyət sonu olmayan döngələr seriyasından ibarət idi. Tatar və erməni hücumları baş verir və bu hücumlara cavab hücumları edilirdi. Qorxu hər iki tərəfi yeni ifrat addıma sürükləyirdi.[21]
İrəvan qubrniyasında və Qars oblastında
redaktəTürk İstiqlaliyyət müharibəsinin lideri Ermənistana hücum etməmişdən əvvəl elan etmişdi ki, 200 kənd ermənilər tərəfindən yandırılmış və bu yerlərin 135 min sakini "yox edilmişdir".[22] Tarixçi Riçard Hovannisiyan yazır ki, 1918-1919-cu illər ərzində İrəvan quberniyasının 350 min müsəlman sakininin 1/3-ü öz kəndlərini tərk etmiş, İrəvan ətraflarında və ya keçmiş Rus-Türk sərhədi boyunca boşaldılmış erməni evlərində yaşamağa başlamışdırlar. 1919-cu ildə erməni hökuməti bütün qaçqınların öz evlərinə dönmə haqqının olduğunu elan etsə də, erməni qaçqınları tərəfindən artıq məskunlaşdırılmış müsəlman kəndlərinə bu hüquq aid edilmədi.[23] Özünün qısamüddətli hərb nazirliyi dövründə Ruben Ter-Minasyan Anadoluda yaşamış 30 min ermənini boşaldılmış müsəlman evlərinə köçürdü və nəticədə, İrəvanı (bugünkü Ararat) və Dərələyəzi erməniləşdirməyə çalışdı.[24] Ermənistandakı azərbaycanlıların münbit torpaqlarda yaşamasından narazı qalan Ter Minasyan İrəvandan kənarda, eləcə də ölkənin cənubunda 20 kənddən azərbaycanlıların təmizlənməsinə yönəlmiş azı üç kampaniya aparıb.[17] Oliver Uordrop 1919-cu ilin oktyabrında Ermənistanı gəzdiyi zaman yazırdı ki, Göyçə gölünün böyük hissəsi boyunca "ermənilər və tatarlar arasındakı daxili münaqişələrin xarabalıqları altında" boş evlər var.[25] 1919-cu ilin oktyabrında Qarsdakı müsəlman hakimiyyət orqanları 25 min qaçqının daşınması üçün Azərbaycana müraciət etmişdi.[26]
Zəngəzurda
redaktə1918-1921-ci illər boyunca erməni hərbi komandanı Andronik Ozanyan[27][28][29][30][31][32][33] və Qaragin Njde Zəngəzurun[34][35][36][37][38] "yenidənerməniləşdirilməsi" üçün xüsusi hərbi yürüşlər həyata keçirdi. Nəticədə Zəngəzurun 40-50 min Azərbaycan türkü yaşadığı yeri tərk etməyə məcbur edildi,[39][40][41][42] təxminən 10 min nəfər isə öldürüldü.[43] 12 sentyabrda yerli polis rəisindən göndərilmiş məktubda bildirilirdi ki, Urud, Dərəbas, Ağdü, Vağudi dağıdılmış, Ərikli, Şükar, Məlikli, Pulkənd, Şəki, Qızılcıq və Qarakilsənin müsəlmanlar yaşayan hissəsi, İrlik, Paxili, Dərəbas, Xot, Sisian və Zabazadur yandırılmış, 500 nəfər uşaq, qadın və kişi öldürülmüşdür.[44] Bərgüşad və Geğadzor vadilərində, Gorusun cənub-şərqində 9 kənd və 40 oba 1920-ci ilin yanvarında yox edilmiş və sakinləri öldürülmüşdür.[45]
Andronik və Njde tərəfindən Zəngəzurda dağıdılmış müsəlman yaşayış məskəninin sayı müxtəlif cür təqdim edilmişdir. Bəziləri 24,[40] bəziləri 49 (9 kənd və 40 oba)[45] və ya 115 rəqəmini göstərməkdədir.[46][42] Azərbaycan tərəfindən 1919-cu ilin sonlarında Zəngəzura qarşı hərbi yürüşünə səbəb kimi bu yaşayış məntəqələrinin dağıdılması və yerli ermənilərin müsəlman çobanların sürülərini Zəngəzura aparmasına məhdudiyyət qoyması göstərilirdi.[40] Mark Leveneyə görə, 1918-ci ilin may ayından etibarən Andranikin başçılıq etdiyi erməni birləşmələrinin başlatdığı qətliam nəticəsində 250 müsəlman kəndi yandırılmışdır.[47]
İtkilər və qaçqın düşmü insanlar
redaktəBölgə | Dağıdılmış yaşayış məskənlərinin sayı | Qaçqın düşmüş insanların sayı | Öldürülmüş insanların sayı |
---|---|---|---|
İrəvan quberniyası | 135,000[48] | ||
Sürməli qəzası | 24[49]–38[50] | 40,000[50] | |
Qars oblastı | 10,000[51] | ||
Zəngəzur qəzası | 49[45]–115[42] | 40,000[40]–50,000[42] | 10,000[43] |
TOTAL | 73–153 | 225,000–235,000 | 10,000 |
Nəticə
redaktə1920-ci ildə Ermənistanın sovetləşdirilməsindən sonra cəmi "10 mindən bir qədər çox Azərbaycan türkü Ermənistanın sərhədləri daxilində" qalmaqda idi.[52] 1922-ci ildə həyata keçirilmiş Sovet kənd təsərrüfatı siyahısına görə, keçən iki il ərzində 60 min qaçqın öz torpağına geri dönmüş və onların birlikdə sayı 72-596-77.767 nəfərə çatmışdır.[52][53] 1920-ci ilin aprelində İrəvan arxiyepiskopu I Xoren demişdi:
Etiraf edim ki, bir neçə tatar kəndi... əziyyət çəkib... amma, hər dəfə... onlar işğalçı olub, ya faktiki olaraq bizə hücum ediblər, ya da Azərbaycan agentləri və rəsmi nümayəndələri tərəfindən təşkil olunub, erməni hökumətinə qarşı qalxıblar.[24]
Azərbaycan Xalq Cümhuriyyəti İrəvanın cənubunda yaşayan 70-80 min müsəlman qaçqına (bunlardan 50 mini qışda yardımdan asılı idi) kömək məqsədilə külli miqdarda vəsait köçürmüşdü. Bildirilir ki, 1919-1920-ci ildə İrəvanda 13 min, Ermənistanın digər yerləində isə 50 min müsəlman yaşamaqda idi. Lakin Ermənistan sovetləşən zaman onların sayı cəmi 10 min nəfərə düşmüşdü. Ermənistanın şimalında cənubu ilə müqayisədə Azərbaycan türkləri nisbətən daha uyğun şəraitdə yaşamaqda idilər. Ermənistandan Azərbaycana qaçan 40 min şəxsi Azərbaycan hökumətinin ayırdığı 69 milyon rubl hesabına yenidən öz torpaqlarına köçürülmüşdü.[26]
Qeydlər
redaktə- ↑ 64.151-i Naxçıvan qəzasında yaşamaqda idi və Ermənistan sərhədlərindən kənarda yerləşirdi.[1][2]
- ↑ Bölgə dedikdə İrəvan, Naxçıvan xanlıqlarının əraziləri ilə birlikdə İğdır da nəzərdə tutulur. Bu üç bölgə 1828-ci ildə Erməni oblastı adı ilə təşkil edilmiş və 1840-cı ilə qədər fəaliyyət göstərmişdir.
- ↑ rəvan quberniyasına daxil olmayan Zəngəzur qəzası bu siyahıya daxil deyildir. Qeyd edək ki, ermənilərin intensiv şəkildə köçürüldüyü Zəngəzur bölgəsi 1747-ci ildən Qarabağ xanlığının ərazisi olmuş, Qarabağ xanlığı ləğv edildikdən sonra Şamaxı (daha sonra Bakı) quberniyasının ərazisinə daxil edilmişdir. 1868-ci ildə Yelizavetpol quberniyasının təşkil edilməsi ilə birlikdə Zəngəzur qəzası da təşkil edilmiş və bu quberniyanın tabeliyinə verilmişdir.[15]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 Məmmədov, 2023
- ↑ 1 2 3 Altstadt, 1992. səh. 30
- ↑ Gachechiladze, 1995. səh. 28
- ↑ Swietochowski, 1985. səh. 43
- ↑ Bournoutian, 1981. səh. 3-4
- ↑ 1 2 Bournoutian, 1981. səh. 12
- ↑ 1 2 Arkun, 2005. səh. 66
- ↑ Bournoutian, 2018. səh. 20
- ↑ Bournoutian, 2018. səh. 19-20
- ↑ Bournoutian, 2018. səh. 13
- ↑ Kazemzadeh, 1951. səh. 8
- ↑ İpek, 1995. səh. 261
- ↑ Özkan, 2020. səh. 283
- ↑ Swietochowski, 1985. səh. 199
- ↑ Масальский, 1894. səh. 222-223
- ↑ Herzig & Kurkchiyan, 2005. səh. 66
- ↑ 1 2 de Waal, 2015. səh. 75
- ↑ Kaufman, 2001. səh. 58
- ↑ Herzig və Kurkchiyan, 2005. səh. 110
- ↑ Bournoutian, 2015. səh. 33
- ↑ Roberts, Carl Eric Bechhofer. In Denikin's Russia And The Caucasus, 1919-1920: Being A Record Of A Journey To South Russia, The Crimea, Armenia, Georgia, And Baku In 1919 And 1920 (English). Franklin Classics. 2018-10-16. 283. ISBN 978-0-343-44575-1.
- ↑ Hovannisian, 1996b. səh. 247
- ↑ Hovannisian, 1982. səh. 178
- ↑ 1 2 Bloxham, 2005. səh. 105
- ↑ Lieberman, 2013. səh. 136
- ↑ 1 2 Hovannisian, 1982. səh. 182
- ↑ de Waal, 2003. səh. 127–129
- ↑ Arslanian, 1980. səh. 93
- ↑ Namig, 2015. səh. 240
- ↑ Gerwarth və Horne, 2012. səh. 179
- ↑ Hovannisian, 1971. səh. 87
- ↑ Hovannisian, 1982. səh. 207
- ↑ Leupold, 2020. səh. 24
- ↑ Broers, 2019. səh. 4
- ↑ Chorbajian, Levon; Donabedian, Patrick; Mutafian, Claude. The Caucasian Knot: The History & Geopolitics of Nagorno-Karabagh (English). London. 1994. ISBN 978-1-85649-287-4. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
...it is undeniable that if Zangezur has since been an integral part of Soviet Armenia, it was Nzhdehwho made it possible. Following Andranik, he successfully implemented a 're-Armenianization' of the region...
- ↑ Chorbajian, 1994. səh. 134
- ↑ Zakharov, 2017. səh. 105–106
- ↑ Ovsepyan, 2001. səh. 224
- ↑ de Waal, 2003. səh. 80
- ↑ 1 2 3 4 Hovannisian, 1982. səh. 213
- ↑ Mammadov və Musayev, 2008. səh. 33
- ↑ 1 2 3 4 Balayev, 1990. səh. 43
- ↑ 1 2 Coyle, 2021. səh. 49
- ↑ Buldakov, 2010. səh. 893–894
- ↑ 1 2 3 Hovannisian, 1982. səh. 239
- ↑ Mammadov, Musayev, 2008. səh. 33
- ↑ Levene, 2013. səh. 217
- ↑ Hovannisian, 1996b. səh. 147
- ↑ Hovannisian, 1982. səh. 106
- ↑ 1 2 Chmaïvsky, 1919. səh. 8
- ↑ Hovannisian, 1996a. səh. 122
- ↑ 1 2 Korkotyan, 1932. səh. 184
- ↑ Korkotyan, 1932. səh. 167
Mənbə
redaktə- Spencer Tucker. A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East. ABC-CLIO. 2010.
- R. Gachechiladze. The New Georgia; Space, Society, Politics. UCL Press. 1995.
- George Bournoutian. Armenia and Imperial Decline: The Yerevan Province, 1900-1914. Routledge. 2018.
- George Bournoutian. The Population of Persian Armenia Prior To and Immediately Following Its Annexation to the Russian Empire: 1826-1832. Conference on “Nationalism and Social Change in Transcaucasia. 1981.
- İpek Nedim. Anadolu’dan Amerika’ya Ermeni Göçü. Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi, 6(6). 1995. 257–280.
- S. H. Özkan. Reasons for Migration of Armenians in the Ottoman Empire before 1915. African and Asian Studies, 20(1). 2020. 282–305.
- A. Arkun. Into the modern age, 1800-1913. Routledge. (Red. Herzig, E. və Kurkchiyan, M.) “The Armenians: Past and Present in the Making of National Identity”. 2005.
- В. И. Масальский (1894). Зангезурский уезд. Энциклопедический словарь Брокгауза и Ефрона. Зангезурский уезд. Энциклопедический словарь Брокгауза и Ефрона. 1894.
- Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press. 1985.
- Audrey L. Altstadt. The Azerbaijani Turks: Power and Identity under Russian Rule. Hoover Institution Pess. 1992.
- Firuz Kazemzadeh. The Struggle for Transcaucasia (1917-1921). Philosophical Library. 1951.
- Thomas de Waal. Black Garden: Armenia and Azerbaijan Through Peace and War. New York: New York University Press. 2003. ISBN 978-0814719459.
- Edmund Herzig; Marina Kurkchiyan. The Armenians: Past and Present in the Making of National Identity. London: Routledge. 2005. ISBN 0-203-00493-0.
- Stuart J. Kaufman. Modern Hatreds: The Symbolic Politics of Ethnic War. Cornell University Press. 2001. ISBN 978-0-8014-8736-1.
- George Bournoutian. Demographic Changes in the Southwest Caucasus, 1604–1830: The Case of Historical Eastern Armenia. Amsterdam: Forum of Ethno GeoPolitics 3 (2). 2015. ISBN 2352-3654.
- Richard G. Hovannisian. Armenia on the Road to Independence, 1918. Berkeley: University of California Press. 1967. ISBN 978-0520005747.
- Richard G. Hovannisian. The Republic of Armenia: The First Year, 1918–1919. 1. Berkeley: University of California Press. 1971. ISBN 978-0520019843.
- Richard G. Hovannisian. The Republic of Armenia: From Versailles to London, 1919–1920. 2. Berkeley: University of California Press. 1982. ISBN 978-0520041868.
- Richard G. Hovannisian. The Republic of Armenia: From London to Sèvres, February–August 1920. 3. Berkeley: University of California Press. 1996a. ISBN 978-0520088030.
- Richard G. Hovannisian. The Republic of Armenia: Between Crescent and Sickle: Partition and Sovietization. 4. Berkeley: University of California Press. 1996b. ISBN 978-0520088047.
- Donald Bloxham. The Great Game of Genocide: Imperialism, Nationalism, and the Destruction of the Ottoman Armenians. Oxford: Oxford University Press. 2005. ISBN 0-19-927356-1.
- Benjamin Lieberman. Terrible Fate: Ethnic Cleansing in the Making of Modern Europe. Lanham: Rowman & Littlefield. 2013.
- Artin H. Arslanian. Britain and the question of Mountainous Karabagh. Middle Eastern Studies. 16 (1). 1980. 92–104. ISBN 0026-3206.
- Sadiqova Sayyara Namig. Unforgettable Azerbaijani painter Huseyn Aliyev. Problemy Sovremennoy Nauki I Obrazovaniya 12 (42). 2015. ISBN 2304-2338.
- Gerwarth Robert; John Horne, eds. War in Peace: Paramilitary Violence in Europe after the Great War. Oxford: Oxford University Press. 2012. ISBN 9780191626531. ([[:Category:|link]])[[Category:]]
- David Leupold. Embattled Dreamlands: the Politics of Contesting Armenian, Kurdish and Turkish Memory. New York. 2020. ISBN 978-0-429-34415-2.
- Laurence Broers. Armenia and Azerbaijan: Anatomy of a Rivalry. Edinburgh, UK. 2019. ISBN 978-1-4744-5054-6.
- Levon Chorbajian. The Caucasian Knot: The History & Geopolitics of Nagorno-Karabagh. London: Atlantic Highlands, NJ. 1994. ISBN 1-85649-287-7.
- Nikolay Zakharov. Post-Soviet Racisms. Leeds, UK:: Palgrave Macmillan. Law, Ian (ed.). 2017. ISBN 978-1-137-47692-0.
- John Wright. Transcaucasian Boundaries. New York: Taylor & Francis. 2003. ISBN 978-0805079326.
- Nataliya G. Volkova. Кавказский этнографический сборник (PDF). 4. Moscow: Nauka. Gardanov, V. K. (ed.). 1969.
- Arthur Tsutsiev. Atlas of the Ethno-Political History of the Caucasus (PDF). New Haven: Yale University Press. Translated by Nora Seligman Favorov. 2014. ISBN 9780300153088.
- Vache Ovsepyan. Гарегин Нжде и КГБ [Qaregin Njde və KGB]. Yerevan. 2001.
- Ilgar Mammadov; Tofik Musayev. Армяно-азербайджанский конфликт: История, Право, Посредничество [Erməni-Azərbaycanlı münaqişəsi: Tarix, Hüquq, Vasitəçilik]. 2008.
- Mark Levene. Devastation: The European Rimlands 1912–1938. 1. Oxford University Press. 2013. ISBN 9780191505546.
- Zaven Korkotyan. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) [Son əsrdəSovet Ermənistanının əhalisi (1831–1931)] (PDF). Yerevan: Pethrat. 1932.
- Thomas de Waal. Great Catastrophe: Armenians and Turks in the Shadow of Genocide. Oxford: Oxford University Press. 2015. ISBN 978-0-19-935070-4.
- James J. Coyle. Russia's Interventions in Ethnic Conflicts: The Case of Armenia and Azerbaijan. Cham: Springer International Publishing. 2021. ISBN 978-3-030-59572-2.
- Imprimerie H. Chmaïvsky. L'Etat du Sud-Ouest du Caucase [Cənub-qərbi Qafqaz dövləti]. Batoum: le Comité central pour la défense des intérêts de la population du Sud-Ouest. 1919.
- V. P. Buldakov. Хаос и этнос. Этнические конфликты в России, 1917-1918 гг [Xaous və etnos: Rusiyada etnik konfliktlər, 1917–1918]. Moscow: Novy khronograf. 2010. ISBN 978-5-94881-160-4.
- Aydyn Balayev. Азербайджанское национально-демократическое движение 1917-1929 гг [Azərbaycan milli-demokratik hərəkatı (1917–1929)]. Bakı. 1990.
- Qulamhüseyn Məmmədov. Bir yoxolma prosesi – İrəvan və Naxçıvanda Azərbaycan türkləri (1826-1991). Milliyyət Araşdırmalar Mərkəzi. 2023.