Iran Teqvimi - Wikipedia
Iran Teqvimi - Wikipedia - Haqqında Məlumat
Hicri-şəmsi təqvimi (fars. تقویم هجری شمسی؛ سالنمای هجری خورشیدی) — İranda və Əfqanıstanda rəsmi təqvim olaraq istifadə edilən astronomik günəş təqvimi. Təqvim Ömər Xəyyamın iştirakı ilə hazırlanmışdır və müasir dövrə qədər bir neçə dəfə üzərində dəqiqləşdirilmə aparılmışdır.
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi |
|||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Təqvimdə tarix hicrətdən (Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə köçməsi) hesablanır, amma klassik islam təqvimi olan hicri-qəməri təqvimindən fərqli olaraq İran təqvimi günəş (tropik) ilinə əsaslanır. Ona görə də onun ayları ilin həmişə eyni zamanlarına dəng gəlir. İlin başlanğıcı yaz gecə-gündüz bərabərliyi günü hesab olunur (Novruz bayramı).