Iraqlilar - Wikipedia
İraqlılar (ərəb. العراقيون ; Irāqīyūn) — İraqın yerli əhalisi[1]. Ümumi saylarıə 31 milyon nəfərdir. Onlar həmçinin İran, Suriya, ABŞ və Avropa ölkələrində yaşayırlar. Əsasən Ərəb dilinin müxtəlif dialektləridə və Assuriya dilində danışırlar. Əhalinin 95 % müsəlmandır.
Özünüadlandırma |
---|
العراقيون |
Ümumi sayı |
50 milyon |
Dili |
Dini |
Qohum xalqlar |
Livanlılar • İordaniyalılar • Fələstinli • Ərəblər • Yəhudilər • Assuriyalılar • Mərakeşlilər |
Tarixi
redaktəTarixən Dəclə və fərzt çayları arasında yerləşən Mesapotomiya adlı ərazidə ilk sivilisasiyalar yaranmışdır. Şumer, Akkad, Babilistan və Assuriya kimi dövlətlər bu ərazidə formalaşmışdır. B.e.ə. VI əsrdən İraq farsların əsarətinə düşür. Bir müddət Əhəmənilər, Makedoniya imperiyası, Selevkilər, Parfiyalılar, Sasanilər və Ərəb Xilafətinin tərkibində olmuşdur. Yerli əhalinin dili daima dəşiyişlərə uğramışdır. B.e.ə IV minillikdən b.e.ə XX əsrə qədər burada şumer dili işlədilmişdir. Sonradan b.e.ə XX əsrdən b.e II əsrinə qədər akkad dili işlənmişdir. II- VII əsrlərdə Mesapoaramey dili yayılmışdır. VII əsrdən günümüzə kimi iosə dominat dil ərəb dilidir.
Genetika
redaktəMüeasir genetik araşdırmalar onu göstərmişdir ki, müasir iraqlılar qəddim mesapotomiya xalqları olan şumer və akkadlarla bağlıdır. Artıq bir necə minillikdir ki İraq əhalisi genetik asimiliyasiyaya məruz qalmamışdır.
Məşğuliyyət
redaktəMüasir iraqlıların bu gündə əsas məşğuliyyətlərindən biri kənd təsərrüfatıdır. Burada taxıl, qarğıdalı palma, pambıq kimi bitliərt əkilir. Mesapotomiyanən cənubunda, səhra və yarımsəhraların yayıldığı ərazilərdə köçəri-maldar tayfalar qoyun, keçi və dəfə saxlayır. Şəhərlərdə sənətkarlıq istehsalı mövcuddur. Kənd təsərrüfatı alətləri, qab istehsalı və toxuculuq inkişaf etdirilir. Neft sənaye çox inkişaf etmiş və iraqlılarin çoxu bununla məşğuldur.
Mətbəx
redaktəİraqlıların mətbəxi digər Yaxın Şərq xalqlarının mətbəxi ilə eynilik təşkil edir. Xurmadan şirin halva hazırlayırlar. Çay və qəhvə içməyi xoşlayırlar. Bəzi yerlərdə balıq yeməklərinə üstünlük verirlər. Arpa və buğdadan hazırlanmış çörəklər istehlak edilir.
Din və mədəniyyət
redaktəİraqda əhali əsasən İslam bayramlarını qeyd edir. Əhalinin böyük qismi şiələrdir. Onlar əsasən ölkənin cənubunda yayılmışlar. Sünnülər isə ölkənin qərbində və mərkəızi hissəsində üstünlük təşkil edirlər. Xristianlıq isə ölkənin şimalında yayılmışdır. Ancaq xristianlıq ərəblər arasında deyil assuriyalılar arasında üstünlük təşkil edir. 2010-cu illərdə İraqdsa sünnü və çiələr arasında münaqişlər müşahidə edilmişdir. Xolklor nümumələri arasında musiqi və şerlər daha çox marağa səbəb olur. İsılama qədər ki,bəzi adətlər hələ də qorunmaqdadır.
İstinadlar
redaktə- ↑ "Iraqi – a native or inhabitant of Iraq". Reference.com. 2015-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-10.