Irredentizm - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İrredentizm — üzvlərinin, öz millətinin keçmişindən "itirilmiş" (və ya "oğurlanmış") hesab etdiyi əraziləri, torpaq iddiası / bərpası və işğal etmək yolu ilə ölkəsinə qatmaq niyyəti güdən siyasi və ya xalq hərəkatıdır.(yanaşmasıdır)
Bəzi dövlətlər öz irredentist iddialarını konstitusiya və ya başqa hüquqi vasitələrlə formalaşdırır. Bu cür ərazi iddiaları real yaxud iddia edilən milli tarixi areal (məskunlaşma ərazisi), dini yaxud etnik mənsubiyyətlə əsaslandırılır. İrredentist siyasət əsasən milliyətçi və ya pan-milliyətçi hərəkatlar tərəfindən müdafiə edilə yaxud milli kimlik və ya mədəni, coğrafi siyasətin bir elementi ola bilər. İrredentizm hökumətin vətəndaşlarının xaricdəki vətəndaşlara qarşı narazılığını yönəldən bir vasitə ola bilər.
Etimologiyası
redaktəİrredentizm, italyan mənşəli bir söz olub,(İtalyanca: irredento) dil, din, soy və mədəniyyət birliyi olduğu halda bir dövlətin sərhədləri xaricində olan ərazilərin sözü gedən dövlətə birləşdirilməsi fikridir.
Dünyada irredentizm
redaktəMilli birləşmə üçün XIX əsr italyan hərəkatından törəmiş bir termindir. Bu mənada İtaliya ilə mədəni və etnik əlaqələri olan ancaq yeni İtalyan dövlətinin idarəçiliyindən kənarda qalan Trente, Dalmasiya, Trieste və Fime nəzərdə tutulur. Bu səbəblə bu bölgələr formalaşmaqda olan milli cəmiyyət üçün "xilas edilməsini" gözləyirdi. Termin siyasi ədəbiyyata XX əsrdə keçmişdir. Mayall irridentizmi öz müqəddəratını təyin etmənin bir forması olaraq dəyərləndirilir. Heç şübhəsiz, bəzən də pisləyici mənada, müəyyən bir bölgədə hakim olan status-kvonu millətçi və ya etnik kriteriyalar baxımından dəyişdirməyə çalışan siyasətləri ümumiləşdirmək üçün istifadə olunur. İrredentizm xüsusilə dövlət mərkəzli sərhəd bölgələrinin bir etnik qrupu ayırdığı ya da böldüyü, daha əvvəllər birləşmiş bir sistem üzərində xarici bir nəzarətin (məsələn müstəmləkəçi) yaradılmasına çalışıldığı zamanlarda yaranır. Bu zaman "irredantia" "itkin torpaqlar" sayılır. Bunun bir nəticəsi olaraq irredentizm beynəlxalq arenada potensial və ya mövcud bir toqquşma qaynağı kimi görünür. Bunun üçün örnəklər hal-hazırda da çoxdur. Buna görə argentinalılar Folklendə haqq iddia edərkən ispaniyalıların Cəbəlütariqə haqq iddiaa etməsi irredentizmin müstəmləkəçiliyə qarşı münasibətini təmsil edir. Etnik irredentizmə Somalinin Efiopiya və Keniyadakı Somali xalqlarının Böyük Somali adı ilə bir yerə gətirilməsi tələbləri ilə ya da müstəqillik dövründə bəzi kiprli rumlar tərəfindən irəli sürülən Yunanıstan ilə enozis ya da birlik iddiaları ilə nümunə göstərilə bilər. Həmçinin hal-hazırda Şimali Azərbaycanda yerləşən Azərbaycan Respublikasında və Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların, Azərbaycan Respublikası altında yenidən birləşmə istəyi də irredentizmin bir nümunəsidir.