Isa Memmedov Dovlet Xadimi - Wikipedia
İsa Əli oğlu Məmmədov (11 iyul 1926, Şərur rayonu, Naxçıvan MSSR – 10 avqust 2007, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1981–1987), Lənkəran Şəhər Komitəsinin birinci katibi (1970–1981), Naxçıvan MSSR mədəniyyət naziri (1965–1970), Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR əməkdar müəllimi (1964), psixologiya elmləri doktoru (2006).
İsa Məmmədov | |
---|---|
yanvar 1981 – 1987 | |
Birinci katib | Heydər Əliyev Kamran Bağırov |
1970 – yanvar 1981 | |
Əvvəlki | Məmməd Babayev |
Sonrakı | Dilrubə Camalova |
1965 – 1970 | |
Sonrakı | Hüseyn İbrahimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyul 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 10 avqust 2007 (81 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
Həyatı
redaktəİsa Məmmədov 1926-cı il iyulun 11-də Naxçıvan Muxtar Respublikası indiki Şərur rayonunun Aralıq kəndində anadan olmuşdur. 1942-ci ildə Şərur rayon mərkəzi orta məktəbini bitirdikdən sonra o, 1945–1947-ci illərdə Moskva ali komsomol məktəbində oxumuş, 1947–1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır. 1972–1977-ci illərdə isə İsa Məmmədov Moskva ali partiya məktəbinin müdavimi olmuşdur.
Əmək fəaliyyətinə 1943–1944-cü illərdə Şərur rayonunda orta məktəbdə başlayan İsa Məmmədov 1944–1945-ci illərdə Şərur rayon komsomol komitəsinin birinci katibi, 1947–1953-cü illərdə əvvəl Naxçıvan vilayət komsomol komitəsinin katibi, sonra isə birinci katibi, 1953–1961-ci illərdə Naxçıvan şəhər və rayon təhsil şöbələrinin müdiri, 1961–1965-ci illərdə Naxçıvan şəhər internat məktəbinin direktoru, 1965–1970-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, 1970–1981-ci illərdə Lənkəran şəhər partiya komitəsinin birinci katibi, 1981–1987-ci illərdə Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin katibi, 1988-ci ildən ömrünün sonunadək isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru vəzifələrində çalışmışdır.
İsa Məmmədov 1997-ci ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. İsa Məmmədovun Azərbaycanda təhsilin inkişafındakı xidmətləri təqdirəlayiqdir. O, ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilində, praktik psixoloqların hazırlanması sahəsində səmərəli fəaliyyət göstərmişdir.
İsa Məmmədovun xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1976-cı ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, bir sıra orden və medallarla təltif olunmuşdur.
İsa Əli oğlu Məmmədov 2007-ci il avqustun 10-da ömrünün 82-ci ilində vəfat etmişdir.[1]
Təltifləri
redaktə- Sosialist Əməyi Qəhrəmanı — 1976[2]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 02.10.2002[3]
Kitabları
redaktə- Мамедов, Иса Али оглу. "Психологические особенности обучения коммуникации на русском языке", 2006.[4]
- Мамедов, Иса Али оглу. "Система работы по психологической службе в средней школе" автореферат дис. … д-ра психол. наук : 19.00.07 / И. А. Мамедов ; Бакинский Государственный Университет. — Баку, 2005. — 62 с. ; 20,5 см. — 100 экз.[5]
İstinadlar
redaktə- ↑ "İSA ƏLİ OĞLU MƏMMƏDOV" (azərb.). AzərTAc. 11.08.2007. 2017-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
- ↑ указом Президиума Верховного Совета СССР от 27 декабря 1976 года
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". «LegalActs» LLC (az.). legalacts.az. 02.10.2002. 2016-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.
- ↑ "Просмотр Авторы Мамедов, Иса Али оглу". bsu.by (rusca). Электронная библиотека БГУ. 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
- ↑ "Мамедов, Иса Али оглу". İstifadə tarixi: 24 iyun 2016.[ölü keçid]