Isa Musayev - Wikipedia
İsa Həsən oğlu Musayev (27 noyabr 1912, Naxçıvan – 8 fevral 1976, Naxçıvan) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1960).
İsa Musayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | teatr aktyoru və rejissoru |
Fəaliyyət illəri | 1929–1976 |
Təhsili | Bakı Teatr Məktəbi |
Amplua | dram, faciə, komediya |
Teatr |
Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Quba Dövlət Dram Teatrı |
Mükafatları |
|
Həyat və yaradıcılığı
redaktəİsa Musayev 27 noyabr (bəzi mənbələrə görə 25 dekabr[1]) 1912-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Yeddinci sinfi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuş, lakin 1927-ci ildə təhsilini yarımçıq qoyaraq Bakıya gəlmiş, burada Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil almışdır. Təhsilini bitirdikdən sonra yenidən Naxçıvana qayıtmış və teatrda aktyorluq fəaliyyətinə başlamışdır.[2]
İsa Musayev teatrda ilk dəfə Səməd Mövləvinin rejissorluğu ilə hazırlanmış "Sabirin məhkəməsi" pyesində Sabir obrazını yaratmışdır.[3] 1930–1940 və 1943–1976-cı illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktyorlarından olmuşdur. O, 1940–1943-cü illərdə təyinatla Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında aktyor və rejissor işləmişdir.[4]
İsa Musayev 1942-ci ildən ÜİK(b)P üzvü olmuş[1], 1943-cü ildən Naxçıvan MSSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi işləmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.[5]
Peşəkar aktyorluq fəaliyyəti dövründə dramatik, faciə, həm də komediya rollarının ifaçısı kimi tanınan İsa Musayev 8 fevral 1976-cı ildə Naxçıvanda vəfat etmişdir.[6][7]
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 24 may 1960
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
- "Naxçıvan MSSR əməkdar artisti" fəxri adı[5]
- "Şərəf nişanı" ordeni[6]
İfa etdiyi əsas rollar
redaktə- "Hacı Qara", Mirzə Fətəli Axundov — Hacı Qara
- "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundov — Məstəli şah
- "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov — Fəxrəddin
- "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev — Qurban
- "Nadir şah", Nəriman Nərimanov — Nadir şah
- "Ölülər", Cəlil Məmmədquluzadə — İsgəndər
- "Eşq və intiqam", Süleyman Sani Axundov — Çingiz və Əlimərdan
- "Fitnə", Abdulla Şaiq — Bəhram şah
- "Vətən", Abdulla Şaiq — Bilici baba
- "Sevil", Cəfər Cabbarlı — Balaş
- "Od gəlini", Cəfər Cabbarlı — Elxan
- "Aydın", Cəfər Cabbarlı — Aydın
- "Oqtay Eloğlu", Cəfər Cabbarlı — Oqtay
- "Şeyx Sənan", Hüseyn Cavid — Şeyx Sənan
- "Səyavuş", Hüseyn Cavid — Səyavuş
- "Vaqif", Səməd Vurğun — Vaqif
- "Xosrov və Şirin", Səməd Vurğun — Fərhad
- "Qatır Məmməd", Zeynal Xəlil — Qatır Məmməd
- "Atayevlər ailəsi", İlyas Əfəndiyev — Xostov Atayev
- "Həyat", Mirzə İbrahimov — Süleyman
- "Çiçəkli dağ", Məmmədhüseyn Təhmasib — Həkim
- "Yağışdan sonra", Bəxtiyar Vahabzadə — Qədim bəy
İstinadlar
redaktə- ↑ 1 2 Мусаев, Иса Гасан оглы // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 3. Кетчер — Нежданова. М.: Советская энциклопедия. 1964. стб. 1012. 41 300 экз.
- ↑ Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 229.
- ↑ Иса Мусајев. Бакы: «Ишыг» нәшријјаты. Азәрбајҹан Театр Ҹәмијјәти. 1974. сәһ. 2.
- ↑ İlham Rəhimli. İsa Musayev // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 140–141. ISBN 978-9952-8021-9-1.
- ↑ 1 2 Musayev İsa Həsən oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 72.
- ↑ 1 2 Мусајев Иса Һәсән оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 95.
- ↑ Musayev İsa Həsən oğlu // Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 55. ISBN 5-8066-1468-9.