Isa Necefov - Wikipedia
İsa Əli oğlu Nəcəfov (28 mart 1952, Oğlanqala, Noraşen rayonu) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2002-ci ildən), Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini (1995–2000), III dərəcəli dövlət ədliyyə müşaviri (1995), Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2018).
İsa Nəcəfov | |
---|---|
Vəzifədədir | |
22 mart 2002-ci ildən | |
24 mart 1995 – 21 aprel 2000 | |
Baş prokuror | Eldar Həsənov |
Əvvəlki | Eldar Həsənov |
Sonrakı | Ramiz Rzayev |
1993 – 1995 | |
Əvvəlki | Əjdər Əhmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 mart 1952 (72 yaş) |
Doğum yeri | |
Təhsili | |
Rütbəsi |
III dərəcəli dövlət ədliyyə müşaviri |
|
|
Təltifləri |
|
Həyatı
redaktəİsa Nəcəfov 28 mart 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olub. 1970–1972-ci illərdə Sovet Ordusunda hərbi xidmətdən keçib. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1979-cu ildən başlayan İsa Nəcəfov həmin ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq, mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, şöbə prokuroru, idarə prokuroru vəzifələrində İşləyib. 1993-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikasının Prokuroru, 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifələrində işləyib[1].
22 mart 2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.
6 aprel 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.
İki kitab müəllifidir. Yaxın Şərqin və Yunanıstanın tanınmış filosofları: M. T. Siseronun, Platonun, Ə. H. Qəzzalinin, Eynəlgüzad Həmadinin, Əl- Fərabinin, Mənsur Həllacın, Sərrac Tusinin, Əl-Kindinin, İbn-Sinanın və b. ərəb, fars, yunan və rus dilində olan əsərlərinin azərbaycan dilinə tərcümə və nəşr olunmasını təşkil etmişdir.
Ailəlidir, iki övladı var.
10 iyul 2018-ci ildə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Əməkdar hüquqşünas" fəxri adına layiq görülmüşdür.[2]
İstinadlar
redaktə- ↑ "İsa Nəcəfov fenomeni". 2012-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-23.
- ↑ President.Az. ""Əməkdar hüquqşünas" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.07.2018. İstifadə tarixi: 2018-07-12.
Mənbə
redaktə- İsa Nəcəfov. Hakim Arxivləşdirilib 2018-07-03 at the Wayback Machine