Isa Bey Asurbeyov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İsa bəy Aşurbəyov (tam adı: İsa bəy Hacı Mehdiqulu bəy oğlu Aşurbəyli; 1878, Bakı – 1938, Bakı) — ictimai-siyasi xadim, publisist, pedaqoq, jurnalist, naşir, neft milyonçusu, xeyriyyəçi.
İsa bəy Aşurbəyov | |
---|---|
İsa bəy Hacı Mehdiqulu bəy oğlu Aşurbəyov | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Həyat yoldaşı | Balacaxanım Rzaqulu bəy qızı Aşurbəyova |
Uşaqları | Süleyman, Davud |
Atası | Hacı Mehdiqulu bəy Aşurbəyov |
Fəaliyyəti | iş adamı, xeyriyyəçi, sahibkar, siyasətçi, naşir, jurnalist, publisist, müəllim |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİsa bəy Aşurbəyov 1878-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1878-ci ildə Bakının Sabunçu kəndində uzun illər övladsızlıqdan əziyyət çəkən, Azərbaycanın tanınmış milyonçusu Hacı Mehdiqulu bəy Aşurbəyovun ailəsində doğulmuşdu. İlk təhsilə Bakıda mollaxanada başlayan İsa bəy altı sinifli şəhər məktəbini bitirmişdir. Atası bircə oğlunu gözündən kənar buraxmaq istəmədiyindən onun ali təhsil alması üçün tanınmış din və elm xadimlərini evinə dəvət edirdi. Repressiyadan yaxa qurtara bilməyən İsa bəy "xarici ölkələrlə casusluq əlaqələrinə və millətçi hərəkatda iştirakına görə" 1937-ci il dekabrın 31-də həbs edilir və 1938-ci ilin oktyabrında millətçi kimi güllələnmişdir.
Ailəsi
redaktə1902-ci ildə İ. Aşurbəyli əmisi Rzaqulu bəy Aşurbəyovun qızı Balacaxanımla ailə qurur. Onların iki oğlu dünyaya gəlir.
- Süleyman 1903-cü il
- Davud 1904-cü il
Atası
redaktəƏsrin sonlarında 1890-cı ildə İsa bəy Aşurbəyovun atası Mehdiqulu bəyin torpaq sahəsindəki 27 metrlik quyudan fontan vuran neft onu böyük dövlət sahibinə çevirmişdi.
Fəaliyyəti
redaktəAşurbəyov gənclik illərində sosial-demokrat ideyalarına meyil etmişdir. 1905-ci il hadisələrindən sonra bir sıra ziyalılar kimi İsa bəy də çarizmin müstəmləkə zülmünə qarşı mübarizə aparan sosialistlərə yaxınlaşaraq sosial demokrat "Difai", "İttihad" və "Hümmət" partiyalarına üzv olmuşdur. İ. Aşurbəyli 1905-ci ildə nəşr edilən Ə. Ağaoğlunun "İrşad"ında naşirlik fəaliyyətinə başlayır və qəzeti maliyyələşdirir, həmçinin 1906-cı ildə sosial-demokrat qəzeti "Dəvət"in redaktor naşiri olur. O 1910-cu ildə dörd il müddətinə Bakı şəhər dumasının üzvü seçilən İsa bəy müsəlmanların "Nicat" maarif təşkilatının, Bakı quberniyası əhalisinin savadsızlığının ləğvi üçün yaradılmış H. Z. Tağıyevin başçılıq etdiyi "Nəşrimaarif"in, "Səadət" ruhani və uşaqları aclıqdan və ölümdən xilas edən "Bir damla süd" cəmiyyətlərinin işində fəal iştirak edir. Birinci dünya müharibəsi illərində (1914–18) isə İ. Aşurbəyli türk əsirlərinə kömək məqsədilə yaradılmış, qeyri-qanuni fəaliyyət göstərən "Qırmızı xaç" cəmiyyətinin işinə də yaxından köməklik edirdi.[1]
Aşurbəyov tanınmış xeyriyyəçi idi. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşalarından biri Aşurbəyovun Persidski (indiki Murtuza Muxtarov) küçəsindəki evində olmuşdur. 1912-ci ildə Aşurbəyov Hacı Zeynalabdin Tağıyevin "Kaspi" qəzetinin mətbəəsində fəaliyyət göstərmiş, sonradan həmin mətbəəni icarəyə götürərək şəxsi mülkünün zirzəmisində yerləşdirmiş, Mirzə Ələkbər Sabirin satirik şeirlərini, müəllimlər üçün həftəlik "Şəlalə" və "Vodopad", şagirdlər üçün isə "Məktəb" jurnallarını Azərbaycan və rus dillərində nəşr etdirmişdir.
1918-ci ildə mart soyqırımı zamanı Aşurbəyov şəxsi əlaqələrindən istifadə edərək türk qoşunlarının Bakıya daxil olmasına fəal kömək göstərmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq Maarifi Nazirliyinin nəzdindəki nəşriyyata rəhbərlik etmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra yenidən nəşriyyata rəhbərlik etməyə dəvət olunmuş, lakin keçmiş fəaliyyətinə görə 1925-ci ildə N. Nərimanovun ölümündən sonra tutduğu vəzifədən uzaqlaşdırılan İ. Aşurbəyov dostlarının köməyilə Səhiyyə Nazirliyinin dərman bitkiləri şöbəsinə işə düzəlir və uzun müddət Naxçıvanda ezamiyyətdə olur. Daha sonralar Ərəb və fars dillərini mükəmməl bildiyinə görə, SSRİ EA Azərbaycan Filialına işə dəvət edilmiş və 1937-ci il dekabnn 31-dək (türk qoşunlarının Bakıya dəvət olunmasında iştirakına görə həbs olunanadək) tərcüməçi kimi fəaliyyət göstərmişdir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 126