Isa Xan Seki - Wikipedia
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
İsa xan Gürcü (?-1580) — Şəki hakimi. Ləvəndin (Levon) oğlu.
İsa xan | |
---|---|
İsa xan Qorci | |
1574 – 1580 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1527 |
Vəfat tarixi | |
Vəfat səbəbi | qətl |
Atası | Levon |
Dini | islam |
Rütbəsi | general |
Həyatı
redaktəİsa xan Ləvənd (Levon) oğlu Kaxetiyada doğulmuşdu. Atası Levon (1520–1574) Kaxetiyanı idarə edirdi. İsa xan İslamı qəbul etmişdi. Səfəvilərlə qohum olmuşdu. Sam mirzənin kürəkəni idi. 1574-cü ildə Sultan Məhəmməd Xudabəndə tərəfinən Şəki hakimi təyin edildi.
İskəndər bəy Münşi yazır: "Hər ikisi Ələmut qalasında məhbus olan və İsmayıl mirzə tərəfindən azad edilən Ləvənd xanın oğlu İsa xan Gürcü və Luvarsabın oğlu Hümayun xana mərhəmət olundu, cənnətməkan şahın qardaşı Sam mirzənin qızını İsa xana verdilər və onu Şəki əyalətinə göndərdilər. Hümayun xan İslamı qəbul edərək "Sultan Mahmud" xan adlandırıldı və o da "Üxüvvət" ("Qardaş") ləqəbinə layiq görüldü, izzət və ehtiramla Gürcüstana rəvan oldu, öz irsi ülkasını ələ aldı".[1]
İsa xan 1580-ci ildə Osmanlılara rəğbət bəslədiyinə görə həmin vaxt Səfəviıərlə müttəfiq olan qardaşı Aleksandr (1527–1605) tərəfindən öldürüldü.
İstinadlar
redaktə- ↑ İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, səh. 400