Isaxligirme - Wikipedia
İsaxlıgirmə[1] — Azərbaycan Respublikasının Balakən rayonunun Şambul kənd inzibati ərazi dairəsində kənd.[2]
İsaxlıgirmə | |
---|---|
41°40′03″ şm. e. 46°14′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəAlazan-Əyriçay çökəkliyindədir. İsaqlıgərmə variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, vaxtilə kəndin ərazisində Mazım çayının keçidi (yerli əhali çay keçidini girmə adlandırır) yaxınlığında İsaq adlı şəxsin binəsi olmuş və keçid də onun adı ilə İsaqlıgirmə adlanmışdır. Sonralar burada salınan kənd də həmin adı qəbul etmişdir.
Əhalisi
redaktəİsaxlıgirmə kəndin əhalisi təxminən 250-300 nəfərdir və 80 %-i avarlar, 15 %-i azərbaycanlılar, 5 %-i isə qaraçılar, tərəkəmələr və digər xalqın nümayəndələridir. Kəndə daha çox heyvandarlıq və meyvəçilik fındığçılıq inkişaf etmişdir. Kənddə bir meyvə bağı, bir uşaq bağçası, bir neçə mağaza fəaliyyət göstərir.[3].
İstinadlar
redaktə- ↑ "Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası № 771-IQ saylı Qanunu" (az.). e-qanun.az. 07.12.1999. Archived from the original on 2015-06-27. İstifadə tarixi: 2015-06-25..
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.372 (az.)
Xarici keçidlər
redaktə- Balakən Rayonu Arxivləşdirilib 2009-05-30 at the Wayback Machine
- http://www.azstat.org/region/az/005_1.shtml Arxivləşdirilib 2008-11-18 at the Wayback Machine
- Balakən Rayonu Arxivləşdirilib 2012-10-12 at the Wayback Machine
Balakən rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |