Isgenderli Semkir - Wikipedia
İsgəndərli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd inzibati ərazi vahidinin tərkibindəki yeni yaşayış məntəqəsi İsgəndərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd kənd inzibati ərazi vahidi tərkibindəki İsgəndərli kəndi Kür qəsəbə inzibati ərazi vahidi tabeliyinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun İsgəndərli kəndi Kür qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla İsgəndərli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[3]
İsgəndərli | |
---|---|
39°45′36″ şm. e. 47°45′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəİnqilabdan əvvəl Cənubi Azərbaycanın Qaradağ və Meşkin əyalətindən gələrək ətraf kəndlərdə rəncbərlik edən əhaliyə 1925-ci ildə kənd salmaq üçün mülkədar Qasımın yeri adlanan ərazidə torpaq sahəsi verilmişdi. Yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində V.İ.Leninin Şərəfinə Leninabad adlanırdı. 1994-cu ildən kəndin adı İsgəndərli kimi rəsmiləşdirilmişdir.[4]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Gəncə-Qazax düzənliyində yerləşir.
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və qeydə alınması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
- ↑ "Azərbaycan Respublikasının Qazax, Qəbələ, Zərdab, Neftçala, Samux və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
- ↑ İsgəndərli (Şəmkir) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
redaktə Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |