Isi Melikzade - Wikipedia
Məlikzadə İsi Abbas oğlu (1 may 1934, Ağcabədi – 12 may 1995, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan ədəbiyyatına yeni qəhrəman tipi gətirmiş, "60-cılar" nəslinin görkəmli nümayəndəsidir[1].
İsi Məlikzadə | |
---|---|
İsi Abbas oğlu Məlikzadə | |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Lətifə Məlikzadə |
Uşağı |
Saleh Məlikzadə Xatirə Məlikzadə Arzu Məlikzadə |
Atası | Abbas Məlikov |
Anası | Zəriş Məlikova |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsi |
Fəaliyyəti | yazıçı, dramaturq |
Əsərlərinin dili | azərbaycanca |
Janrlar | povest, ssenari |
Həyatı
redaktəİsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Orta təhsilini Ağcabədidə Xəlfərəddin kənd orta məktəbində, ali təhsilini indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində almışdı[2].
Fəaliyyəti
redaktə"Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957–1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961–1966), "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966–1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974–1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976–1980), "Ulduz" jurnalı redaksiyasında nəşr şöbəsinin müdiri (1980–1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981–1983), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983–1985).[3] Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988–1990) işləmişdir. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ filialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır. 1995-ci il dekabrın 5-də vəfat etmişdir.
Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə, İsi Məlikzadə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.[4]
Yaradıcılığı
redaktəAzərbaycan bədii nəsrinin XX əsrdə yetirdiyi görkəmli söz ustalarından biri İsi Məlikzadədir. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İsi Məlikzadə ədəbiyyatda heç kimə bənzəməyən, özünəməxsus fərdi yaradıcılıq qabiliyyəti, üslubu ilə xalqın yaddaşından silinməyən bir sənətkardır[5]. Əmək fəaliyyətinə neft mədənlərində operator kimi başlayan İ.Məlikzadə gənc yaşlarından həm də ədəbi yaradıcılıqla da məşğul olurdu. O, hələ orta məktəbdə təhsil alarkən təşkil olunan dram dərnəklərində fəal iştirak edər, müxtəlif dram əsərlərində fərqli obrazlar yaradar, ədəbi-bədii yaradıcılıq gecələrində şeirlər söyləyərdi. Yazıçı bədii yaradıcılığına kiçik hekayələrlə başlamışdır. Ancaq İsi Məlikzadənin bədii nəsrində-povestlərində XX əsrin 70-80-ci illərində cəmiyyəti narahat edən, düşündürən sosial-fəlsəfi problemlər qaldırılmışdır[1] . 1964-cü ildə İsi Məlikzadənin "Həsrətin sonu" adlı ilk kitabı işıq üzü görüb. Sonrakı illərdə isə "Özgə anası" (1969), "Kövrək qanadlar" (1973), "Küçələrə su səpmişəm" (1977), "Yaşıl gecə" (1979), "Günəşli payız" (1982), "Dədə palıd" (1984), "Gümüşgöl əfsanəsi" (1987), "Şehli çəmənlərin işığı" (1991), "Dolaşaların Novruz bayramı" (1992) adlı kitabları nəşr olunub[6].
Əsərləri
redaktə- Həsrətin sonu. Bakı: Azərnəşr, 1964, 44 səh.
- Özgə anası. Bakı: Gənclik, 1969, 152 səh.
- Kövrək qanadlar. Bakı: Gənclik, 1973, 234 səh.
- Küçələrə su səpmişəm. Bakı: Gənclik, 1977, 219 səh.
- Yaşıl gecə. Bakı: Yazıçı, 1979, 305 səh.
- Günəşli payız. Bakı: Yazıçı, 1982, 252 səh.
- Dədə palıd (povest). Bakı: Yazıçı, 1984, 413 səh.
- Gümüşgöl əfsanəsi. Bakı: Yazıçı, 1987, 295 səh.
- Şehli çəmənlərin işığı. Bakı: Yazıçı, 1991, 304 səh.
- Dolaşaların Novruz bayramı. Bakı: Gənclik, 1992, 119 səh.
Filmoqrafiya
redaktəİsi Məlikzadənin ssenariləri əsasında bir çox bədii filmlər, o cümlədən, "Ağ atlı oğlan", "Evin kişisi", "Gəl qohum olaq", "Gümüşgöl əfsanəsi", "Kişi sözü", "Küçələrə su səpmişəm", "Qatarda", "Qoca palıdın nağılı", "Pəncərə", "Qanlı zəmi", "Güllələnmə tarixə salınır" və s. kimi yaddaqalan kino nümunələri çəkilib[2].
- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — ssenarist
- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — redaktor
- Altı duru, üstü quru (film, 1983)
- Dua (film, 1982)
- Evin kişisi (film, 1978)
- Evlənmək istəyirəm (film, 1983)
- Gəl qohum olaq (film, 2001)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Gümüşgöl əfsanəsi (film, 1984)
- Güzgü (film, 1990)(II)
- Hacı Qara (film, 2002)
- Harayacan qaçacaqlar (film, 1983)
- Hərənin öz payı+tayı (film, 2006)
- İcazə (film, 1972)
- İlişdim (film, 1983)
- Kişi sözü (film, 1987)
- Küçələrə su səpmişəm (film, 2004)
- Qanlı zəmi (film, 1985)
- Qatarda (film, 1981)
- Qoca palıdın nağılı (film, 1984)
- Məğlubedilməzlər (film, 1983)
- Müşavirə (film, 1971)
- Oktyabr və Azərbaycan (film, 1987)
- Ömrün səhifələri (film, 1972)
- Pəncərə (film, 1991)
- Vətən mənə oğul desə (film, 1996)
- Zərbə (film, 1983)
İstinadlar
redaktə- ↑ 1 2 Məlikzadə, İsi. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb. 2005. s. 8-9.
- ↑ 1 2 Ağayev, Mahir. Həyat kimi təbii və iddiasız. 525-ci qəzet. 2024.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 272–274.
- ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
- ↑ Aytac, İsmayıllı. İSİ MƏLİKZADƏNİN POVESTLƏRİNDƏ MƏNƏVİ-ƏXLAQİ PROBLEMLƏR. Bakı. 2019. s. 2-3.
- ↑ İsmayılov, Yaqub. "İsi Məlikzadə — söz sərrafı, nəsr ustası". Bakı: Elm. 2007. s. 20-30.
Mənbə
redaktə- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- https://www.facebook.com/%C4%B0si-Melikzade-282753491786250/