Isidor Baraxov - Wikipedia
İsidor Baraxov (İvanov) (rus. Исидор Никифорович Барахов (Иванов); 31 yanvar 1898 – 15 sentyabr 1938, Kommunarka poliqonu[d]) — sovet dövləti xadimi, XX əsrin əvvəllərində Yakutiyanın ictimai-siyasi xadimi, vətəndaş müharibəsinin iştirakçısı.
İsidor Nikiforoviç Baraxov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | (31.1) |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Maksim Ammosov və Platon Oyunski ilə birlikdə RSFSR-in tərkibində Yakutiya ASSR-in yaradıcılarından idi.
Həyatı
redaktə31 yanvar (12 fevral), 1898-ci ildə Yakutiya vilayətinin Verxnevilyui ulusunun Xarbalax nasleqində varlı bir kəndli-maldar ailəsində anadan olmuşdur. 1914-cü ildə Verxnevilyui[rus.] kənd ibtidai məktəbini bitirmişdir. Yakutiya şəhərindəki müəllimlər seminariyasında oxuduğu müddət Y. M. Yaroslavski ilə tanış olmuş və onun inqilabi dərnəyində iştirak etmişdir.
1917-ci ilin sentyabrından RSDİP[rus.]üzvüdür. Rusiya Kommunist Partiyası (b) Yakutya quberniyası, Vilyuy rayon bürosunun katibi (1920–1922), YaASSR Xalq Komissarları Sovetinin sədri (1922–1924), Ümumittifaq Kommunist Partiyası (b) Yakutiya Vilayət Komitəsinin birinci katibi (1926–1928). Millət vəkili, sonra — ÜKP (b) Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin Şərqi Sibir və Uzaq Şərq sektorunun müdiri (1933–1938). Partiyanın X, XII, XV qurultaylarının nümayəndəsi, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin YMİK-nin üzvü seçilmişdir[1]. 1926-cı ildə Bakıda keçirilən Birinci Ümumittifaq Türk Qurultayında Yakutiya heyətinə rəhbərlik etmişdir. 1921-ci illin mart ayında Kommunist Partiyasının X qurultayında səsvermə hüququna sahib olan yeganə Yakutiya nümayəndəsi olaraq iştirak etmşdir (ikinci nümayəndə Platon Oyunski məsləhətçi səsə sahib idi). 1921–1924 partiya bürosunun katibi, Yakut ASSR Xalq Komissarları Sovetinin sədri vəzifələrində işləmişdir. 1926–1928-ci illərdə Yakutiyada partiya təşkilatına rəhbərlik etmişdir. 1928–1933-cü ilərdə Qırmızı Professorlar İnstitutunda[rus.] oxumuşdur. Məzun olduqdan sonra Mərkəzi Komitə aparatında, Şərqi Sibirdə və Uzaq Şərqdə kənd təsərrüfatı sektorunun müdiri işləmişdir. Yakutiya iqtisadiyyatı haqqında elmi məqalələrin müəllifidir. 1938-ci ildə saxta ittihamlarla repressiya edilmiş və həmin il 15 sentyabrda Moskva yaxınlığında, Kommunarka poliqonunda[rus.] güllələnmişdir.
31 oktyabr 1956-cı ildə bəraət edilmişdir[2].
Arvad — Aleksandra Andreyevna Çerepanova, oğlu — Yaroslav.
Xatirəsi
redaktə- İ. N. Baraxovun adı Verxnevilyui 1 nömrəli orta məktəbə, Yakutiya, Verxnevilyui küçələrinə və digər yaşayış məntəqələrinə verilmişdir.
- 31 oktyabr 1974-cü ildə "Oka " gəmiqayırma zavodunda inşa edilmiş "Sovetskaya Yakutiya " layihəsinin yeni bir gəmisinə İsidor Baraxovun adı verilmişdir.
- 2014-cü ilin fevralında, 1976-cı ildə “Lena Birləşmiş Çay Gəmiçiliyi Şirkəti”[rus.] tərəfindən inşa edilmiş "Lenaneft-2004" neft tankerinin adı İsidor Baraxovun adına dəyişdirilmişdir[3][4].
- 27 aprel 2014-cü ildə Yakutiyada İ. Baraxovun abidəsi açılmışdır[5].
İstinadlar
redaktə- ↑ "Краткий справочник по фондам архивов Национального архива РС(Я)". 2014-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-30.
- ↑ Делегат трех партийных съездов. Д. Пухов. Газета "Якутия" 2008 г. 13 февраля, № 27
- ↑ "Танкер "Ленанефть-2004" Ленского пароходства получил новое имя". 2014-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
- ↑ ""Исидор Барахов"". 2014-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
- ↑ В Якутске поставили памятник государственному деятелю Исидору Барахову — ЯСИА Arxiv surəti 6 yanvar 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-01-06 at the Wayback Machine
Xarici keçidlər
redaktə- Пестерев В. И. История Якутии в лицах. Якутск: Бичик. 2001. 200–201. ISBN 5-7696-1606-7.
- Скрипин, Виктор. Ложные кумиры. // /"Московский Комсомолец в Якутии". Якутск. № 10 9–16 марта (С. 14–15); № 11 16–23 марта (С. 14–15); № 12 23–30 марта (С. 12–13); № 13 30 марта — 6 апреля (С. 14–15); № 14 6–13 апреля (С. 14–15); № 15 13–20 апреля (С. 12); № 16 20–27 апреля 2005. С. 12–13. — Текст статьи: электронный ресурс: skripin.narod.ru (статья о том, как организовывалась Якутская АССР и о первых годах Советской власти; много сведений и про Барахова)
- Baraxovun 115 illiyinə həsr olunmuş sərginin açılışı olmuşdur. (rus.)
- Yakutiyanın Dövlətçilik Günündə İsidor baraxovun xatirəsi hörmətlə yad edilmişdir. (rus.)
- Исидор Никифорович Барахов (1898–1938). Фотографии, документы: Фотоальбом. — [Якутск,] 2009