Islam Haciyev - Wikipedia
İslam Abdulla oğlu Hacıyev (1899, Şuşa – 1938) — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR xalq daxili işlər komissarının müavini.
İslam Hacıyev | |
---|---|
Göyçay Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
Ağdam Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
1931 – ? | |
1929 – 19?? | |
Komissar | Stepan Yemelyanov |
Şamaxı Qəza Soveti İcraiyyə Komitəsinin sədri | |
Şamxor Qəza Soveti İcraiyyə Komitəsinin sədri | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1899 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktəİslam Hacıyev 1889-cu ildə Şuşa qəzasının Şuşa şəhərində doğulmuşdur. 1904-cü ildən Bakıda neft mədənlərində işləmişdir.[1]
1918–1919-cu illər Bakıda Qırmızı Qvardiya və Həştərxanda Dəmir Polk tərkibində əks-inqilabçılara qarşı vuruşmuşdur.
Siyasi fəaliyyəti
redaktəİslam Hacıyev 1917-ci ilin may ayından etibarən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
İslam Hacıyev Bakıda fəhləlik etdiyi dövrdə inqilabi hərəkata qoşulmuşdur.[1]
Aprel işğalından sonra İslam Hacıyev Şuşa Qəza Milis İdarəsinin rəisi olmuşdur. İslam Hacıyev Şamxor və Şamaxı qəza icraiyyə komitələrinin sədri olmuşdur. 1929–1930-cu illərdə o, xalq daxili işlər komissarının müavini, Qarabağ Mahal İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. İslam Hacıyev 1931–1935-ci illərdə Ağdam Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Yol-Nəqliyyat İdarəsinin rəisi, Göyçay Rayon İcraiyyə Komitəsinin sədri və s. kimi məsul vəzifələrdə çalışmışdır.[1]
İslam Hacıyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət Komitəsinin üzvü, Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur.[1]
Mükafatları
redaktəİslam Hacıyev Azərbaycan SSR-in "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Һаҹыјев Ислам Абдулла оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 153.