Islam Manafov - Wikipedia
İslam Manafov (İslam Atabala oğlu Manafov; 31 yanvar 1961, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti[1], Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, pianoçu, pedaqoq, dirijor və bəstəkar.
İslam Manafov | |
---|---|
İslam Atabala oğlu Manafov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 31 yanvar 1961 (63 yaş) |
Doğum yeri | |
Uşaqları | Turan Manafzadə, Abuzər Manafzadə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu, dirijor |
Musiqi aləti | fortepiano |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəİslam Manafov 1961-ci ilin yanvar ayının 31-də Bakı şəhərində anadan olmuşdur. 1977-1981-ci illər arasında Bakı Musiqi Texnikumunda təhsil almışdır. 1979-cu ildə Azərbaycan Gənc Pianoçular Müsabiqəsinin Yüksək Mükafatını qazanaraq, musiqi ictimaiyyətinin diqqətini cəlb etdi. Bu başarının ardından hələ 17 yaşında ikən dünyaca məşhur Maestro Niyazi Tağızadə idarəçiliyində Sergey Raxmaninovun 3 nömrəli Piano konsertini ifa edərək möhtəşəm bir başarıya imza atdı.
Ailəsi
redaktəOnun hər iki övladı Turan Manafzadə və Abuzər Manafzadə dirijor, bəstəkar və pianoçudur. Turan Manafzadə 2017-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adını alıb.
Təhsili
redaktə1981-ci ildə Bakıya konsert vermək üçün gələn P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, keçmiş Sovet İttifaqı və Rusiya Federasiyası Xalq Artisti, pianist və pedaqoq Andrey Nasedkin burada İslam Manafovu dinlədikdən sonra təhsilinə P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında onun sinfində davam etməsi üçün dəvət etdi. Bu dəvətdən sonra Moskvaya gedən və burada professorlar Aleksey Nasedkin və M. A. Fyodorovanın siniflərində oxuyan Manafov təhsilini yüksək başarı ilə bitirdi. Moskva Konservatoriyasında təhsil aldığı illərdə və məzuniyyəti sonrasında keçmiş Sovet İttifaqının bütün böyük şəhərlərində konsertlər veren, çox önəmli festivallara dəvət edilən Manafovun özəlliklə Sergey Prokofyevin, Modest Musorqskinin, Aleksandr Skryabinin və Sergey Raxmaninovun əsərlərinin ifaları tənqidçilər və tanınmış musiqiçilər tərəfindən dahicə, çılğınca kimi fikirlərlə qiymətləndirildi.
Yaradıcılığı
redaktəBu günə qədər keçmiş Sovet İttifaqı ölkələri, Azərbaycan, Türkiyə və Avropanın bir çox ölkələrində konsertler verən Manafov eyni zamanda simfonik orkestr dirijorluğu fəaliyyəti ilə məşğuldur. Bu günə qədər bir çox orkestrlər qurmuş və idarə etmiş, dəyişik formalarda əsərlər bəstələmiş, musiqinin, özəlliklə uşaqlara və gənclərə tanıtımına yönəlik yaratdığı layihələr ilə musiqi ictimaiyyətinin böyük təqdirini qazanmışdır. Sənət həyatına pianoçu, dirijor və bəstəkar olaraq davam edən Manafov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti olaraq çalışmaqdadır.
Manafov, Almaniyanın Hannover şəhərində yerləşən möhtəşəm Bethoven zalında 10 dəfə Qremmi mükafatı qazanmış dünyaca məşhur produser Kristofer Alderin rəhbərliyində qeyd etdiyi, SONY Music tərəfindən Almaniya, Avstriya ve İsveçrədə, NAXOS Music tərəfindən isə dünyanın digər ölkələrində dinləyicilərə təqdim edilən, Frederik Şopenin 4 Ballada, 4 Scherzo ve Noktürn op. posth. əsərlərindən ibarət disk çalışması ilə Romantik dövrün dahi bəstəkarı Frederik Şopenə qarşı gəncliyindən bəri hiss etdiyi yaxınlığı və duyğusal bağlılığı müthiş bir ustalıqla dinləyicisinə çatdırmaqda, nəhəng nüans və səs palitrası vasitəsi ilə dinləyicini Frederik Şopenin həm texniki, həm melodik anlamda bəlkə də ən çətin sayıla biləcək əsərlərində bəzən uçarcasına, bəzən uşaqcasına, bəzən üsyankar, bəzən nisgil və həsrət dolu ruh hallarının dəyişikliyində zaman çərçivəsini aşacaq bir gəzintiyə çıxarır.
Mükafatları
redaktə1 iyun 2016-cı ildə İslam Manafov Azərbaycan Respublikasının “Əməkdar Artisti” fəxri adına layiq görülmüşdür[1].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-11.