Islamda Boyuk Gunahlar - Wikipedia
Islamda Boyuk Gunahlar - Wikipedia - Haqqında Məlumat
Böyük günahlar İslamda cəhənnəm əzabı vədəsi verilmiş günahlar hesab olunur.
Böyük günahlar
redaktə- Allaha şərik qoşmaq
- Allahın rəhmətindən ümidsizlik
- Allaha qarşı pis güman
- Allahın məkrindən əmin-amanlıq
- Nahaqdan adam öldürmək
- Valideynin üzünə ağ olmaq
- Qohumluq əlaqələrini kəsmək
- Yetim malını yemək
- Sələmçilik
- Zina
- Ləvat (homoseksualizm)
- Qəzf — namus böhtanı (iffətli müsəlman qadına və ya kişiyə livat, yaxud zina töhməti vurmaq)
- Şərab içmək
- Qumarbazlıq
- Ğina
- Yalan danışmaq (Yalandan and içmək, Yalandan şahidlik etmək)
- Şahidlik etməkdən boyun qaçırmaq
- Əhd-peymanı pozmaq
- Əmanətə xəyanət etmək
- Oğurluq
- Çəkidə aldatmaq
- Haram mal yemək
- Haqqın həbs edilməsi (imkanı olan halda haqqın qaytarılmaması)
- Cihaddan qaçmaq
- Hicrətdən sonra təərrüb (Ərabi səhrada yaşayıb din, ədəb və onun qayda-qanunlarından xəbərsiz və onlara qarşı etinazçı olan şəxslərə deyilir.)
- Zalımlara kömək etmək
- Məzlumlara kömək etməmək
- Sehrbazlıq
- İsrafçılıq
- Təkəbbürlük
- Müsəlmanlarla müharibə
- Murdar ət yemək
- Bilərəkdən namazı tərk etmək
- Zəkat verməmək
- Həcci yüngül saymaq
- Vacib əməllərdən birini tərk etmək
- Günaha təkid etmək və günahı kiçik saymaq
- Qeybət
- Söz gəzdirmək
- Möminin ələ salmaq
- Söyüş və tənə vurmaq
- Mömini kiçiltmək
- Mömini rüsvay və məzəmmət etmək
- Şeir vasitəsilə möminə hörmətsizlik
- Qonşuya əziyyət etmək
- Hiyləgərlik
- İkiüzlülük
- Ehtikar (ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq), monopoliya
- Həsəd
- Möminlə düşmənçilik etmək
- Müsahiqə (eyni cinsdən olan insanların çılpaq maneəsiz bir yoğan-döşəkdə yatması)
- Riyadət və risayət
- İstimna (onanizm)
- Bidət
- Nahaq hökm vermək
- Haram aylarda müharibə etmək
- Allah yolundan saxlamaq
- Nankorluq (nemətlər qarşısında) etmək
- Fitnə törətmək
- Kafirlərə silah satmaq
- Böhtan və pis güman
- Qurana hörmətsizlik
- Kəbəyə hörmətsizlik
- Məscidlərə hörmətsizlik
- Müqəddəs məkanlara qarşı hörmətsizlik
Böyük günah olması ehtimal edilən günahlar
redaktə- Nəcis olmuş şeyi yemək və ya içmək
- Yaxşını pisdən ayırd etməyi bacaran uşaq yanında övrəti açmaq
- Başqasının övrətinə baxmaq (ər-arvad istisnadır)
- Cənabət, heyz və nifas halında məscidlərdə durmaq
- Kişinin xalis ipək və xalis qızıldan istifadə etməsi
- Kişilərin özünü qadınlara, qadınların isə kişilərə oxşatması
- Naməhrəmə şəhvət gözü ilə baxmaq
- Birinin icazəsi olmadan məktubunu oxumaq
- Birinin icazəsi olmadan evinin içərisinə (həyətinə) baxmaq
- Azdırıcı ədəbiyyatların saxlanılması və yayılması.
- Naməhrəm bədəninə əl vurmaq
- Təqiyyə məqsədi olmadan zülmkarı tərifləmək, ümumiyyətlə tərifə layiq olmayanı tərifləyib, məzəmmətə layiq olmayanı məzəmmət etmək
- Günah məclisində iştirak etmək
- Qızıl və gümüş mallardan məişətdə istifadə
- Etiraz üzündən müsəlmanların yığıncağında iştirak etməmək